05 in 16:08siyaset

Azərbaycan üçün təhlükə-Ermənilər Qarabağa 8 min muzdlu əfqan yerləşdirir

Azərbaycan üçün təhlükə-Ermənilər Qarabağa 8 min muzdlu əfqan yerləşdirir


Newscenter.az.5.06.2017.
Ermənistan keçən ilin aprel ayında Azəbaycandan aldığı sarsıdıcı zərbənin cavab parametlərini axtarışa çıxıb. Keçən bir ildən artıq müddət ərzində düşmən ölkə bir neçə dəfə buna cəhd göstərsə də, lakin Azərbaycan Silahlı Qüvvələrinin cavabı özünü çox gözlətməyib və düşmənin planları reallaşmamış qalıb. Ermənistanın Azərbaycana zərbə endirmək planlarını reallaşdıra bilməməsinin bir səbəbi əgər düşmən ölkənin ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə həddən artıq qeyri-peşəkar və hərbi təchizat baxımından zəif olması ilə bağlıdırsa, digər səbəbi isə orduda şəxsi heyət çatışmamazlığının müşahidə edilməsidir. Onsuz da hələ aprel döyüşlərindən əvvəl Ermənistanda ordu sıralarına çağırış yaşlı gənclərin cəlb edilməsi problemi yaşanırdı. Belə ki, yerli ermənilər övladlarının Sərkisyanın hakimiyyətdə qalmasından dolayı Qarabağda mənasız yerə ölməsinə etiraz edərək imkan düşdükcə onları ölkədən kənara çıxarırdılar. Hətta bir neçə dəfə sabiq ordu rəhbərliyi bu barədə həyəcan siqnalı da çalmışdı. Aprel döyüşlərindən sonra isə bu proses bir qədər də sürətli xarakter almağa başladı. Vəziyyət o həddə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə qulluq keçmək üçün şirnikləşdirici vədlər verir və pul qarşılığında erməni gəncləri hərbi xidmətə cəlb etməyə çalışır. Bu fakt düşmən ölkənin Müdafiə Nazirliyi tərəfindən açıq şəkildə etiraf edilib. Bu arada Ermənistan ordusu ilə bağlı daha maraqlı və Azərbaycan üçün təhlükəli sayıla biləcək məlumatlar ortaya çıxıb. Yayılan xəbərlərə görə, Ermənistan Müdafiə Nazirliyinin şirnikləşdirici vədləri erməni gənclər arasında ordu sıralarında qulluğa marağı artırmadığı üçün hərbi rəhbərlik xarici ölkələrdən muzdlu şəxslərin Ermənistan Ordusuna cəlb edilməsinə üstünlük verib. Bu fakt Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy tərəfindən də təsdiq edilib. Göksəl Gülbəyin sözlərinə görə, əldə edilən araşdırma materiallarından məlum olub ki, hazırda Ermənistanda səkkiz min muzdlu Əfqan hərbiçi var və onlar bir müddət əvvəl düşmən ölkənin hərbi sisteminə cəlb edilib. ASİMDER rəhbəri bildirib ki, əfqan muzdlular 5 il müddətində Ermənistan ordusuna dəstək verəcək. Dərnək rəhbərinin sözlərinə görə, əfqan muzdluların əsasən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi nəzərdə tutulub: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi olan Qarabağ bölgəsində keçən ilin aprel ayında baş verən döyüşlərdə sarsıdıcı zərbə alan Ermənistan vəziyyətdən çıxış yolu kimi muzdlu əfqanları orduya cəlb etməkdə görüb. Azərbaycanın güclü ordusunun qarşısında əzilən və işğal etdiyi ərazilərin kiçik bir qismindən geri çəkilməyə məcbur olan Ermənistan aprel döyüşləri zamanı çoxlu sayda əsgər itkisi Verdi. Buna görə də sadə erməni ailələri övladlarının Qarabağ bölgəsinə hərbi qulluğa göndərməmələri barədə qərar verdilər. Yaranmış problemi aradan qaldırmaq və orduda şəxsi heyət çatışmamazlığına son qoymaq üçün əfqanları pul qarşılığında hərbi xidmətə cəlb edir". Göksəl Gülbəy deyib ki, Ermənistana gətirilən əfqan muzdlulara işğal altında olan Qarabağ ərazisindəki təlim düşərgələrində hərbi təlimlər keçirilir və onlara döyüş hazırlığı öyrədilir". ASİMDER rəhbəri onu da deyib ki, Ermənistan ordusuna cəlb edilən əfqan muzdluların hər birinə aylıq 3 min dollar əmək haqqı veriləcək. Bundan başqa beş ildən sonra isə onlar Ermənistan vətəndaşlığına qəbul olunacaq və Avropa vizası əldə edəcəklər. "Böyük Ermənistan" xəyalı quran ermənilərin ölkələrini qorumaq üçün əsgər tapa bilmədiyini deyən Göksəl Gülbəy qeyd edib ki, faşist Ermənistan dövləti hər cür terrorizmi dəstəkləyir: "Dəstəklədiyi bu, terrorizmlə sözdə xəyalını qurduqları böyük Ermənistan dövlətini qurmaq istəyirlər. Əfqanıstandaki, qarışıqlıq və münaqişələrdən dolayı rahat, huzurlu bir həyat sürməyin xəyalını quran əfqanların bu sadəlövhlüklərindən istifadə edən Ermənistan bununla həm də bir müsəlmanı digər müsəlmana qarşı döyüşməyə məcbur edir. Tarixə nəzər salsaq eyni proseslər zamanında da türk millətinə qarşı xaincəsinə həyata keçirilib. İngiltərə 1915-ci ildə Dardaneldə Müsəlman Türk millətinə qarşı Afrikanın müsəlman ölkələrindən müstəmləkəçi avropalılar gətirib savaştırmadımı? Eyni oyunu yenə səlib mentaliteti həvəsi ilə davam etdirirlər". ASİMDER rəhbəri maraqlı bir fakta da diqqət çəkib və İranın da dolayısıyla bu prosesdə iştirakçı olduğunu vurğulayıb. Bildirib ki, əfqan muzdlular məhz İran üzərindən Ermənistana keçiblər: "Əfqan muzdluların İran üzərindən Ermənistana keçdiklərini İslam Respublikası vətəndaşlarının sosial media qruplarındakı yazışmalarından öyrənə bilmişik.. İran Müsəlman qanının tökülməsi üçün Ermənistana gedən bu Əfqan muzdulalarına icazə verməməlidir". Göksəl Gülbey Ermənistanın bu hərəkətləri qarşılığında Türkiyənin də diqqətli olmasını zəruri hesab edib. Bildirib ki, bu gün Qarabağda Azərbaycana qarşı döyüşən əfqan muzdlular, sabah Türkiyəyə keçərək PKK, DHKP-C və TİKKO kimi təşkilatlara dəstək verib ölkədə terraktlar həyata keçirə bilərlər.
Bu arada əldə edilən bir maraqlı məlumat da ondan ibarətdir ki, Ermənistana gətirilən 8 min əfqan muzdlu arasında "Taliban" terror təşkilatının mücahidləri də yer alıb
Newscenter.az
Azərbaycan üçün təhlükə-Ermənilər Qarabağa 8 min muzdlu əfqan yerləşdirir
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi