Impera

XƏBƏR LENTİ
13:53Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir13:39Azərbaycanda "İKT-də qızlar" günü12:47Çin-AB arasında anlaşma, Azərbaycanın gələcək əhəmiyyətini artıran amildir-TƏHLİL12:17ATU Klinikasında ürək qüsuru olan gənc əməliyyat olunub12:00Bakı, Çin kimi nəhəng siyasi və hərbi gücə malik ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilər-ŞƏRH11:41AQTA iaşə obyektində nöqsanlar aşkar edib11:30Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir11:14AQTA maarifləndirici tədbirləri davam etdirir11:00Daha bir yolda hərəkət məhdudlaşdırılır10:50“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb10:40Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub10:18Azərbaycanda ilk dəfə istixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə üsulu tətbiq edilir10:10İçəri Şəhərin hissə-hissə dağıdılması, Qarabağda ermənilərin tarixi abidələrimizə qarşı vandalizmi ilə eynidir09:55Lənkəranda quduzlaşmış itlər 10 nəfəri dişləyib09:35Müdafiə naziri HHQ-nin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında iştirak edib - VİDEO09:30Əli Kərimli indi özünü Avropa simpatizanı kimi aparır09:28Düşmən atəşkəs rejimini 30 dəfə pozub08:5037 il əvvəl itkin düşmüş əsgərin cəsədi tapıldı08:37Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər08:25Rusiyada Azərbaycan diasporu birləşir08:14Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib08:08Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi07:55Narkotik alverçilərinin təlim keçdiyi tutuquşu saxlanıldı07:48Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşları qəbul edib07:42"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi07:12Dəm qazı daha bir can aldı07:00Hitlerin ölümqabağı teleqramı üzə çıxdı16:44Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib16:20Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib15:50"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu15:30Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu15:09KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib14:47Dövlət Komitəsinin sədri “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb14:33Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb14:14Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb13:50“Xalq-iqtidar” birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək13:22Makiavellist siyasət Əli Kərimlinin boyuna biçilib12:55Iran Amerikanın hədəfində12:35Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib12:25Sabunçu rayonunda yol infrastrukturu yenidən qurulur12:08Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib-VIDEO11:45Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Məruzəsi” hazırlanıb11:34“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyən olub11:13180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub10:54“İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib10:45Bu yolda xətlənmə işləri aparılır10:05DGK sədrinin vətəndaşların qəbul tarixi dəyişib10:00Nərimanov rayonuna içməli su məhdudiyyətlə veriləcək09:38Mövqelərimiz düşmən tərəfindən atəşə tutulub09:17BNA daha bir proqrama start verir08:20"Vətən saatı" adlı tədbir keçirilib08:00Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib15:49Türkiyə-ABŞ ziddiyyətləri artır15:17"Azərişıq" və "Azərenerji" "Formula 1" vaxtı birgə işləyəcək15:04Turizm klasterləşməsinin təşviqi prioritet istiqamətlərdəndir14:45Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində14:20Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır13:50Növbəti səyyar qəbul keçiriləcək13:36Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib13:24“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO13:15ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib13:03Qar uçqununa düşən əsgərin meyiti tapılıb12:55Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü12:46Mən hər zaman Prezidentimin, xalqımın yanındayam12:36Beynəlxalq reytinq sistemində AzMIU birinci olub12:26“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib12:15Xaçmazda Nəsiminin abidəsinin açılışı olacaq11:54İcra başçısının MTN-dən çıxarılan oğlu balıq biznesinə başlayıb-FOTOLAR11:39Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur10:46AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib10:36"Formula-1"dən qazandığımız və itirdiklərimiz-İQTİSADİ DƏYƏRLƏNDİRMƏ10:20Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib09:55Düşmən atəşkəs rejimini 25 dəfə pozub09:30Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb09:00Müdafiə naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb19:01Gömrük Akademiyasında gömrük əməkdaşları üçün təlimlərə start verilib18:42Təhsil işçiləri arasında futbol çempionatı keçirilib18:26Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin səfiri ilə görüşüb17:29Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb16:59Heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam edir16:53Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur16:10Cari ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib16:01Millət vəkili seçicilərlə görüşüb15:57“Azərsu” yeni elektron xidmət istifadəyə verib15:36Azərbaycan nümayəndə heyəti minalarla bağlı beynəlxalq konfransda iştirak edib15:24Ukraynalılar yeniliyə səs verdi15:14Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib15:01Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR14:48Bölgələrdə sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır14:38Qoyunlar və keçilər infeksion bradzot xəstəliyinə görə vaxtında peyvənd olunmalıdır14:27DGK ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edilməsi xəbərini təkzib etdi14:15Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:53Hərbi təyyarələrimiz təlim-məşq uçuşlarına başlayıb-VIDEO13:38Rüfət Quliyev: “Seçki zamanı hər hansı bir problem qeydə alınmayıb”13:20Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək12:56Azərbaycana xain gözlə baxanlar12:26Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb11:57Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir11:46Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək11:39Türk “iş adamı”ndan istintaqa təzyiq: “Ərdoğana deyəcəm, Türkiyə mediasına çıxaracam…”-ŞİKAYƏT+VİDEO
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (481)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Daha hansı sahələrdə struktur islahatı aparılmalıdır?

