Impera

XƏBƏR LENTİ
18:08AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb17:56Babək prospektində hərəkət bərpa olundu17:25UNEC-də startap müsabiqəsi keçirilib17:22Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar17:01Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var16:12Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb16:00BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi15:47Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur15:10Kənd Təsərrüfatı Nazirliyində 2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə edilib14:27Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək13:08Bakıda güclü duman müşahidə olunur12:55Sabah hava necə olacaq?12:36Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb12:07Azərbaycan xalqı öz liderinin yanında və qərarlarının arxasındadır12:00Aİİ-də mediatur təşkil olunub11:45İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib10:52Bu yolda hərəkət məhdudlaşdırılıb10:12Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib09:41Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:21Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilir19:49Qarabağ qazisi ölkə başçısına müraciət etdi17:52Qanlı Yanvar tarixi metropolitendə qeyd ediləcək17:35Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb17:28Aİİ-də “Tariximiz – milli dəyərimizdir” mövzusunda konfrans keçirilib17:23Paytaxtda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb17:06Türkiyənin İstanbul Universitetində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib17:00Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib16:44Dini Komitədə Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib16:30Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq16:1520 Yanvar şəhidlərinin xatirəsi anılıb16:09BNA işə qəbul müsabiqəsi elan edir15:58Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib15:47AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib15:352019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edildi15:28“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib13:20Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edilib13:05Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb13:00Dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri mühafizə edilən duracağa aparılacaq12:50Məktəblilər arasında bilik yarışması keçirilib11:54Nazir vətəndaşları qəbul edib11:41BMT-nin baş katibi XİN rəhbərlərinin Paris görüşünü müsbət qarşılayıb11:26Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur11:10Güclü külək Bakıdakı bəzi məktəblərə ziyan vurub11:00Toy paltarı09:42Atəşkəs rejimi 30 dəfə pozulub18:35Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub18:21Vergilər Nazirliyi sahibkarları məlumatlandırır18:07Metropoliten güclü qar və şaxtaya da tam hazırdı16:52Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb16:39Quş qripi ilə bağlı növbəti monitorinq keçirilib16:16“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb16:03Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək15:55Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi15:40Küləyin sürəti 40 m/s-ə çatıb15:15“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir14:39İranla hərbi əməkdaşlıq genişləndirilir14:30Paytaxtda sürət həddi 20-km/saat həcmində endirilib14:10Avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir13:55Nazir vətəndaşları qəbul edəcək13:44Sabah da hava küləkli olacaq13:32BNA-da yeni təyinat13:14Məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib12:41Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir12:20“AtaSığorta” ASC yeni məhsul təqdim edir11:17“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək11:16Paytaxt sakinləri təşvişdə: marketlərdə çörək qıtlığı yarandı10:17Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın sahibkarlıq subyektini cərimələnib09:47BNA xüsusi rejimdə fəaliyyət göstərir09:25Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:05Paytaxtda külək 30- 35 m/saniyədək şiddətlənib09:00Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb08:30AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib17:26BNA dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesini fasiləsiz rejimdə həyata keçirir17:20Ramin Quluzadə operativ qərargah yaratdı16:53Dənizdən 1700-dən çox neftçi təxliyyə ediləcək16:37Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub16:20“Azərsu” ASC- də 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib15:53AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib15:45Bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb15:12Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb14:56Eksternat imtahanları başa çatıb14:44Diaspora işində Cənab Ilham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək nəticələr əldə olunub14:18Bütün təhsil müəssisələri bağlanır12:36Siyəzəndə 20 Yanvar şəhidlərinin xatirəsinə rəsm sərgisi təşkil olunub12:14Hava şəraitinin təhlükəli surətdə dəyişəcəyinə görə “Azərenerji” xüsusi rejimdə işləyəcək12:08Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib11:34“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans keçiriləcək11:16Fransada Azərbaycan muğam konserti keçirilib11:00“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi başa çatıb10:46Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır10:40İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib10:30NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir10:08Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təyinat oldu09:45Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb09:38Atəşkəs rejimi 26 dəfə pozulub09:00BNA-dan sürücü və sərnişinlərə vacib müraciət18:52Dubayda “Azərbaycan Ticarət Evi” açılıb17:37“Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik edib17:10Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş tədbir keçirilib16:51Arif Alışanov da getdi
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2019 (268)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Stalinin Azərbaycan siyasətinin gizlinləri

