Impera

XƏBƏR LENTİ
16:21Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb16:11Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib15:58AzTU-nun nümayəndə heyəti Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:53Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:26Stomatologiyanın tədrisində yenilik tətbiq olundu14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (295)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qəddar və hiyləgər yer “tanrı”sı - Stalinin həyat sirləri

09 mar 2017, 15:51   
Qəddar və hiyləgər yer “tanrı”sı - Stalinin həyat sirləri


Newscenter.az. 09.03.2017. Allahın olmadığını iddia edən cəmiyyətlərdə kütlələr yeni bir "allah" axtarır, onu tapır, ya da yaradır, bütləşdirir və qarşısında itaət edirlər. SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri, qanlı diktator İosiv Stalin də çoxmilyonlu ölkə əhalisinin qarşısında itaət etdiyi yer "tanrı"sı idi. Milyonlarla günahsız insanın qanının tökülməsinə, ailələrin bədbəxtliyinə və müəyyən dövrlərdə dövlətin zəifləməsinə səbəb olmuş tiranın şəxsi həyatı ilə bağlı sirlər getdikcə üzə çıxmaqdadır.
Səkkiz uşaqdan biri…
Rəsmi versiyaya əsasən İosif Cuqaşvili 1879-cu ilin 21 dekabrında (bəzi sənədlərə görə isə 1878-ci ilin 18 dekabrında) Qoridə, çəkməçi ailəsində dünyaya gəlib. Sonralar qızı Svetlana xatirələrində qeyd edirdi ki, Cuqaşvili ailəsində ümumilikdə 8 uşaq dünyaya göz açıb. Lakin onlardan yalnız Stalin sağ qalıb.
Stalinin atası Vissarion içkiyə qurşanmışdı. Hər gün spirtli içki içən çəkməçi evə gəlib arvadını, bəzən də oğlunu döyürdü. Balaca Soso hərdən anasının müdafiəsinə qalxır, onun tərəfini saxlayırdı. O, hətta buna görə atasına bıçaq da atmışdı.
Lakin ailənin əzablı illəri çox çəkmədi – Vissarion ailəsini atıb Tiflisə köçdü. Ordakı əlbəyaxa davalardan birində bıçaqla öldürüldü. Buna baxmayaraq, anası Yekaterina oğlunu oxutmaqda israrlı idi. Övladının ruhani olmasını istəyən qadın balaca Sosonu Qori ruhani məktəbinə qoydu. Yunan və rus dillərini öyrənən Soso mütaliə edir, şeirlər yazırdı. Onun bəzi şeirləri XX əsrin əvvəlində mətbuatda da dərc edilib. Onun şeirlərindən biri hətta 1916-cı ildə gürcü dərsliklərinə də salınmışdı.
1894-cü ildə Tiflis seminariyasına daxil olmuş İosif Cuqaşvili bir qədər sonar buradan qovuldu. Bir sıra versiyalara əsasən buna səbəb onun solçuluq ideyalarını təbliğ etməsi olub.
İntim macəralar, kənd qızları və nikahdan kənar uşaqlar
XIX əsrin sonu – XX əsrin əvvəllərində inqilabi hərəkata qoşulmuş İosif Cuqaşvili müxtəlif cinayətlər törətməyə başlayır. İnqilabi fəaliyyətinə və bir sıra qarətlərinə görə həbs edilmiş İosif özünə "Koba" təxəllüsünü götürmüşdü. Bu, gürcü yazıçısının "Ata qatili" əsərinin müsbət baş qəhrəmanının adı idi.
"Koba" ümumilikdə 7 dəfə həbs edilmiş, 5 dəfə həbsdən qaçmışdı. Məhkəmə hər dəfə onu Sibirə (Turuxanska), Voloqodksa və digər yerlərə sürgün etsə də, "Koba"nın yüz minlərlə kilometr uzaqlardan qaçıb gəlməsi onun təkcə siyasi dustaq deyil, həm də təhlükəli cinayətkar olduğunu göstərirdi.
Ölümündən 3 il sonra xarici mətbuatda dərc olunan bir yazı İosif Stalinin sürgündə də "dinc" dayanmadığını, gənc qızlara sevgi elan etdiyini ortaya çıxardı. SSRİ rəhbəri Nikita Xruşşov 1956-cı ildə bu məsələni araşdırmaq barədə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) xüsusi tapşırıq verir. DTK rəhbərinin bununla bağlı faktları bir ay sonra Xruşşovun masasının üstündə idi. Media düz yazmışdı – İosif Cuqaşvili sürgündə 16 yaşlı Liliya adlı qızla sevgi macərası yaşamışdı. Bu macəradan onların bir övladı dünyaya gəlib.
İosif Cuqaşvili növbəti dəfə sürgün edildiyi başqa yerdə də rus qızına "eşq" elan etmişdi. Bu macəradan da onun bir övladı – Konstantin Kuzakov dünyaya gəlmişdi. Lakin bütün bunlar olduqca gizli saxlanılırdı və yalnız diktatorun ölümündən sonra üzə çıxdı.
İlan kimi soyuq, səbirli, hiyləgər və …
Partiyadaşlarının dediyi kimi o, həm də dəmir iradəyə, səbrə malik idi. Rəqibinin güclü və zəif məqamlarını çox yaxşı duyurdu.
1902-ci ildə gürcü bolşevikləri gizli iclaslarını keçirmək üçün Tiflisdəki silahdaşlarından birinin evini icarəyə götürürlər. İclaslardan birində Qoderadzeni partiyaya üzv qəbul etmək lazım gəlir. Lakin RSDFP-nın nümayəndəsi "Koba" Qoderazdedən şübhələndiyini deyərək, tələsməməyi məsləhət görür.
Bir neçə gün sonra "Koba" özü Qoderadzeni partiyaya üzv etməyi tələb edir. Kaftaradze bu ikiüzlülükdən hiddətlənərək stolun üstündəki neft lampasını götürüb "Koba"ya atır. Soso soyuqqanlılıqla yerindən tərpənmir. Lampa onun başı üzərindən keçib, divara dəyir və çilik-çilik olur. "Koba" heç nə olmayıbmış kimi qəlyanını yandıraraq, "Yaxşı düşmür, bankir bizə yer verib. Biz isə minnətdarlıq əvəzinə onun evinə yanğın salmaq istəyirik", - deyə Kaftaradzeni sakitləşdirir.
Bu, İosif Cuqaşvilinin əlverişli məqamları duymaq, proseslərə lazımi məqamlarda soyuqqanlılıqla yanaşmaq məharətinə dair çoxsaylı faktlardan biridir. Trotski tərəfdarlarının partiyadan qovulduğu iclasdan çıxan Dmitri Şmidt İosif Cuqaşvilini hədələyərək, onun qulağını qılıncla kəsəcəyi ilə təhdid etmişdi. Öz məqamını gözləyən "Koba" bir neçə il sonra, hakimiyyət sükanını ələ keçirdikdə onun güllələnməsi haqda əmr verdi.
Stalin öz yolunda əsas maneə hesab etdiyi Qriqori Zinovyevi, Nikolay Buxarini, Serqo Orconikidzeni, Mixail Tuxaşevskini və digərlərini məhv etdikdən, Lev Trotskini, habelə digər bolşevikləri ölkədən didərgin saldıqdan sonra növbə ordu komandanlığına çatdı. Manyak siyasətçi bunda sonra generalları və polkovnikləri məhv etməyə başladı. Siyahıda D.Şmidtlə yanaşı, M.Tuxaçevski, hərbi hava qüvvələrinin komandanı Rıçakov və digər hərbçilər vardı. Hitlerin SSRİ-yə qarşı müharibəyə hazırlaşdığını deyən bütün ali rütbəli zabitlər Stalin tərəfindən ingilis casusu damğası ilə ləkələnir, Lubyanka zirzəmisində güllələnirdi. Ordu generalitetinin 90, polkovniklərin isə 40 faizi Stalinin növbəti repressiya dalğasının qurbanına çevrildi.
Bütün bunlar SSRİ-nin 1941-ci ildə üzləşdiyi ağır sınaqlar ərəfəsində imperiyaya baha başa gəldi.
Ağır sınaqla dolu 1418 gün – Böyük Vətən müharibəsi
Stalinin 61 yaşını qeyd etməsindən 3 gün əvvəl, 1940-cı ilin 18 dekabrında Almaniya lideri Adolf Hitler SSRİ-yə hücum əmri "Barbarossa"nı təsdiqlədi. Alman qoşunları üç – Moskva, Leninqrad və Kiyev istiqamətində hücum edərək sovet qoşunlarını qısa müddət ərzində əzməli, rusları, ukraynalıları və digər xalqların bir qismini məhv etməli, bir qismini isə əsarət altına almalıydı.
Müharibənin başlanması xəbəri Stalini sarsıtdı. O ordunu demək olar başsız qoymuşdu. Müharibə illərində, eləcə də sonrakı dövrlərdə şüara çevrilmiş "Düşmən məğlub olacaq, qələbə bizimlədir" sözləri əslində Stalinə yox, Molotova məxsusdur. Çünki diktator utandığındanmı, qorxusundanmı həmin günlərdə xalq qarşısına çıxmadı. İyunun 22-də radio ilə çıxışında xalqı səfərbərliyə çağıran xarici işlər naziri Vyaçeslav Molotov çıxışını "Düşmən məğlub olacaq, qələbə bizimlədir" sözləri ilə bitirdi. Stalin xalq qarşısına bir də iyulun 3-də çıxdı.
Lakin sovet xalqı ağır məhrumiyyətlər hesabına bütün gücünü qələbəyə yönəldə bildi.
Sovet qoşunları 1945-ci il mayın 2-də qələbə bayrağını Reyxstaqın binası üzərinə sancdılar. Mayın 8-dən 9-a keçən gecə Almaniya qeyd-şərtsiz təslimçilik aktına qol çəkdi.