06 apr 2017, 12:48   
Daha hansı sahələrdə struktur islahatı aparılmalıdır?


Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi birləşdirilə bilər

Newscenter.az.6.04.2017. Son illərin yadda qalan müsbət məqamlarından biri də bəzi sahələrdə struktur islahatlarının həyata keçirilməsidir. Həyata keçirilən islahatlar çərçivəsində ortada olan mənzərə ondan ibarətdir ki, bu islahatların reallaşdırılması vacib idi və Azəbaycan hökuməti bu istiqamətdə doğru adımlar atır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, struktur islahatları barəsində danışarkən ilk növbədə onun fəlsəfəsinin nədən ibarət olduğunu bilmək lazımdır. İqtisadçı deyir ki, bir çoxları struktur islahatlarını hansısa qurumların ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə dövlət büdcəsinin vəsaitlərinə qənaət edilmək kimi dəyərləndirirlər: “Ancaq hər kəs bilməlidir ki, bu islahatların əsas fəlsəfəsi xərclərə qənaət etmək deyil, idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt ona sərf edilən zaman və keyfiyyətdir. Məsələlərin həlli zamanı bu iki göstəriciyə əməl olunursa, o halda idarəçiliyin optimal bir səviyyədə təşkil edildiyini demək mümkündür. Hər bir ölkədə dövlət idarəçiliyinin təşkilinin özünəməxsus xüsusiyyətləri olur. İnkişaf etmiş ölkələrin bu məsələdə yaxşı təcrübələri var. Lakin məsələyə şablon yanaşmaqdan – yəni hansısa bir ölkənin təcrübəsini olduğu kimi tətbiq etməkdən söhbət gedə bilməz. Hər bir ölkədə idarəçiliyin təşkilində yerli, milli və digər xüsusiyyətlərtam nəzərə alınmalıdır”. Fikrət Yusifov deyib ki, son iki ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb: “Bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativləriaradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin ASAN xidmətə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumlarınpublik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar. Bu az iş deyil. Lakin qarşıda struktur islahatlarının daha mühüm bir mərhələsinə keçmək qədər ciddi bir proses durur. Bu mərhələdə söhbət artıq böyük nazirlik və dövlət komitələrinin hər hansı bir formada birləşdirilməsindən və ya onların tərkibindən hansısa strukturların çıxarılaraq müstəqil bir qurum kimi təsbit edilməsindən gedir. Bu gün mətbuat səhifələrində bu mövzuda çıxış edənlər məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirirlər. Kimlərsə xarici təcrübəyə söykənən addımlar atmağı təklif edir, bir başqaları müəyyən sahədə fəaliyyət göstərən qurumların mexaniki birləşməsini təklif edir və s. Hesab edirəm ki, bu təkliflərin bir çoxu müasir tələblərə uyğun deyil və onların reallaşdırılması müəyyən sahələrin idarə olunmasında ciddi problemlər yarada bilər. Bəs struktur islahatlarının növbəti mərhələsində hansı addımları atmaq daha səmərəli olardı? Məsələn təkliflər səslənir ki, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi bir qurum kimi birləşdirilsin. Doğrudanmı bu üç qurumu mexaniki olaraq birləşdirmək mümkündür? Belə olarsa nə baş verər? Hesab edirəm ki, bütün reallıqları nəzərə alaraq, bu üç qurumun təklif olunan qaydada bir araya gəlməsinə yol vermək olmaz. Bunun səbəblərini izah etməyə çalışaq. Məsələn, Maliyyə Nazirliyi hər il Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üçün növbəti ildə onların büdcəyə toplayacaqları vergi və rüsumların həcmini (proqnozları) müəyyənləşdirən bir qurumdur. Maliyyə Nazirliyi növbəti il üçün vergi proqnozlarının ilkin variantını tərtib edib qurtardıqdan sonra, bir qayda olaraq onunla Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında toplanacaq vergilərin həcminə dair proqnozlar ətrafında fikir ayrılıqları meydana çıxır. Büdcəyə daha çox vəsait toplanmasında maksimum maraqlı olan Maliyyə Nazirliyinin mövqeyi bir qayda olaraq bu vəsaitləri toplayan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin mövqeyi ilə üst-üstə düşmür və bəzən də