Impera

XƏBƏR LENTİ
20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur10:30“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib10:10Qarabağ mitinqi siyasi oyunlar üçün keçirilməməlidir09:50Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:30Aİİ-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib09:00“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü oldu08:33ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub17:00Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir16:49Qalib startapçılarla görüş keçirilib16:09Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (276)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

08 in 2017, 21:26   
Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?


Newscenter.az.8.06.2017.
Rusiya sakinlərinin 9%-i Azərbaycanı dost ölkə hesab edir. “Cümhuriyət” qəzetinin xəbərinə görə, bu barədə “Levada” Mərkəzinin apardığı rəy sorğuları göstərir. Bu göstərici ilə Azərbaycan Rusiyaya dost 10 ölkənin sırasındadır. İlk onluğa Belarus (46%), Çin (39%), Qazaxıstan (34%), Suriya (15%), Hindistan (14%), Kuba (11%), Özbəkistan, Tacikistan və Azərbaycan (9%) daxildir.Rusların düşmən gördükləri ölkələr isə ABŞ (69%), Ukrayna (50%), Polşa (21%), Estoniya (16%), Britaniya (15%), Gürcüstan (9%), Fransa və Türkiyə (9%) daxildir. Sorğu mayın 19-22 tarixlərində Rusiyanın 48 vilayətinin 137 şəhər və qəsəbəsində 1600 nəfər arasında keçirilib.

71 il sonra

71 il SSRİ daxilində Rusiya və Azərbaycan “qardaş” idi. Hətta Sovet Rusiyasının “Domokl qılıncı” Ermənistanı da zorakılıqla Azərbaycana “qardaş” etmişdi.Lakin 71 ildən sonra Sakit okeanın altından - Yaponiya sahillərindən gələn “dağıdıcı qasırğa” qardaşların hərəsini bir tərəfə atdı.Müttəfiqlik pozuldu.Ermənistan ərazi iddiaları ilə Azərbaycana qarşı hücuma keçdi, Rusiya bizim yanımızda deyildi.Münaqişə öz həllini tapmayıb, çünki Rusiya bizim - ədalətin yanında deyil. Lakin bununla belə ölkəmizdə Şimal qonşumuza münasibət birmənalı deyil: sevənlər və sevməyənlər olaraq cəmiyyət iki ayrılır. Hansı tərəfin çox və az olduğu əhəmiyyətli deyil, çünki ölkəmizdə Azərbaycanın Rusiyaya dost olduğunu düşünənlərin sayı da az deyil. Bəs kim - Azərbaycan, yoxsa Ermənistan Rusiyanın dostudur? “Cümhuriyət” qəzeti sual ətrafında yaranmış ziddiyyətli məqamları jurnalistlərlə aydınlaşdırmağa çalışdı.

“Rusiyadan Azərbaycana dost olmaz”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

“Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli hesab edir ki, nadir hallarda ölkələr arasında əsl dostluq münasibətləri olur. Jurnalistin sözlərinə görə, bir qayda olaraq bir sıra ölkələr maraqlar çərçivəsində dost görüntüsü yaradırlar:

“O ki qaldı Rusiyanın kimin dostu olmasına, təbii ki, mənə görə Kremlin Bakıya dost olduğunu demək doğru olmazdı. Rusiya regionda maraqlarının təmin olunması baxımından bizə “dost” deyə bilər. Ancaq reallıq bundan ibarətdir ki, biz Şimal qonşumuzdan dostluq münasibəti görmürük.Əgər Rusiya Azərbaycanın dostu olsaydı, onun sələfi sayılan keçmiş SSRİ 1990-cı ildə Bakıda 20 Yanvar faciəsini törətməzdi.

Yaxud, bilərəkdən Qarabağda münaqişə ocağı yaradıb Azərbaycanın 20 faiz ərazilərinin işğalına yardım etməzdi. Rusiya dost olsaydı, indiyədək münaqişənin həlli istiqamətində ciddi addım atardı, Azərbaycana güzəşt üçün təzyiq etməzdi. Yəni, Rusiyadan dostluq gözləmək mənasızdır.Çünki hazırda da bu ölkə I Pyotrun vəsiyyətlərini icra etməklə məşğuldur.Ermənistana gəlincə, xristian təəssübkeşliyindən irəli gələrək Moskva ilə İrəvan arasında dostluq münasibətləri özünü göstərir. Elə Azərbaycan ərazilərinin işğalı da Rusiyanın Ermənistana dost payıdır”.

“Görünən dağa nə bələdçi?”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?


Strateq.az saytının əməkdaşı Zaur İbrahimli bildirib ki, böyük siyasətdə dost-düşmən bölgüsü yoxdur. O, hesab edir ki, siyasətdə əbədi maraqlar və onların diktə etdiyi strategiyalar var:

“Ermənilər 300 ildir ki, Rusiyanın dostudur. Çar Rusiyasının İranla, Osmanlı İmperiyası ilə müharibələrdən sonra bağladığı bütün sazişlərdə hər zaman ermənilərin mənafeyi nəzərə alınıb.Eyni zamanda SSRİ-i dövründə də, indiki sərhədlərində də Ermənistanı məhz Kremlin geosiyasi layihəsi kimi qiymətləndirmək lazımdır.Rusiyasız, ruslarsız ermənilər ancaq bir İrəvana sığacaq qədər muxtar statuslu vilayətə malik olardılar.Tarixi və siyasi kontekstdə bu barədə çox danışmaq, dəlillər gətirmək mümkündür.Amma görünən dağa nə bələdçi?Qısa deyək, Ermənistan Rusiyanın Cənub Qafqazdakı forpostu kimi layihələndirilib, silah anbarı və muzdlusu kimi nəzərdə tutulub.300 ildir ki, bu strategiya davam edir”.

