Qərbin öz hüdudlarından kənarda axtardığı demokratiya onun maraqlarıdır » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Qərbin öz hüdudlarından kənarda axtardığı demokratiya onun maraqlarıdır

29 apr 2017, 12:36   
Qərbin öz hüdudlarından kənarda axtardığı demokratiya onun maraqlarıdır


Newscenter.az.29.04.2017. Türkiyədəki 16 aprel referendumunun nəticələrini “Qoca qitə” heç cür həzm edə bilmir. Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadılar – Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur. Qardaş ölkənin son illər regionun problemlərinin həlli istiqamətində yürütdüyü müstəqil siyasət “Qoca qitə” təmsilçilərinin artıq çoxdan rahatsız edirdi. Bu müstəqilliyi əngəlləməyin yollarının axtarışında olan “demokratlardan” türk xalqının seçiminə başqa münasibət gözləmək də mümkün deyildi.
Bu gün başqasından demokratik dəyərlərə əməl etməyi tələb edən “Qoca qitə” təmsilçiləri tarix üçün heç də böyük olmayan bir zaman kəsiyində bütün dünyaya necə qan uddurduqlarını çox tez unutdurlar? Biz bu gün onların bu unutqanlığına imkan verməməliyik. Onların kim olduqlarını hər addımbaşı yadlarına salmağımız gərəkdir. Həyatın elə qanunları var ki, bu qanunları dəyişmək heç kimə müyəssər olmur. Bunlardan biri də genlərlə bağlı olan qanundur. Böyük rus alimi N.İ. Vavilov demişkən “Genlər yanlışlığa yol vermirlər – onları aldatmaq mümkün deyil”. Bəli, bu günün Avropanın qardaş Türkiyəyə qarşı atdığı ədalərsiz addımlar bu deyimin nə qədər əsaslı olduğunu bir daha göstərdi. Millətlərin xisləti dəyişmir – erməni xisləti kimi. İşğal etmək, əzmək, özünə tabe etdirmək, özündən asılı vəziyyətdə saxlamaq – bax budur Qərb demokratiyasının kökündə dayanan dəyərlər. Bu gün özlərini elə aparırlar ki, sanki ötən əsirdə bütün dünyanı işğal edərək öz müstəmləkəsinə çevirən və bu zaman yüz minlərlə insanı yerindəcə sorğusuz-sualsız qətlə yetirən, bəşəriyyətə əlli milyondan çox insanın məhvi ilə nəticələnən iki cahan savaşını bəxş edən bunlar olmayıblar. Deyəcəklər babalarımız edib bunları, biz belə olmasını istəməzdik. Yalandı, tam yalandı. Babalarınız bu əməlləri təkbaşına etməyiblər, öz xalqları ilə birlikdə ediblər. Bəşəriyyət üçün o qanlı cinayətləri törədən həmin babaların genini özündə daşıyan sizlər isə indi bu yolu daha sivil bir şəkildə - demokratiya pərdəsi altında davam etdirirsiniz. Çünki dünya dəyişib, ona görə də xislətinizdədə olanları babaların getdiyi kobud yolla reallaşdırmaq çox təhlükəlidir.
Bunlara özlərindən güclü heç kim lazım deyil! Başqalarına qadağan etmək istədikləri, bunlara yasaq da deyil! Bunların sərhədlərindən kənarda görmək istədikləri demokratiya öz maraqlarından ibarətdir. Budur əsil həqiqət!
Türkiyənin güclənməsi bunlara heç lazım deyil. Əgər türk xalqı öz seçimini edib “əvət” deyibsə, bundan bu qədər əndişələnmək nə deməkdir? Xalq seçimini edib! Bəs sizlər necə seçirsiniz? İngilislər bir il bundan öncəyə qədər Avropa Birliyindən çıxmağa “əvət” dedilər. Bəs nə üçün yığışıb bunun qarşısını öz evininzin içində ala bilmədiniz? Viran qoyduğunuz Yaxın Şərqdən imdad diləmək üçün rezin qayıqlarda batıb məhv olmaqdan qorxmayaraq sizlərə pənah gətirmiş o qurbanlarınızı nə üçün itlərlə, tikanlı məftillərlə qarşılayırsınız? Bu gün əhalisi 500 milyon insanı keçən “Qoca qitə” bu əhalinin 1 faizini belə təşkil etməyən 5 milyona qədər qaçqını qəbul edib yerləşdirməkdə nə qədər acizlik nümayiş etdirir? Bu işdə Türkiyə yardımçınız olsa da onu da aldatmağa cəhd etdiniz. Türkiyənin öz qoynunda saxladığı və Avropaya kütləvi axınının qarşısını aldığı o qaçqınlara yardımdan da imtina etdiniz. Türkiyə də gərək ki, sizin kimi hərəkət edəydi və o qaçqınların çaşğınlıq içində olan sizlərə axışmasına yol açaydı gərək.
