Impera

XƏBƏR LENTİ
22:39Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı15:55AQTA-nın sahibkarlara müraciət edib15:35“Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress”keçiriləcək13:51İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?13:19İTV-nin Yayım Şurasının iclası keçirilib13:07Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb12:49Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur12:13Müsabiqənin ilk mərhələsi başa çatıb11:56AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir11:13Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir10:46Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib10:00Paytaxt məktəblisi Respublika müsabiqəsinin qızıl medalçısı olub09:24Atəşkəs rejimi 23 dəfə pozulub18:36Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib18:17Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb17:48Doktorant, tələbə və AMEA-nın magistrantlarının təqaüdlərinin məbləğləri müəyyənləşdirilib17:31Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib17:25Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb17:205 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək16:41“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib16:07Metropolitençilər qan verib15:46Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib15:28“Müasir Azərbaycan Qadını – 4” layihəsinin açılış mərasimi keçirildb15:02Qazaxın içməli su təchizatı yenidən qurulur14:40Səyyar ASAN Kommunal Səbaildə14:386,4 km magistral su kəməri çəkiləcək14:00AzTU ilə Əfqanıstan universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub13:43Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var13:10Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb13:00Sükan arxasında siqaret çəkən sürücülər cərimə olunacaq12:46Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır12:30Nazirin qəbul vaxtı dəyişdirildi12:13“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir11:37Vergilər Nazirliyində kollegiya iclası keçirilib10:41Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq10:20“Nikoil Bank”ın vəzifəli əməkdaşları həbs edilib09:10Düşmən 27 dəfə atəşkəsi pozub08:31Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı15:20Miqrasiya Xidmətinə 5 min 940 müraciət daxil olub15:05“İrəli” sədri təltif olunub14:52Ali Baş Komandan əsgərlərlə bir süfrə arxasında14:46"İdeyadan Biznesə" layihəsinin ikinci mərhələsinə start verilir13:06Prezident Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib11:22Özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz11:00Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib10:24Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi09:40Ermənilər 29 dəfə atəşkəsi pozub09:00Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub18:25İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb17:57Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:34“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimatvideosu hazırlayıb17:16Prezidentdən yeni təyinat17:14Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur16:00Qəbələ “KOB Dostu” sahibkarların xidmətində15:49Keçən ay 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanıb15:23Boks üzrə açıq birincilik başa çatıb14:20“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır13:53“Azərenerji” enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur13:26Prezidentin zəlzələ ərazisindəki sakinlərlə görüşü onlarda böyük ruh yükəsəkliyi yaratdı12:17Paytaxtda daha bir otel istifadəyə verilib11:49İlahiyyat İnstitutunun kataloqu çap olunub11:19Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib10:48İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir10:10Bakıda Xıdır Nəbi bayramı qeyd edilib09:54Təmas xəttində monitorinq keçiriləcək09:00Düşmən 21 dəfə atəşkəs rejimini pozub13:52Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır13:23Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək13:00Məktəblilər Avropadan medalla qayıdıb12:48“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı12:30Çexiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib12:00Prezident vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir11:47İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi11:34Azərbaycanın dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib11:22“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 milyona çatıb10:36Aİİ-də payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb10:26Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib10:15Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək10:00Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub09:17Yeni layihələr Azərbaycan - Rusiya iqtisadi-ticarət əməkdaşlığına növbəti töhfədir08:50Atəşkəs rejimi 25 dəfə pozulub17:50Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb17:19Azad Rəhimov vətəndaşları qəbul edib16:50Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib16:30Məlumat Hesablama Mərkəzi "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində Kopenhagendə keçirilən konfransda təmsil olunub16:14ATU-da yaşlı qadına böyrək köçürülüb16:00Müxalifət ölkə rəhbərindən ibrət götürsün15:48Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub15:36İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız15:22Üç rayon üzrə qəbul keçirilib15:12Xərçəng xəstəliyi niyə cavanlaşır?15:06Bu yolda hərəkət qismən məhdudlaşdırılıb14:42Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib14:27Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır14:11Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub13:58“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:41Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb13:13Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir12:48Alagözlü Leyla-HEKAYƏ12:22Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub
BÜTÜN XƏBƏRLƏR
Fevral 2019 (201)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Hitlerin etibar etdiyi azərbaycanlı zabit

02 apr 2017, 13:20   
Hitlerin etibar etdiyi azərbaycanlı zabit


Newscenter.az.2.04.2017.

Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya Müharibəsi hələlik Yer üzü tarixinə ən qanlı savaş kimi düşüb. Lakin bu müharibə həm də qeyri-adi sərkərdəlik qabiliyyətləri, hərbi istedadları və ya bacarıqları olan şəxsləri də üzə çıxarıb.

Newscenter.az belə şəxslərdən biri olmuş alman zabiti Viktor Ern barəsində bir sıra maraqlı faktları təqdim edir:

Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanda, Gədəbəy rayonunda doğulmasıdır. Ötən əsrlərdə Azərbaycana köçürülmüş alman ailələrindən birində doğulmuş Ernin ailəsi bir müddət ölkəmizdə yaşayıb. Lakin 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra 14 yaşlı Viktor Ernin ailəsi 1921-ci ildə Almaniyaya qaçmağa məcbur olub.

Almaniyada təhsilini davam etdirən Ern 20 yaşında donanmaya daxil olur. İki illik uğurlu fəaliyyəti ilə “Keniqsberq” və “Karlsruz” gəmilərində xidmətə başlayır.

Onunla bağlı daha maraqlı fakt bundan ibarətdir ki, Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə kimi U-14 sualtı qayığının komandiri olmuş Viktor 1936-cı ildə İspaniya sahillərindəki hərbi əməliyyatlarda uğurla iştirak edir.

Hərbi istedadı ona gələcək karyerasında növbəti pillələrə yüksəlməyə imkan verir. 1939-cu ildə Hərbi Dəniz Akademiyasını bitirən Viktor Ern elə həmin il Hitlerin sevimli zabitlərindən olmuş admiral Karl Dyönisin qərargahında işləməyə başlayır.

Bundan bir il sonra U-37 sualtı qayığının komandiri təyin edilmiş Viktor Ern hərbi qabiliyyətini nümayiş etdirməyə başlayır. O, elə Norveç sahillərindəki ilk əməliyyatda Almaniya ilə müharibə aparan ölkələrin, o cümlədən Britaniya da daxil olmaqla 10 gəmini batırır. Bir gəmiyə isə güclü zərər vuraraq sıradan çıxarır.

Ern ikinci əməliyyat zamanı isə daha 7 gəmini suda batıraraq ingilis və fransız donanmasına güclü zərbə endirir. Müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmi batıran Viktor Ern daha 24 gəmini zədələməklə sıradan çıxarıb.

Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasını və Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı ilin 21 oktyabrında “Dəmir xaç” ordeni ilə təltif edilir. Bundan 5 gün sonra yenidən 1-ci zabit kimi admiral Dyönisin qərargahına qaytarılır.

Sonrakı illərdə Aralıq dənizindəki sualtı qayıqların koordinasıyasına rəhbərliyi həyata keçirən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsir kimi dəyişdirilərək Almaniyaya gətirilir.

Elə həmin il admiral qərargahının 1-ci zabiti kimi xidmətini davam etdrimiş Viktor Ern 1945-ci ilin mayında yenidən Britaniya hərbçilərinə əsir düşür. Bir neçə ildən sonra əsirlikdən azad edilən Viktor Ern müharibədən sonra “Siemens” şirkətində çalışmağa başlayır. Eyni zamanda Bonnda yüksək vəzifədə işləyir.

Bir sıra faktlara əsasən, Viktor Ern bu günə kimi batırdığı gəmilərin sayına görə dünyada rekord göstərici əldə edib. Onun həyatı barəsində bir neçə bədii film və 5 sənədli film ekranlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq, bir neçə dəfə rayona səfər edib.

Onun sonuncu səfəri ölümündən 2 il əvvəl baş tutub. Viktor Ern 1997-ci ildə 90 yaşında dünyasını dəyişib.

Anar Tağıyev
OXŞAR MÖVZULAR