Impera

XƏBƏR LENTİ
10:54Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib10:30Nəsimi rayonuna içməli su fasilə ilə veriləcək10:30Təhsil müəssisələrində “İnsan hüquqları aylığı” keçirilir09:21Atəşkəs rejimi 23 dəfə pozulub09:00Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib-VIDEO16:55BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın Xarici İşlər Nazirinə etimadnaməsini təqdim etd16:32"Mxitaryan futbol oynaya bilər, amma siyasətdə sadəcə alətdir" - Səbuhi Abbasovdan videomüraciət16:05Tələbələr üçün təlim keçirilib16:00Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb15:57Bakıda “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsi keçiriləcək15:46Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüb15:37Heyvan düşərgələrinə səyyar baytarlıq xidməti təşkil edilib15:25Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib15:11Gömrükçülər beynəlxalq elmi konfransda çıxış ediblər14:51Xədicələr, Nərminlər bizim onsuz da tarıma çəkilmiş əsəblərimizlə çox oynamasınlar14:35Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib14:26AzMİU-da beynəlxalq elmi konfrans keçirilib14:23Əli Kərimli yaddan çıxarır ki, yetkinlik yaşına çatmayan fərdin siyasi oyunlara cəlb olunması ən azı siyasi hoqqabazlıqdır14:02Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib13:18QHT sədrindən Fazil Talıblıya irad-Siz mənim salamımı almırsınızsa, demək narazı vətəndaşları görməyə ümumiyyətlə vaxt tapa bilmirsiniz12:40İnam Kərimov fransalı həmkarı ilə görüşüb12:35Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb12:25Tovuzda sahibkarlarla görüş keçirilib12:08Yevlaxda ağır yol qəzası, mikroavtobus aşdı12:00Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim edilib11:49Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrdən istifadə ilə bağlı görüş keçirilib11:35Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlanılır11:26İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb11:22Hər üç istifadəçidən birinin əvvəlki iş yerinin sənədlərinə çıxışı var11:15Gəncədə AQTA əməkdaşlarının iştirakı ilə seminar keçirilib11:05Bakı Telefon Rabitəsi MMC (Baktelecom) yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır11:00M2 magistralının Xaldan-Şəki hissəsi əsaslı şəkildə yenidən qurulur10:48Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub10:30UEFA Avropa Liqasının final oyunu ilə tədbirlər planı hazırlanıb10:10Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib09:40ADAU-nun rektoru Polşada səfərdədir09:35Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb09:28Düşmən 21 dəfə atəşkəsi pozub07:30Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib - VİDEO07:20Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib07:12Fuad Abbasovla bağlı Putinə müraciət edildi.07:00Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib17:15“Bərəkət”dən sahibkarlara dəstək layihəsi17:05Prezident və xanımı Mərkəzi Parkın açılışında16:09Nazirliyin 5 əməkdaşına cinayət işi açıldı, 8 nəfər isə işdən çıxarıldı15:58Metropolitenin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir15:20Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib14:17Vətəndaşa dəymiş 40 minlik ziyanı müstəntiq necə ört-basdır etdi?-FOTOLAR13:55DGK rəhbər heyəti vətəndaşları qəbul edəcək13:50Səhra şəraitində təminat məntəqələri yaradılıb-VIDEO13:40Ölmüş heyvan ətinin satışının qarşısı alınıb13:34Sabah hava necə olacaq?13:10143 qanunsuz miqrant saxlanılıb12:40Bakıda "Zara" mağazasında soyunub-geyinmə otağına kamera yerləşdirildi-VIDEO12:1020 ölkədən 70-dən çox iştirakçı Bakıya gələcək12:00Ombudsman aparatı nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar11:50Pedaqoji mühazirələrin paytaxt üzrə qalibləri müəyyənləşib11:40Gürcüstandan Azərbaycana siqaret və spirtli içki keçirilməsinin qarşısı alındı11:31Paytaxtda daha bir gənc intihar etdi11:154000 ədəd siqaret aşkarlanıb10:50Daha bir idmançımız TOKYO 2020 olimpiya oyunlarına vəsiqə qazandı10:35Məktəb direktorlarının üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirilməsi vacibdir10:17Təmas xəttində monitorinq keçiriləcək09:50Səmti müəyyənetmə üzrə Beynəlxalq yarış keçirilib09:35Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri müzakirə ediləcək09:05Atəşkəs rejimi 22 dəfə pozulub08:33Nazir hərbi təlimləri izləyib-VIDEO08:15Komitə sədri vətəndaşları qəbul edib00:23Polad Bülbüloglu kokteyl məclislərinə qatılmaq və arayış satmagı bilir17:10MDB iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək17:00Fuad Abbasovun hüquqlarının müdafiə komitəsi yaradıldı16:47Gəncədə sahibkarlarla görüş keçirilib16:40“Kiber təhlükəsizlik üzrə Gənclər Seminarı”16:30Azərbaycanda III Robot Olimpiadası keçiriləcək16:11Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib16:00Birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub15:45“Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir15:30Prezident İlham Əliyev: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun"15:20Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Saatlıda dindarlarla görüşüb15:15Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub14:55Dini Komitənin rəhbərliyi qərb bölgəsində vətəndaşlarla görüşüb14:43Jurnalistə qarşı bu cür aşağılayıcı münasibət Rusiya dövlətinin imicinə kölgə sala bilər14:23Şəkidə fermerlər üçün maarifləndirmə tədbiri keçirilib14:13Rusiyadakı hər bir azərbaycanlı Fuad Abbasovu müdafiə etməli idi14:10Müəllim və valideynlər qəbul ediləcək13:59Aİİ rektoru Rusiya Federasiyasında səfərdədir13:44Dünya Azərbaycanlıları Assambleyası Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət etdi13:30DGK-dan açıqlama-Rəşad Babayev “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb13:10Bu yollarda rəngləmə işləri aparılacaq12:56Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb12:47Azərbaycanlı biznesmen İlqar Hacıyev prezident İlham Əliyevə müraciət etdi12:35“Türk Hava Yolları” İstanbul hava limanında beş yeni biznes zal açır12:19Məktəb direktorlarının müşavirəsi keçirilib11:49Bu dövlətimizin şərəf məsələsidi11:30M2 magistralının Hacıqabul-Ələt hissəsi əsaslı şəkildə təmir edilir11:20“Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib11:13Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb11:02Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib10:57"Azərsu" "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsinə aydınlıq gətirdi10:39Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələdə
BÜTÜN XƏBƏRLƏR
May 2019 (663)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə 228 avtobus cəlb ediləcək