Bu gün yaratdığınız dəyərlər sökülür. Avropa Birliyinin üç dayağından viri Böyük Britaniya sizi tərk etdi. İkinci dayaq – Fransa da bu haldadır indi. Almaniyanın isə bu yükü tək çəkmək iqtidarında olması mümkün deyil. Siz iflas həddindəsiniz. Bu gün iqtisadiyyatınız çətinliklər içində, üzv ölkələrinizin bir çoxunda maliyyə durumu ağır vəziyyətdə olduğu, xarici borclarınız Ümumi Daxili Məhsulunuzu üstələdiyi bir halda Türkiyəni özünüzdən itələyirsiniz. Çünki Türkiyə son dəyişikliklə öz hakimiyyətini və deməli öz dövlətçiliyini bir qədər də gücləndirdi. Siz bu gün suda batarkən, batmazdan öncə kimdənsə qisasını almağ unutmayan bir acizi xatırladırsınız.
Bu gün Avropa öz dəyərlərini itirir və faktiki olaraq türk, müsəlman düşmənçiliyinə yuvarlanır deyənlər yanılırlar. Avropa çoxdan bu yolun yolçusudur. Avropa bu dəyərləri çoxdan itirib. İllərlədir Türkiyəni minbir bəhanələrlə Avropa Birliyinin qapıları arxasında saxlamaq nə demək idi? Hər kəs çox gözəl başa düşürdü ki, bu bir oyun idi. Əsil həqiqət budur ki, siz nə Türkiyə kimi bir qüdrətli tərəfdaşdan imtina edə bilirsiniz, nə də onu öz birliyinizə üzv qəbul etmək istəyirsiniz. Sadəcə qorxursunuz və qorxduğunuz üçün oynamaq zorunda qalıbsınız. Şərqlə Avropanın arasında olan belə bir qüdrətli dövlətin bu birliyə üzv olmasından qorxursunuz. Qorxursunuz ki, Türkiyə bu birliyə üzv olduqdan bir neçə on il sonra orada hökmaranlıq edə biləcək qədər bir qüdrətə sahib olacaqdır. Qorxursunuz ki, bu gün Avropa ölkələrində yaşayan milyonlarla türkün sayı Türkiyə bu Birliyə üzv olduqdan sonra bir neçə on il ərzində on milyonlarla ölçüləcək. Qorxursunuz ki, bu nəticə etibarılə sizin sonunuz demək olacaqdır.
Bütün bunlara görə bu gün trürk xalqının Türk dövlətinin qüdrətinin artırılmasına yönəli seçimi sizlərdə belə qıcıq yaratdı. Siz Türkiyədən imtina edə bilməzsiniz – bu mümkün deyil. Bu səbəbdən də, 13 il bundan öncəki start vəziyyətinə qayıdıb, Türkiyənin bu quruma üzvlük məsələsini yenidən qeyri-müəyyən bir vaxta qədər uzatmaqla, onunla yenidən oynamaq seçimi edirsiniz!
Avropa bu gün bir məsələni anlamalıdır! İndi Türkiynin Avropaya ehtiyacından daha çox Avropanın Türkiyəyə ehtiyacı var. Zaman bunun həqiqətən də belə olduğunu göstərəcək. Bu gün Türkiyəyə yönəli bu haqsızlıq eyni zamanda Azərbaycana yönəlmiş bir haqsızlıqdır. Bu səbəbdən biz türk qardaşlarımızın yanındayıq!
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov
OXŞAR MÖVZULAR