01 apr 2017, 10:21   
Stalinin Azərbaycan siyasətinin gizlinləri


Newscenter.az. 1.04.2017. Sovet İttifaqının dağılmasıyla orta və ali məktəblərdə sosializm quruluşunun təbliğatı üçün yaradılmış çox ədəbi əsərlərin öyrənilməsi başa çatdı. Əlbəttə ədəbi-estetik nöqteyi-nəzərdən onların öyrənməsi xüsusi əhəmiyyət kəsb eləmir. Ancaq bəziləri bundan tarixi mənbə kimi (məsələn etnoqrafik material baxımından) istifadə edə bilərlər. Necə ki, ayrı-ayrı vaxtlarda SSRİ rəhbərləri, o cümlədən İosif Stalin bundan yararlanırdı. Məlum olduğu kimi, XX əsrin 30-cu illərinin ortalarında "xalqlar atası"nda qəflətən pantürkizmə qarşı qorxunc allergiya yarandı. SSRİ rəhbərliyində çalışan şəxslər rəhbərin bu naxoşluğunun öhdəsindən gəlməyə çalışaraq, bütün allergik qıcıqlandırıcıları kökünü kəsməyə öhdələrinə götürdülər. İnfosenter.az xəbər verir ki, "pantürkləri" deportasiya edən, sürgünə göndərən, güllələdən sovet rəhbərləri sevinc içində toplaşaraq diktatorun bu barədə göstərişini uğurla həyata keçirmələri barədə xəbəri Stalinə vermək istədilər. Lakin Cuqaşvili "Ay yay-yay, yenə türklər!" – dedi. Kreml kabinetinin hər küncündə yenidən "xalqlar atası"nın gözünə pantürkistlər görünməyə başladılar. - Bu türklər daha harada qaldılar? – deyə rəhbər qəzəblə soruşdu. - Türklər uzaq bir cənub respublikasında - Sovet Azərbaycanında yaşayırlar. – deyə Stalinin əsabələrindən biri cavab verdi. - Hmm, – deyə rəhbər guya Bakı haqqında ilk dəfə eşidirmiş kimi özünü bilməzliyə qoydu. Halbuki onun yaddaşında köhnə şəhərin əyri küçələri, bir zamanlar cəza çəkdiyi Bayıl həbsxanası canlandı. - S-s-s Sovet Azə... - Aydındır, məşğul olun, - bu, rəhbərin deportasiya haqqında qısa əmri idi. Lakin o, dərhal hiyləgərcəsinə nəsə fikirləşdi: - Yox, dayanın, sovetlər ölkəsində sonuncu türklərlə mən özüm məşğul olacam.

Stalinin Azərbaycan siyasətinin gizlinləri


Bu arada Maksim Qorki ilə bağlı bir sıra maraqlı məqamları vurğulamaq yerinə düşür. İlk öncə qeyd edək ki, Qorki Bakıya Stalinin türklərə allergiyası olmayan vaxtlar gəlmişdi. 1936-cı ilə qədər Sovet Azərbaycanının əhalisi özlərinin qədim əcdadlarının adlarını daşımağa davam edirdi. Pasportlarda, rəsmi sənədlərdə, kitablarda, qəzetlərdə - hər yerdə türklər adlandırılırdılar. Bakıya sovet işğalından əvvəl qonaq gələn Maksim Qorki özünün qısa hekayələrində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra "bolşevik" qayğısını təsvir edərək, Bakının əsaslı şəkildə dəyişilməsindən yazırdı. "Bakını tanımaq çətindir. Burada "tatar" evlərindən çox az qalıb. Hər yerdə çox sağlam, şən uşaqlar var və mən onlardan hansının türk, hansının rus olduğunu ayıra bilmirdim. Hətta qədim Qız Qalası cavanlaşmış kimi görünür və şəhəri özünün orijinal formasıyla bəzəyir", – deyə o yazırdı. Beləcə, qəmgin "tatar" - şən sovetə çevrildi. Özü də tatar sözünü dırnaq işarəsinin içində yazırdı. Maksim Qorki Bakı haqqında qısa hekayəsində latın əlifbası haqqında da yazırdı. Bu plan SSRİ-nin bütün türk xalqlarını bölmək məqsədilə bolşeviklər tərəfindən düşünülmüşdü. Otuzuncu illərin ortasında Stalin latın qrafikalı əlifbanın ləğvini və bütün türk xalqlarının yazışmalarının rus (kiril) hərflərilə aparılmasını əmr etdi. "Daha çox, ölçüyə gəlməz dərəcədə təəssürat Bakıda türklərin mədəni bayramı ilə bağlıdır. Belə ki, paytaxtda latın əlifbasının altıillik ildönümünü bayram edilirdi.

