Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (342)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir

11 apr 2017, 13:43   
Dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir


Newscenter.az.11.04.2017. Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edib. Newscenter.az-ın xəbərinə görə, Səhmdar Cəmiyyətin sədri bildirib ki, dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq, Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadiyyatının bütün aparıcı sahələrində, xüsusilə də qeyri-neft sektorunda köklü dəyişikliklər baş verir: "Azərbaycan iqtisadiyyatının vacib sahələrindən olan nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində davamlı və məqsədyönlü iş aparılır. Ölkənin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu nəqliyyatı da demək olar ki, yenidən qurulur.
Zati-aliləri, Sizin Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 2015-ci il 18 sentyabr tarixli Sərəncamınız Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsini təmin edib.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son iki ildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müddət ərzində ümumilikdə 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi işləri aparılır. Hazırda Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi” çərçivəsində bütövlükdə Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Sizin iştirakınız və xeyir-duanızla 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən 19 ay ərzində bu qatardan artıq 1 milyon 375 min vətəndaşımız istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulmuş Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edir. İşlər 1883-cü ildə inşa olunmuş və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş vağzal–mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib. 1926-cı ildə tikilmiş vağzal binasının dəmir yolu muzeyinə çevrilməsi məqsədilə lazımi yenidənqurma işlərinə başlanacaq.
Sizin verdiyiniz tapşırığa əsasən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlayıb. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadaladığımız ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir.
Cənab Prezident, Sizin dəstəyinizlə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.
Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə Sizin 2015-ci il dekabrın 7-də imzaladığınız “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncamdan və 2016-cı il fevralın 23-də İran İslam Respublikasına səfəriniz zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə Sizin tərəfinizdən qarşımıza qoyulan məqsədə - sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini saatda 60 kilometrə çatdırılmasını mümkün edəcək". Cavid Qurbanov qeyd edib ki, dövlət başçısının verdiyi tapşırığa əsasən, Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə 3101 ədəd yeni yük vaqonları alınaraq vaqon parkına daxil edilib: "Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir keçmiş 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, tərəfimizdən təmir edilmiş 5 ədəd lokomotiv də istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozların alınmasına dair müqavilə imzalanıb və həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Sizin Fransaya səfəriniz çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb. İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılır.
Dünya iqtisadi böhranı və region ölkələri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yük daşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq 2015-ci oktyabrın 21-də Sizin tərəfinizdən verilən Sərəncam əsasında ölkəmizdə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti yaranıbdır.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat Marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün davamlı iş aparılır.
Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. 2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.
Ali diqqətinizə çatdırmaq istəyirəm ki, dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir. Azərbaycan Dəmir Yollarında maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunması məqsədi ilə onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına uyğun qurulması və sənəd dövriyyəsinin tam elektronlaşdırılması işlərinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində “Döyçe Bahn” və “KPMG” şirkətləri tərəfindən Azərbaycan Dəmir Yollarının 5 illik biznes planı və aktivlərinin vahid idarə olunması layihəsi hazırlanır.
Yük daşımalarında sifarişlərin onlayn şəkildə verilməsi və tariflərin onlayn hesablanması xidməti istifadəyə verilib. Eyni zamanda, sərnişinlərin məmnunluğunu təmin etmək məqsədi ilə biletlərin onlayn satışına başlanılıb.
Zati-aliləri, Sizin ölkədə yürütdüyünüz müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Hazırda Azərbaycan Dəmir Yollarında 22063 işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 30 faiz artırılıb. Son dövr ərzində isə 2000 yeni iş yeri yaradılıb. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarının inzibati binası əsaslı təmir edilərək istismara verilib. Sizin təşəbbüsünüzlə formalaşdırılmış və dünya səviyyəsində tanınmış Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan, Sizin də açılış mərasimində iştirak etdiyiniz, “ASAN qatar” istifadəyə verilib və qısa müddət ərzində regionlarda 10 minə yaxın vətəndaşa xidmət göstərilib.
Zati-aliləri, Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində Sizin təşəbbüsünüz və dəstəyinizlə həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Sizin tapşırığınıza uyğun olaraq, dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.
Bütün bunlar, cənab Prezident Sizin, Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmanızın bəhrəsidir. Sizin rəhbərliyiniz altında həyata keçirilən məqsədyönlü siyasətin və dəmir yollarında son dövrdə başlamış islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq"
Dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir
OXŞAR MÖVZULAR