23 apr 2017, 12:28   
İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinə 228 avtobus cəlb ediləcək


Vüsal Kərimli: “616 sürücü Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib”

Newscenter.az.23.04.2017. Məlum olduğu kimi aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib. İclasda bir çox nazirlik və komitə rəhbərləri ilə yanaşı Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli də çıxış edərək oyunlara hazırlıq istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Vüsal Kərimli bildirib ki, son illər ölkəmiz beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Onun sözlərinə görə, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin, rəhbərlik etdiyiniz Təşkilat Komitəsinin I Avropa Oyunlarının yüksək səviyyədə hazırlanıb keçirilməsi zamanı böyük təcrübə əldə edilib. Bu təcrübəyə əsaslənaraq, ökəmizin həyatında çox əlamətdar hadisə olan IV İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçiriləcəyinə əminik. IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançılar, nümayəndə heyətləri, yerli və xarici turistlər, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat tədbirlərinin düzgün və koordinasiyalı təşkili paytaxt sakinlərinin gündəlik həyatına yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək”. BNA rəhbəri məlumat verib ki, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə bir sıra vacib nəqliyyat tədbirlərinin təşkili həvalə edilib: “Açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatın təşkili, atletlərin nəqliyyatı üçün sürücülərin ayrılması, idman arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi, Koroğlu HUB-na dair tədbirlər, maarifləndirmə və digər tədbirlər”.

Açılış və Bağlanış mərasimləri

Vüsal Kərimli qeyd edib ki, Oyunların Sınaq Açılışı, Açılış və Bağlanış mərasimlərində müvafiq olaraq 23.000, 30.000 və 60.000 nəfərin iştirakı gözlənilir: “Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlərə - Metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Bu istiqamət üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb. Sınaq Açılışı, Açılış və Bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda baş verəcəkdir. Bununla bağlı, Agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib. Tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması zamanı stadionun İctimai Nəqliyyat Terminalı istifadə ediləcək. Belə ki, Terminalının daxilində avtobusların daha təhlükəsiz hərəkət etməsi üçün dairənin əlavə edilməsi və giriş-çıxışın beton baryerlərlə ayrılması təklif olunub. Həmçinin, cəlb ediləcək avtobuslar üçün ayrıca gözləmə sahəsinin təşkil edilməsi təklif edilib. Hazırda Əməliyyat Komitəsi tərəfindən baxılmaqda olan bu təkliflər hərəkətin təhüləsizliyinin təmini baxımından əhəmiyyətlidir. İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki personal ayrılıb. Həmin şəxslərin də uyğunluq yoxlamasından keçirilməsi zəruridir. Sınaq Açılışı, Açılış və Bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək”.

Atletlər üçün sürücülər

Agentlik rəhbəri bildirib ki, beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb: “Ayrılmış 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobusların idarə edilməsi üçün 320 nəfər sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə, sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılması üçün Əməliyyat Komitəsinə təqdim edilib. Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub”.

İdman Arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi

“Oyunlar keçiriləcək bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin rahat şəkildə çatması məqsədilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərinə dəyişikliklərin edilməsi, onların hərəkət cədvəllərinə düzəlişlərin edilməsi, zərurət olduğu istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və maarifləndirmə işləri aparılır. 18 may tarxixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena” da keçiriləcək 2 futbol oyununda iştirak edəcək tamaşaçılar və digər şəxslərin daşınması üçün “Koroğlu” metrosu-“Dalğa” Arena istiqamətində ekspress xəttin fəaliyyəti təmin ediləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 01-30 may 2017-ci il tarixlərində Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhər daxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. Bu məqsədlə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib”.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (HAB) dair tədbirlər

Vüsal Kərimli deyib ki, atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da nəzərdə tutulub: “Bunun üçün Koroğlu HUB-ın ərazisi seçilib. Bu məqsədlə, Koroğlu HUB müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Tərəfimizdən hazırlıq işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi tərtib edilərək müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Hazırlıq işləri bitdikdən sonra, Koroğlu HUB-ın avtobus əməliyyatları tam şəkildə 3 aprel 2017-ci il tarixində Milli Gimnastika Arenası ilə üzbəüz həmin əraziyə köçürülüb. Məlumat üçün bildirim ki, gün ərzində Koroğlu HUB-a ətraf kənd və qəsəbələrdən 29 marşrut üzrə fəaliyyət göstərən 430 avtobus daxil olur. Müvəqqəti Koroğlu HAB-ında sərnişinlərin rahatlığının və təhlükəsizliyinin artırılması məqsədilə, bir sıra zəruri tədbirlər, o cümlədən avtobusların sürətinin azaldılması üçün tramplinlərin quraşdırılması, sərnişinlər üçün istiqamətləndirici və məlumatlandırma lövhələrin yerləşdirilib. Mərkəzdə piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir. Məlumat üçün qeyd edim ki, Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə, aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. Bununla əlaqədar, Koroğlu HAB-ında fəaliyyət göstərən marşrutların işində müvafiq dəyişikliklərə zərurətinin yaranması gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyatı Agentliyi tərəfindən Koroğlu HAB-ında olan dayanacaqların digər ərazilərdə yerləşdirilməsi tədbirləri işlənilib”.

Maarifləndirmə və digər tədbirlər

BNA rəhbərinin sözlərinə görə, qeyd edilən məsələlərdən əlavə digər təşkilati və texniki tədbirlər də həyata keçirilir: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzinin (NƏM) təşkili işləri aparılır. Oyunlar zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaqdır. Əməliyyat Komitəsinin təklifinə əsasən, Oyunlara hazırlıq və Oyunlar zamanı ictimai nəqliyyat üzrə bütün maarifləndirmə və məlumatlandırılma kampaniyası Agentliyin vasitəsi ilə aparılacaq. Bunun üçün sadalanan məlumat kanallarından istifadə ediləcək:
1. “AvtoRadio” 107.7 fm vasitəsilə yarışların keçirildiyi məkanlar və yollar barəsində
2. Dayanacaqlardakı Avtobus İnformasiya Terminalları (BİT) vasitəsilə;
3. VMS (elektron informasiya terminalı) və stasionar bannerlər vasitəsilə;
4. Avtobusların daxilində maarifləndirici məlumatlar vasitəsilə səsləndirmə və monitorlar
5. BNA əməkdaşları və könüllülərin gödəkçələrinin üzərində məlumatlar (Nəqliyyat Bələdçiləri).
Bundan əlavə, Oyunlarla əlaqədar ölkəmizə səfər edən turistlərin çoxluğu nəzərə alınaraq, 28 May metrostansiyası – Hava Limanı və əks istiqamətdə 24 saat xidmət göstərən “Aeroexpress” xətt avtobusları barədə maarifləndirici tədbirlər daha da genişləndirilib”. Vüsal Kərimli sonda qeyd edib ki, nəzərdə tutulan nəqliyyat işlərinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Əməliyyat Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında nəqliyyat sahəsində səlahiyyətlərin bölgüsünə dair protokolun hazırlanıb imzalanmasını məqsədə müvafiq hesab edirik: “Həmçinin, nəqliyyat sahəsindəki işlər üzrə məsul əlaqələndirici təşkilatın və vəzifəli şəxsin təyin edilməsini təklif edirik. Sonda, Sizi əmin etmək istərdik ki, bizə həvalə edilən və bugünkü müşavirədə verəcəyiniz tapşırıqların icrası Bakı Nəqliyyat Agentliyi tərəfindən vaxtında və tələb olunan səviyyədə icra ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və şəxsən Sizin yüksək etimadını doğruldacaq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
OXŞAR MÖVZULAR