19 mar 13:47dunya

Jirinovski yenə gündəm yaratdı

Jirinovski yenə gündəm yaratdı


Görün Türkiyə haqqında nələr dedi
Newscenter.az.19.03.2017. Ənənəvi antitürk mövqeyi ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə gündəm yaratmağa müvəffəq olub. Belə ki, bu dəfə liberal demokratların lideri daha çox türk sevgisi ilə günədəmə gəlib. Newscenter.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Jirinovski Hollandiyanın Türk nazirlərə qarşı yol verdiyi sayğısızlığa sərt reaksiya bildirib. Vladimir Jirinovski deyib ki, Hollandiyanın bu addımı faşizmi xatırladır və buna başqa bir ad vermək qeyri-mümkündür. Qərbin güclü bir Türkiyəni istəmədiyinə diqqətt çəkən Jirinovski bildirib ki, çünki güclü bir Türkiyənin mövcudluğu Qərbin maraqlarına uyğun deyil: “Türkiyənin güclü bir idarəçiliyinə zəmin yaradacaq konstitusiya dəyişikliklərinə də məhz bu səbəbdən qarşı çıxılır”. Türkiyənin mövqeyinin doğru olduğunu deyən liberal demokratların lideri deyib ki, həm beynəlxalq, həm də Türk və Holland qanunlarına görə Ankara yerdən-göyə qədər haqlıdır: “Türkiyə nazirlərinin öz seçiciləri ilə görüşünə qadağa tətbiq etməsinə heç kimin haqqı yoxdur. Düşünürəm ki, Hollandiya həddini bilsə yaxşıdır. Hollandiyanın lalədən başqa heç nəyi yoxdur. Hesab edirəm ki, Türkiyə artıqlaması ilə bunun cavabını verəcək”.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi