Impera

XƏBƏR LENTİ
15:47Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edilib15:34Ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası davam edir15:15Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir15:01“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək14:47AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib14:33Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır?14:16Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir13:49Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib13:08“ADA” Universiteti və “Coca-Cola”Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi12:53“Məktəb seminarları” başa çatıb12:47BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb12:33Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi12:22Ən fəal tələbə-könüllülər mükafatlandırılıb12:18Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib12:09Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib11:41Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək11:22Bakıda OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası başlayıb11:08Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb10:47Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir10:35Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi10:21Tələbələr Heydər məscidini ziyarət edib09:50Cənab prezident ölkəmizin nüfuzunu ləkələməyə maraqlı olanların arqumentlərini əllərindən almış oldu09:20Atəşkəs rejimi 24 dəfə pozulub18:59Bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq18:41Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir18:30Qazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilib18:17Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib18:10Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir18:02SOS: Bir sıra rayonlarda siçanabənzər gəmiricilər yayılıb17:50Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib17:37Ekologiya Nazirliyindən xəbərdarlıq-qar yağacaq17:34Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib17:24Almaniya azərbaycanlıları bir araya gəlib17:14“BMT-nin Könüllülər Proqramı” təqdim olunub17:00Ağdamda ikigünlük seminar-müşavirə keçirilib16:50Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub16:37Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi16:21Binə qəsəbəsində təmir işləri yekunlaşıb16:17Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib16:10“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar15:55“Azərsu” kollektivi qan verdi15:21“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfransı keçirilib15:03Təhsil nazirinin müavini Qırğızıstana səfər edib14:50Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirilmə tədbiri keçirilib14:40AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi14:31Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir14:20Motosiklet minik avtomobili ilə toqquşdu13:46ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası13:30206 və 211 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi dəyişdi13:21Müəllim və valideynlərin müraciəti dinlənilib13:12Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib13:00Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək12:52“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı11:40AzTU-da növbəti seminar keçirilib11:25Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib11:12Zakir Həsənov hərbi təlimlərlə bağlı kollegiya iclası keçirib11:00Rektor əvəzi qalib tələbələrlə görüşüb10:55Yararsız ət satışı ilə məşğul olanlar həbs edildi10:48Hərbi-idman oyunları keçirilib10:26Düşmən atəşkəs rejimini 26 dəfə pozub10:14Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib09:23I sinfə qəbulla bağlı suallar cavablandırılacaq09:00Əfqanıstanla neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib16:38“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir16:25BMT baş katibindən Azərbaycana təşəkkür məktubu16:12“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub16:04Dəmir yolunda “Sağlamlıq günü” keçirilib16:00Metropolitendən daha bir aksiya15:50BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub15:37Balakən məktəbliləri ilə görüş keçirilib15:23Müsabiqə qalibləri bəlli olub15:12“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb15:00Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır14:47Əli Kərimli Tale Bağırzadəyə hansı vədi verib?14:37Şamaxıda zəlzələ olub14:20“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib13:52Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olub13:42Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır13:37Ermənistanda zəlzələ olub13:32Sabah hava necə olacaq?13:20Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşlarla görüşüblər12:45Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub12:34Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib12:28Müəllimlərə sertifikatlar verilib11:51Ağdamda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri başa çatıb11:39Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb-VIDEO11:12Azərbaycan-Yaponiya əlaqələri genişlənir10:57VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir10:44Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib09:54Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər09:3827 dəfə atəşkəs rejimi pozulub09:00Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub20:00Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)19:03Daha 3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq18:40Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub18:35Təhsil Nazirliyində kollegiya iclası keçirilib18:29Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub18:15Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (203)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

15 apr 2017, 16:32   
Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib


Newscenter.az..15.04.2017. Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Newscenter.az-a bildirilib ki, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, həyata keçirilən iqtisadi və fiskal siyasət, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, onlara geniş xidmətlərin, o cümlədən elekron xidmətlərin təqdim edilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub. Vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində genişmiqyaslı islahatlar aparılıb. Bu dəyişikliklər əsasən vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edib. Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilib.

Nazir müavini vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə könüllü vergi açıqlaması sisteminin tətbiqi, artıq ödənilmiş vergilərin qaytarılmasının sürətləndirilməsi, transfer qiymətlərinin tətbiqi kimi yeniliklər daxil edilib. Bu dəyişikliklərin Avropa İttifaqının direktivlərinə uyğun aparıldığı, beynəlxalq təcrübənin əsas götürüldüyü qeyd edilib.

İ.Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamət üzrə strateji yol xəritələri təsdiq olunub.

Qonaqlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilərək qeyd olunub ki, Nazirliyin əsas icraçı olduğu sahələr əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrufatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır. O da qeyd olunub ki, hər bir hədəf bir sıra mühüm komponentlərdən ibarətdir və hər bir komponent üzrə ciddi təhlillər edilərək illik iş planlarında əksini tapacaq tədbirlər həyata keçiriləcək.

İ.Vəliyev Vergilər Nazirliyinin yeni idarəetmə strukturu barədə məlumat verərək bildirib ki, yeni admnistrativ yanaşmada “dövriyyə intervalları” prinsipi əsas götrlməklə vergi ödəyiciləri iri, orta və kiçik vergi ödəyiciləri olaraq qruplaşdırılıb. Hər bir sahibkarlıq qrupuna fərdi yanaşmalar müəyyən edilib. Yeni yaradılan departamentlərdə xidmətin genişləndirilməsi əsas hədəf olaraq götürülür. Bu gün orta sahibkarlara münasibətdə daha çox partnyorluq münasibətlərinin genişləndirilməsi, iri vergi ödəyicilərinə münasibətdə isə daha əhatəli münasibətlərin qurulması istiqamətində mütamadi işlər aparılır.

Dünya Bankının Tapşırıq qrupu rəhbəri, dövlət sektoru üzrə baş mütəxəssis Racul Avasti vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu bildirən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunda kəsirin azaldılması, biznes, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilməsi, eyni zamanda onun beynəlxalq standartlara uyğunlaşdırılması, kiçik və orta sahibkarlığa dəstək məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb.

Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Prezident Administrasiyasının nümayəndələri də iştirak edib.
OXŞAR MÖVZULAR