11 may 19:58sosial

Təhsil ocaqlarında valideynlərlə görüşlər keçirilir

Təhsil ocaqlarında valideynlərlə görüşlər keçirilir


Newscenter.az.11.05.2017. Mayın 12-dən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə həyata keçirdiyi layihə çərçivəsində təhsil ocaqlarında valideyinlərlə görüşlərə start verildi. İlk görüş Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksində keçirildi.
Valideyinlər qarşısında çıxış edən millət vəkili, AKF-nin prezidenti Adil Əliyev layihənin əsas məqsədi barədə bəhs etdi. Millət vəkili diqqətə çatdırdı ki, əsas məqsədimiz ölkədə idman sahəsində kütləviliyi təmin etməkdir: “Cənab Prezident İlham Əliyev hər birimizin qarşısında bu məqsədi qoyub və biz də federasiya olaraq çalışırıq ki, uşaqları pis vərdişlərdən yayındıraraq, onları idman zallarına yığaq, kütləviliyi təmin edək, Silahlı Qüvvələrimizə sağlam əsgər yetişdirək. Əgər əvvəlki illərdə yeniyətmələr arasında keçirilən respublika çempionatına 150-200 nəfər qatılırdısa, bu il çempionatda min nəfər iştirak etdi. Bu isə onun göstəricisidir ki, həyata keçirdiyimiz layihələr öz efektini verir. İnanıram ki, bundan sonra da valideyinlərin dəstəyi ilə övladlarımızı sağlam həyata dəvət edərək, onların sağlam gələcəyini qura biləcəyik”.
Daha sonra görüş diskusiyalarla davam etdirilib.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi