Impera

XƏBƏR LENTİ
16:44Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib16:20Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib15:50"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu15:30Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu15:09KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib14:47Dövlət Komitəsinin sədri “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb14:33Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb14:14Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb13:50“Xalq-iqtidar” birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək13:22Makiavellist siyasət Əli Kərimlinin boyuna biçilib12:55Iran Amerikanın hədəfində12:35Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib12:25Sabunçu rayonunda yol infrastrukturu yenidən qurulur12:08Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib-VIDEO11:45Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Məruzəsi” hazırlanıb11:34“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyən olub11:13180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub10:54“İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib10:45Bu yolda xətlənmə işləri aparılır10:05DGK sədrinin vətəndaşların qəbul tarixi dəyişib10:00Nərimanov rayonuna içməli su məhdudiyyətlə veriləcək09:38Mövqelərimiz düşmən tərəfindən atəşə tutulub09:17BNA daha bir proqrama start verir08:20"Vətən saatı" adlı tədbir keçirilib08:00Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib15:49Türkiyə-ABŞ ziddiyyətləri artır15:17"Azərişıq" və "Azərenerji" "Formula 1" vaxtı birgə işləyəcək15:04Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir14:45Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində14:20Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır13:50Növbəti səyyar qəbul keçiriləcək13:36Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib13:24“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO13:15ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib13:03Qar uçqununa düşən əsgərin meyiti tapılıb12:55Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü12:46Mən hər zaman Prezidentimin, xalqımın yanındayam12:36Beynəlxalq reytinq sistemində AzMIU birinci olub12:26“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib12:15Xaçmazda Nəsiminin abidəsinin açılışı olacaq11:54İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR11:39Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur10:46AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib10:36"Formula-1"dən qazandığımız və itirdiklərimiz-İQTİSADİ DƏYƏRLƏNDİRMƏ10:20Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib09:55Düşmən atəşkəs rejimini 25 dəfə pozub09:30Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb09:00Müdafiə naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb19:01Gömrük Akademiyasında gömrük əməkdaşları üçün təlimlərə start verilib18:42Təhsil işçiləri arasında futbol çempionatı keçirilib18:26Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb17:29Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb16:59Heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam edir16:53Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur16:10Cari ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib16:01Millət vəkili seçicilərlə görüşüb15:57“Azərsu” yeni elektron xidmət istifadəyə verib15:36Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib15:24Ukraynalılar yeniliyə səs verdi15:14Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib15:01Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR14:48Bölgələrdə sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır14:38Qoyunlar və keçilər infeksion bradzot xəstəliyinə görə vaxtında peyvənd olunmalıdır14:27DGK ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edilməsi xəbərini təkzib etdi14:15Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:53Hərbi təyyarələrimiz təlim-məşq uçuşlarına başlayıb-VIDEO13:38Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”13:20Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək12:56Azərbaycana xain gözlə baxanlar12:26Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb11:57Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir11:46Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək11:39Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO11:10Xətlənmə işləri aparılacaq10:54Rusiya azərbaycanlıları qrupundan soydaşlarımıza çağırış10:30Paytaxt məktəblərində “Yaşıl məktəb” aksiyası keçirilib10:00Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb09:40Düşmən 23 dəfə atəşkəsi pozub09:01AZAL şefi Cahangir Əsgərovun Avropadakı saysız-hesabsız mülkləri-FOTOLAR19:52İcra başçısının əmisi oğlu küçədə xanımı təhqir etdi-BİABIRÇI VİDEO17:48“Pis vərdişlər və cinsi tərbiyə” adlı seminar keçirilib17:00Dövlət Gömrük Komitəsi 2-ci islahatlar paketinə başlayır16:00Bakının ali məktəblərinin yarışdığı 3 günlük startap müsabiqəsi başa çatıb15:00Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib14:17EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 47005 nəfərə çatıb13:37Bu siyasətbazların bütün oyunları "müxalifət statusu"na yiyələnmək uğrundadır12:46Heyvanlar arasında profilaktik tədbirlər davam edir12:21FHN yangını söndürmək üçün Müdafiə Nazirliyindən kömək istədi11:25ABŞ-ın 109 yaşlı sakini: "Hər cümə şərab içirəm"11:00Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə mühüm məsləhət10:35Valideyin-məktəb əlaqələri daha güclü olmalıdır10:18Səhiyyə Nazirliyi və məhkəmə orqanlarının daha bir qurbanı10:00Nazir İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:00Ölümündən 75 il sonra dəfn edilib16:30Tural Qarayevin hakimiyyətlə heç bir əlaqəsi yoxdur16:15Qubada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar keçirilib16:00Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir15:37Bu ərazidə xətlənmə işləri aparılacaq15:27Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (454)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qətiyyətlə deyə bilərik ki....

09 mar 2017, 17:37   
“Qətiyyətlə deyə bilərik ki....


Newscenter.az. 09.03.2017. Azər Verdiyev: "Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir"

Ölkədə söz və məlumat azadlığı, fikir plüralizminin tətbiq edilməsi, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də bu sahədə möcud olan vəziyyətlə bağlı Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevin "OLAYLAR"-a müsahibəsi

-Azər müəllim,, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

-Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan jurnalistikasını formalaşdırmaqla yanaşı maarifçiliyin təbliğinə xidmət edirdi. Postsovet məkanında totalitar rejimdən çıxmış ölkələrdən ilk dəfə Azərbaycanda jurnalistika sahəsində qanunvericilik çox sürətlə beynəlxalq təcrübəyə uyğunlaşdırıldı. Media üzərində nəzarət funksiyasını həyata keçirən senzura, eləcə də mətbuat və informasiya nazirliyi ləğv olundu. Azərbaycanda dövlət səviyyəsində mediaya dəstək konsepsiyası qəbul olundu. Mətbuat Şurası və Milli Teleradio Şurasının yaranması və qanunvericiliyin təkmilləşməsi ilə Azərbaycan modern media məkanın tərkib hissəsinə çevrildi. Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Məhz bütün bu faktorlar bugünkü Azərbaycan mediasının formalaşmasını şərtləndirmişdir. Bugün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir.

Müasir Azərbaycan mətbuatının inkişaf meyylləri haqqında söz açmaq üçün ilk növbədə onun kəmiyyət göstəricilərinə nəzər salmaq lazımdır. Hal-hazırda Azərbaycanda 3000-dən (üç min) artıq KİV qeydə alınmışdır. 8 milyonluq Azərbaycan üçün bu rəqəmin çox olduğunu söyləsək, zənnimcə, yanılmarıq. Bununla yanaşı, onu da söyləmək olar ki, bu qədər çap məhsulunun olması ölkədə fikir rəngarəngliyi və plüralizmin olmasına dəlalət edir. Bu fikrin nə qədər doğru olub-olmamasını qəbul etmək üçün müəyyən araşdırma və müqayisələrə müraciət etmək lazım gələcək.

-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?

-Sivilizasiyaların bir-birini əvəz etdiyi, informasiya cəmiyyətinin təşəkkül tapdığı, jurnalistikanın sərhəd tanımadığı müasir dövrdə insan azadlığı problemi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bunlar informasiya sahəsində azadlıq probleminin öyrənilməsində yeni yanaşmanın formalaşmasına təkan verən amillərdəndir. İnformasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda daha fəal iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyil

-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?

-Bu gün dövlət siyasətini KİV-siz təsəvvür etmək qeyri-mümkündür. Artıq KİV ölkənin ictimai-siyasi hakimiyyətinin bütün fəaliyyət sahələrinə nüfuz edə bilir. KİV informasiya mənbəyi olaraq vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır, eyni zamanda informasiyanın cəmiyyətdə yayılmasının əsas vasitəsinə çevrilməkdədir. KİV dedikdə dövri çap buraxılışları, radio-televiziya, kinoxronikal proqramlar, kütləvi informasiyaların dövri yayılmasının digər formaları başa düşülür. KİV təyinat, yayılma və dövrilik xüsusiyyətlərinə malikdir. KİV-in fəaliyyət istiqamətləri insan hüquq və azadlıqlarına hörmət, demokratiklik, kütləvi informasiyanın azadlığı, dəqiqlik, müstəqillik, obyektivlik, sosial əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Bu gün informasiyanın keyfiyyət prinsipi insan və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. İnformasiya insana hər şeydən əvvəl düşünmək, öz rolunu və yerini müəyyənləşdirmək üçün lazımdır. KİV vasitəsilə şəxsiyyətdə vətəndaşlıq hissini formalaşdırmaq vacibdir.

-Dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində hansl addımlar atır?

-Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada ölkə vətəndaşlarının söz və fikir azadlıqları təsbit olunub. Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Azərbaycanda senzura aradan qaldırılıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edilib. Liberal mahiyyət daşıyan bu qanun KİV sahəsindəki fəaliyyətin hər bir şəxs üçün ələçatımlılığını təmin etməklə yanaşı, həm də cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, ümumən demokratik cəmiyyət quruculuğu prosesinin sürətlənməsinə yönəlib. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə media üzərində dövlət nəzarətinə tamamilə son qoyuldu ki, bu da azad medianın inkişafına təkan vermiş oldu. Medianın azad olması ilə yanaşı onun iqtisadi sıxıntılardan qurtulması da əsas şərtlərdən biri idi. Prezident İlham Əliyev Heydər Əliyev zamanında əsası qoyulmuş mediaya dövlət qayğısı siyasətini sistemləşdirib, onun qanunvericilik bazasını formalaşdırıb.

-Bəs bu məqsədlə mətbuata hansı imkanlar və şərait yaradılır?

-Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırıb. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edib. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Bugün Prezident İlham əliyev tərəfindən mediamıza göstərilən diqqət, qayğı, qəbul edilən sərəncamlar birmənalı şəkildə ölkə mediasının dünya şərtləri ilə ayaqlaşmasını şərtləndirir.

-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?

-Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir və bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın bəzi dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da, aparılan qərəzli siyasətin əsas tərkib hissəsidir. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanan ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Bəzi beynəlxalq təşkilatların verdiyi qərəzli hesabatlar isə birmənalı şəkildə düşmən lobbisinin mənfru siyasətinin tərkib hissəsidir. Bu tək biz yox, dünya ölkələri də qəbul ediblər.

-Azərbaycan mediasının gələcək perspektivlərini necə qiymətləndirərdiniz?

-Ulu Öndər tərəfindən əsası qoyulan mətbuat siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Demək olar ki, hər il Prezident jurnalistlərlə bağlı müxtəlif sərəncamlar imzalayır. Jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı qəbul olunan proqramlar isə dünya ölkələri üçün model olaraq tətbiq olunmaqdadır. Eyni zamnda ölkəmiz Cənubi Qafqazda və MDB ölkələri arasında azad internet siyasətinə görə ön yerlərdə qərarlaşıb. Belə olan təqdirdən internet medianın da sürətli inkişadı bizə görünən əsas perspektivlərdəndir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
OXŞAR MÖVZULAR