Impera

XƏBƏR LENTİ
15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (320)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Millət vəkili: "İstərdim ki, Azərbaycan hökuməti 2017-ci ildə bu məsələyə də həssas yanaşsın"

17 mar 2017, 13:10   
 Millət vəkili: "İstərdim ki, Azərbaycan hökuməti 2017-ci ildə bu məsələyə də həssas yanaşsın"


Newscenter.az.17.03.2017. Milli Məclisin martın 17-də keçirilmiş plenar iclasında millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatına dair çıxış edib. Deputat bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabatı qənaətbəxşdir: Sənəd kifayət qədər əhatəlidir. Orada bütün sahələr üzrə görülən işlər yetərincə təsvir olunub, perspektiv vəzifələr müəyyənləşdirilib. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar tədbirlər xüsusi vurğulanmalıdır. O cümlədən maliyyə sektoru və pul siyasətinə əvvəlki illərdən daha çox diqqət yetirilməsini də qeyd etmək istərdim. Deyilənlər barədə hörmətli baş nazirimiz geniş və əhatəli danışdı.
Ümumən hesabata nəzər saldıqda bu qənaətə gəlmək olur ki, Nazirlər Kabineti devalvasiya nəticəsində yaranmış durumun ayrı-ayrı əhali kateqoriyalarına mənfi təsirlərini aradan qaldırmaq istiqamətində fəaliyyət göstərib. Bu isə son dərəcə vacib məqamdır. Nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır.
1. Mən nələri qeyd etmək istərdim? Birincisi ondan başlayım ki, bizim, yəni hörmətli həmkarlarımın Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı təklif və tövsiyələri olmuşdu. 2016-cı ilin hesabatında onların icrası barədə məlumat verilib. Yada salım ki, mən həmin vaxt kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu əsas tutaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif etmişdim. Yenə də məsələyə qayıtmaq istərdim. Çünki ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir. Media isə həssas sahədir. KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manat. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Mən bir daha təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram.
2. İkinci diqqət yetirmək istədiyim məsələ müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsi ilə əlaqədardır. Bildiyiniz kimi, bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılıb. Deyərdim ki, kifayət qədər uğurla aparılıb. Bunu mediadan izləyirdik. Müxtəlif bölgələrdə evlərin tikilərək sahiblərinə təhfil verildiyinə dair xəbərlər oxuyurduq.
Onu deyim ki, Nazirlik tərəfindən Saatlı rayonunda da həmin kateqoriyadan olan şəxslər üçün 9 evin tikintisinə başlanılmışdı. Ötən il bəzi evlərin yalnız bünövrəsi qazıldı, bəziləri isə bir-iki daş qaldırıldı. Ümumən iş yarımçıq qaldı. Mövcud istiqamətdə müəyyən təmaslarım olub. Ortada olan mənzərə belədir ki, Maliyyə Nazirliyi evlərin inşası üçün vəsait ayırmır. Əslində məni inşa prosesinin hansı quruma dayanması o qədər də maraqlandırmır. İstərdim ki, məsələyə həssas yanaşılsın. Əgər evlər tikiləcəksə, tikilsin, yox tikilməyəcəksə, bu barədə məlumat verilsin. Təsəvvür edin ki, hazırda 9 ailə bilmir ki, həmin evlər tikiləcək ya yox. Onlar yalnız ümüd edirlər. Bəlkə doğrudan da şəhid ailələri üçün evin inşasının təxirə salınmasına səbəb olan ciddi səbəblər, daha vacib məsələlər var? Məsələyə aydınlıq gətirilməlidir.