Stalinin Azərbaycan siyasətinin gizlinləri


Səməd Ağamalıoğlu - ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsinin təşəbbüskarı cavan oğlanlar kimi alovlu nitqlərlə çıxış edirdi. Natiq Vladimir İliçin ona dediyi "Latın əlifbası ilk addımdır. Siz bununla türklər arasında mədəni inqilaba başlayırsınız" – sözlərini qürurla yada salırdı. Yeri gəlmişkən, Maksim Qorki bu vaxtlar tez-tez "azərbaycanlı" terminindən istifadə etməyə başlamışdı. "Azərbaycanlılar - bu Azərbaycanın bütün sakinlərinin ümumiləşdirilmiş adıdır, hansılar ki, bu halda müxtəlif etnoslara aid ola bilərlər" – deyə o davam edirdi: "Mən bu insanlara baxırdım, onların nitqlərinə qulaq asırdım və inana bilmirdim ki, bir az əvvəl rus məmurları çar hakimiyyətini gücləndirməyə çalışaraq, türklərlə və ermənilər arasında qanlı düşmənçilik yarada bildilər. Mən bir vaxtlar mütləqiyyətin tayfaların düşmənçiliyini təhrik edən bu cinayəti haqqında yazırdım. Hansı ki, təhrikçi kütləvi qətllərlə müşayiət olunun iyrənc işindən iyrənmirdi. Budur: azadlıq küləyi əsdi. Keçmişə aid dəhşətlər məhv olub getdi. İndi tez-tez türk məktəblərində ermənilər dərs deyirlər, Azərbaycanın kəndliləri Ermənistanın gözəl dağlarının yamaclarında öz mal-qaralarını otarırlar və Sovet İttifaqının zəhmətkeş xalqı vahid yaradıcılıq işinə cəlb olunacaq". Sual olunur: - Qorki bu sifarişli işdə "erməni-tatar" qətliamını xatırlamaya bilərdimi? Əlbəttə yox!

Stalinin Azərbaycan siyasətinin gizlinləri


Bu arada maraqlı bir fakta diqqət edək. Belə ki, bolşevik yazıçısının "Ermənistanın gözəl dağlarının ətəyində" sözləri Azərbaycan kəndlilərini heyrətləndirdi. Lakin onlar bilmirdilər ki, doğma Zəngəzur və Göyçə diyarları tədricən erməniləşdirilir.Nəhayət, yenidən Maksim Qorkinin bir zamanlar peyğəmbərcəsinə dediyi fikirlərini xatırlatmaq yerinə düşür. Sovet ədəbiyyatının bu korifeyi anlayırdı ki, yoldaş Stalin onu Sovet İttifaqının bütöv xalqlarının adının genişmiqyaslı dəyişdirilməsi planlarına sərf etdi. "Hələ qədim dövrlərdən Bakıda insanlar küləkdən əziyyət çəkdiklərindən qəsəbə evləri birmərtəbəli tikilirdi. Hər qəsəbədə türk ailələri rus ailələrilə yanaşı yaşayırlar. Uşaqlar birlikdə tərbiyə olunurlar. Bu iki onillik sonra nə türkün, nə də rusun olacağı haqda ümid yaradır. Zəhmətkeşlər ümumdünya qardaşlığı ideyasıyla sıx birləşdiriliblər" Əslində onun dedikləri doğru çıxdı. Amma Qorkinin proqnozlarının yalnız birinci hissəsi reallaşdı. Belə ki, tezliklə Sovet Azərbaycanında türklər doğrudan da rəsmi şəkildə olmadı. Ancaq yalnız türklər! Proqnozların ruslara aid hissəsi isə söz olaraq qaldı.Əlbəttə türklər fiziki cəhətdən yox olmadılar. Amma Stalin türklərə qarşı allergiyası ona gətirib çıxardı ki, bütöv xalqın qədim adı 1936-cı ildə Kremldən bir təlimatla dəyişdirildi. Beləcə, "azərbaycanlı" termini hansı ki, "Azərbaycan sakini" kimi izah edilir, özündə heç bir etnik və milli məna daşımır.
Anar Tağıyev
OXŞAR MÖVZULAR