kənarlaşmalar kifayət qədər ciddi ola bilir. Bu təbii bir haldır. Çünki, vergi və rüsumları yığan qurumlar adətənproqnozların mümkün qədər aşağı olmasında maraqlı olurlar. Belə olduqda, təbii ki, onlar həmin proqnozların öhdəsindən asanlıqla gələ bilirlər. Proqnozlar yüksək olduqda isə əksinə, onların tam icra oluna bilməməsi təhlükəsi yaranır ki, bu da büdcəyə vəsait toplayan qurumlar və həm də onların rəhbərlikləri üçün heç də arzu olunan hal deyil. İndi təsəvvür edək, Maliyyə və Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi birləşib vahid bir qurum kimi fəaliyyət göstərir və bu qurum növbəti il üçün özü özünə vergi yükü müəyyənləşdirir. Bu halda bu yükün reallığa nə qədər uyğun olub olmadığını kim müəyyən edəcək? Bu proqnozların tərtibi ilə bağlı incəlikləri bu üç strukturda çalışan peşəkarlardan yaxşı kim bilə bilər? Bu səbəbdən də belə birləşmədən sonra vergi yükünün əsassız azaldılması təhlükəsi yaranacaq. Bu isə hökumətə lazım deyil. Maliyyə Nazirliyinin Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə bir strukturda birləşməsi ən azından haqqında danışdığımız bu səbəbdən real görünmür. Bəs nə etmək olar? Hesab edirəm ki, vergi və rüsumların toplanması ilə bilavasitə məşğul olan Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birləşdirilməsi mümkündür. Belə birləşmədən sonra hər iki qurumun mümkün olan aidiyyatı xidmətlərinin maksimum ASAN xidmətə ötürülməsi də yaxşı olardı. Maliyyə Nazirliyinin tərkibindən isə Dövlət Xəzinədarlığı Agentliyiniayırıb birbaşa Prezidentə tabe olan bir struktura çevirmək lazımdır. Bir nazirliyin həm büdcə xərclərini proqnozlaşdırması və həm də onun icrasını həyata keçirməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin azalmasına yol açan bir hal kimi dəyərləndirilməlidir”. İqtisadçı deyir ki, bütün hallarda, xərclərin proqnozlaşdırılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir, lakin müstəqil bir qurum olaraq Dövlət Xəzinədarlığı Agentliyi dəbu məsələdə öz mövqeyiniortaya qoya bilər ki, bu da çox mühüm bir şərtdir: “Bir sözlə, gəlir və xərc proqnozlarının müəyyən olunmasında heç bir qurumun manopoliyasına imkan vermək olmaz. Belə monopoliya proqnozların müəyyən edilməsində subyektiv meyllərin artmasına gətirib çıxara bilər. Başqa bir təklif, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu Nazirlikdənayrılaraq Hesablama Palatasına birləşməsi ilə bağlıdır. Bu gün yerli büdcələrin tərtibinin və icrasının düzgünlüyünün təftişini həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası paralel olaraq aparır. Yerli büdcələrin tərtibinə və icrasına bilavasitə rəhbərlik edən bir qurumun – Maliyə Nazirliyinin eyni zamanda bu büdcələrin icrasının düzgünlüyünə qiymət verməsi nə qədər düzgündür? Doğrudur bu təcrübə uzun müddətdir ki, davam edir. Lakin biz müasir şəraitdə dövlət vəsaitlərindən istifadənin səmərəliliyini optimal bir səviyyəyə qədər yüksəltmək istəyiriksə, bu təcrübədən imtina edilməlidi. Əslində bu Hesablama Palatasının da cari işi deyil, Palata ölkədə daha qlobal yoxlama və araşdırmalar aparmaqla məşğul olmalıdır. Lakin nəzərə alsaq ki, Hesablama Palatası artıq yarandığı gündən bu işlə bilavasitə məşğul olur, bu halda həmin nəzarətin tamamilə ora ötürülməsi düzgün olardı.
Başqa bir misal. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Dövlət Baytarlıq Nəzarəti Xidməti fəaliyyət göstərir. Hesab edirəm ki, bu struktur həmin nazirliyin tərkibindən çıxarılmalı və ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən başqa aidiyyatı təşkilatlar da onun tərkibinə verilməklə,Dövlət Baytarlıq Nəzarəti Xidmətibilavasitə ölkə Prezidentinə tabe olanmüstəqil bir qurum kimi fəaliyyət göstərməlidir. Ölkəyə keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısını almaq məqsədiləDövlət Baytarlıq Nəzarəti Xidmətinin beləbir formada təşkili çox vacibdir”.
Newscenter.az
OXŞAR MÖVZULAR