1418 gün davam etmiş Böyük Vətən Müharibəsi SSRİ-yə baha başa gəldi. 27 milyon insan həlak oldu, on minlərlə şəhər və kənd, qəsəbə dağıdıldı.
Stalin heç də Böyük Vətən Müharibəsi illərində yox, iyunun 26-da generallisimus rütbəsi aldı. Bu, XX əsrdə ən böyük ali hərbi rütbə idi. Əsrin dahi siyasətçilərindən heç kim, hətta ixtisasca hərbçi Uinston Çerçil də həmin rütbəni ala bilməmişdi. Sentyabrın 2-də Yaponiyanın təslim olması ilə İkinci Dünya Müharibəsi başa çatdı.
Dünyanın ən xoşbəxt və ən bədbəxt ailəsi
Lakin sovet xalqının məhrumiyyətləri İkinci Dünya müharibəsi ilə başa çatmadı. 1952-ci ildə partiya iclasının çıxışında bəzi şəxsləri KP-dan sapınmalarda ittiham edən Stalin onları bununla bağlı konkret addımları atacağı ilə hədələdi. Hədəfdəki yeni "qurban"lar – Beriya, Molotov, Xruşşov idi.
İttiham olunanlar elə buna görə cəld tərpənməyi, Stalini qabaqlamağı qərara aldılar. 1952-ci ildə diktatorun şəxsi mühafizəsinin rəhbəri, general-leytenant Nikolay Vlasik həbs edildi. General həbs edilən zaman "Mən olmayanda Stalin də olmayacaq" – mesajı ilə qollarının qandallanmasının çox pis fəsadlarla nəticələnəcəyi haqda xəbərdarlıq etdi. Onun söylədikləri doğru çıxdı – Vlasikin həbsindən cəmi 3 ay sonra Stalin dünyasını dəyişdi.
Martın əvvəllərində generallisimusu dincəldiyi evdə, yerə uzanmış vəziyyətdə tapdılar. Lakin "Yoldaş Stalin dincəlir" – deyən Lavrenti Beriya 24 saat ərzində həkim çağırmağa icazə vermədi. Elə vaxtında tibbi yardım ala bilməməsi Stalinin ölümünün əsas səbəblərindən biri idi.
Sovet xalqı sirli, qanlı əməllərindən xəbərsiz olduğu dikatorun ölümünü böyük hüznlə qarşıladı. Milyonlarla insan Stalinlə vidalaşmağa axışdı. İnsan axını o qədər çox idi ki, martın 5-də keçirilmiş vida mərasimi zamanı böyük izdiham, basabas yarandı. Yüzlərlər insan bu izdihamda həlak oldu. Ölənlərin sayı bu günə kimi açıqlanmır. Lakin bir fakt məlumdur: - basabasda həlak olanlardan birinin üzərinə 1422 nömrəsi yazılıb. Nömrələmə o cəsədlərdə aparılırdı ki, bu meyitləri qohumlarının köməyi olmadan müəyyən etmək qeyri-mümkün idi. Şübhəsiz ki, ölənlər arasında meyiti müəyyən edilmiş şəxslər də vardı.
Stalinin ölümü təkcə cismani deyil, həm də siyasi ölüm idi. Xələfləri "Mən öləndən sonra qəbrimin üstünə çox zir-zibil tökəcəklər, amma vaxt gələcək onu süpürəcəklər" – deyən Stalinin bir sıra sirrlərini üzə çıxararaq, İosif Cuqaşvilini repressiyalarda, leninizm prinsiplərindən yayınmaqda, şəxsiyyətə pərəstişdə ittiham etdilər. Sonra onun cəsədini mavzoleydən çıxarıb, Kremlin divarı yanında basdırıldı. Adı bütün küçələrdən, şəhərdən götürüldü.
Rəsmi olaraq iki dəfə evlənmiş Stalinin ailəsi həm dünyanın ən xoşbəxt, həm də ən bədbəxt insanları idi. Onlar diktatorun sağlığında hər cür qayğı ilə əhatə olunsalar da, aqibətləri çox pis oldu.
Diktatorun birinci arvadından olan oğlu faşistlərin əsir düşərgəsində can verdi. İkinci arvadından olan oğlu general Vasili Cuqaşvili əyyaş kimi dəfn edildi. Bir neçə dəfə ərə getmiş qızı Svetlana Alilluyeva vətəndən didərgin salındı və ömrünü Amerikada başa vurdu.
Stalinin dünyaya gəlməsindən əsrlər əvvəl Nostradamus yazmışdı: "Dünyanı öz islahatları ilə heyran edən şəxs (Lenin) qəfil dünyasını dəyişəcək. Onun varisi isə ənənələrə qənim kəsiləcək.
Vəhşi, qarlı ölkənin üçüncü hökmdarı (Stalin) məni yaman qorxudur. Bu adam öz əqidədaşlarını məhv edəcək. O dünyada onun yeri ancaq cəhənnəmdir".
Anar Tağıyev
OXŞAR MÖVZULAR