3. Diqqət yetirmək istədiyim üçüncü məsələ tibb sahəsi ilə bağlıdır. Ümumən ölkəmizin bir çox bölgələrində müasir xəstəxanalar və diaqnostika mərkəzləri istifadəyə verilib. Aancaq təsəvvür edin ki, deputatı olduğum Saatlı rayonu üzrə 60 ali təhsilli həkim, 100-ə yaxın tibb bacısı yeri boşdur. Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumatlara görə, başqa yerlərdə də demək olar, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəsvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsində burun-boğaz-qulaq həkimləri belə kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10-20 il sonra nələrin baş verəcəyini düşünmək sadəcə qorxuncdur. Hesab edirəm ki, Azərbaycan hökuməti məsələyə xüsusi diqqət yetirməlidir. Hansısa stimullaşdırıcı tədbirlər görülməlidir. Torpaq və digər imtiyazların tətbiqi də nəzərdən keçirilə bilər. Tibb təhsili verən ali məktəblərdə dövlət hesabına təhsil alan tələbələr var. İlk növbədə onları bölgələrə yönləndirmək lazımdır. Dövlət hesabına təhsil alıblarsa, dövlət üçün vacib missiyanı da yerinə yetirsinlər. Ancaq əlbəttə, dövlət kimisə hansısa dağ kəndindəki ambulator məntəqəyə acından ölmək üçün göndərməməlidir. Yenə də deyirəm, hansısa stimullaşdırıcı tədbirlər tətbiq edilməli, yüksək əmək haqqı olmalıdır.
4. Daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. Bilirsiniz ki, post-neft dövründə yaşayırıq. Bu dövr ölkəmiz qarşısında yeni vəzifələr müəyyənləşdirir. İlk növbədə ənənəvi sahələrin rentabelliyini artırmalıyıq. Ənənəvi sahələrdən biri də kənd təsərrüfatıdır. Dövlətimiz sahənin inkişafına böyük önəm verir. Xaricdən texnika və avadanlıqlar alırıq. Ancaq bu yetərlidirmi? Mən yenə də deputatı olduğum Saatlı rayonunun timsalında bir məsələyə diqqət yetirəcəm. Məlum olduğu kimi, Saatlı aqrar rayondur. Kənd təsərrüfatının bir sıra sahələri bu rayon üçün ənənəvi sayılır. Yəqin elə buna görədir ki, orada nə vaxtsa peşə liseyi yaratmaq ideyası irəli sürülüb və yaradılıb da. Ancaq bu gün o lisey necə fəaliyyət göstərir? Ümumiyyətlə onun fəaliyyətindən danışmağa dəyərmi? Halbuki bu təhsil müəssisəsi kənd təsərrüfatı üçün kadrlar hazırlamalıdır. Ancaq liseyin yalnız adı var. Bərbad vəziyyətdədir. Sözüm ondadır ki, biz əgər kənd təsərrüfatının inkişafından danışırıqsa, məsələyə kompleks baxmalıyıq. Deməli təhsil məsələsinə fundamental yanaşılmalıdır. Xaricdən müasir kombaynlar, traktorlar və digər texnikalar alırıq. Bizə müasir texnikadan anlayışı olan traktorçu, kombaynçı, mexaniklər lazımdır. Mən Azərbaycan hökumətini bu məsələyə də diqqət yetirməyə çağırıram. Hökumətə daxil olan müvafiq qurumlar həssas olmalıdırlar.
5. Nəhayət diqqət yetirmək istədiyim sonuncu məsələ də əsasən kənd təsərrüfatı ilə bağlıdır. Deputatı olduğum Saatlı rayonu da Muğanın digər torpaqları kimi susuzluqdan əziyyət çəkir. Əlbəttə, rayonda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Hesabatda da bu barədə müvafiq qeydlər ətraflı əksini tapıb. Burada sadalayıb vaxtınızı almaq istəməzdim. Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq mən bir təklif də irəli sürmək istərdim. Suvarma işlərini daha da gücləndirmək üçün Kür çayının imkanlarından daha çox istifadə edilməsinə ehtiyac var. Bu məqsədlə Kürdən yeni su kanalı çəkilməlidir. Mən rayon rəhbərliyi ilə mövcud istiqamətdə müəyyən məsləhətləşmələr aparmışam. Təxminən 17-18 kilometr uzunluğunda kanalın çəkilməsi suvarma işinin daha səmərəli qurulmasını təmin edər. Bu isə şübhəsiz məhsuldarlığı artıracaq. İstərdim ki, Azərbaycan hökuməti 2017-ci ildə bu məsələyə də həssas yanaşsın.
"
OXŞAR MÖVZULAR