Zaur İbrahimli qeyd edib ki, Rusiyanın strategiyasında Azərbaycan isə hər zaman coğrafi qonşu, islam aləminin, türk dunyasının bir parçası, ən vacibi, hər zaman nəzarətdə saxlanmalı olan Cənub giriş dəhlizi kimi nəzərdən keçirilib:

“İkitərəfli münaisbətlərin dinamikasından asılı olmayaraq, bu yanaşma heç vaxt dəyişməyib. Ermənilər vasitəsilə hər zaman Azərbaycanı təsir dairəsində, saxlamağa çalışıblar.Bu strategiya, zaman-zaman bu və ya digər dərəcədə uğurla həyata keçirilib.Azərbaycan cəmiyyəti bunu birdəfəlik yaddaşına yazmalı və buna uyğun da strategiya işlənməlidir. Biz müəyyən zaman kəsiyində Şimal qonşumuzla mehriban ola bilərik, müəyyən zaman kəsiyində ikitərəfli əlaqələrdə dinamika zəifləyə bilər. Amma 300 ildir ki, Rusiyanın dəyişməyən straetegiyasının olması ortadadır və bundan başqa digər məsələlər yalnız fraqmentar xarakterə malikdir.Biz qiymətləndirərkən və perspektivə baxarkən məhz bunu əsas götürməliyik”

“Şimaldan gələn təhlükə ilə üz-üzəyik”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

“Yeni Müsavat” qəzeti baş redaktorunun müavini Azər Ayxan Ermənistanın Rusiyanın əlaltısı, bölgədəki forpostu olduğu qənaətindədir. Jurnalistin sözlərinə görə, Azərbaycanın ərazisini Rusiya Ermənistanın əli ilə işğal edib, bu, danılmaz faktdır:

“Vaxtilə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilməsi də Çar Rusiyasının əli ilə həyata keçirilib. Bu, böyük planın tərkib hissəsi olub.Azərbaycanın böyüməməsi, inkişaf etməməsi, əksinə, parçalanması, problemlər bataqlığında boğulması - bütün bunlar Rusiyanın əsrlərdən bəri davam edən siyasətidir.Biz xalq, ölkə olaraq bu vəhşi və ədalətsiz siyasətin altını çəkirik. Proses bu gün də davam edir. İstər tarixilik baxımından yanaşdıqda, istərsə də bu günkü reallıqdan baxdıqda Ermənistanın Rusiyanın nəyi olduğu ortaya çıxır.Azərbaycan isə heç vaxt Rusiyanın dostu olmayıb.Bu da Rusiyanın bizə yanaşmasına görə ortaya çıxan acı reallıqdır.

Azərbaycan istəsə belə, Rusiya onu dost kimi qəbul etmir. Bu gün də Moskvadan ölkəmiz üçün yönələn təhlükəli siyasətlə üz-üzəyik.Şimal qonşumuzun Azərbaycana qarşı yönələn xain siyasəti bu gün də davam edir.Bu gün Rusiyaya qarşı çıxa bilmirik.Səbəbləri bəllidir.Burda sadalamağı gərək bilmirəm.Ona görə də bu ölkə ilə maksimum ehtiyatlı davranmağa məcburuq. Əslində nə biz Rusiyanı özümüzə dost bilirik, nə Rusiya Azərbaycanı dost gözündə görür. Vəziyyət bu qədər ağır və təhlükəlidir”.

“Rusiya ilə müttəfiq olmalıyıq”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?


Teleqraf.az saytının Türkiyə müxbiri Dilqəm Əhməd Rusiyanın Cənubi Qafqazda dostunun olmadığını deyib:
“Güc vasitəsilə əldə saxladığı dövlət var ki, o da Ermənistandır. SSRİ dağıldıqdan sonra Rusiyanın dəstəyi ilə torpaqlarımız işğal edildi, Xocalı soyqırımı oldu.Rusiya indi də Ermənistanı silahlandırır.Əgər Rusiya tərəfsiz qalsaydı, Azərbaycan bir neçə aya bütün torpaqları işğaldan azad edə bilər.Azərbaycana gəldikdə isə biz Rusiya ilə hər zaman tərəfdaş dövlət olmağa hazırıq. Hətta, münaqişə həll olunsa, Avrasiya İttifaqına da daxil ola bilərik. Tarixi keçmişimiz var, milyonlarla insanımız orada çalışır.Buna görə də Rusiya ilə müttəfiq olmalıyıq.Amma təəssüf ki, Rusiya imperiya maraqlarından əl çəkmir, münaqişənin ədalətli həllində maraqlı deyil”.

“Ermənistan Rusiyanın dostudur”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev hesab edir ki, böyük dövlətlərin dostları olmur, maraqları olur: “Rusiyanın Ermənistanda daha çox marağı var, yəni, bu maralqarı orada realizə etmək imkanı daha genişdir, nəinki Azərbaycanda. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir və bu iddiasını bütün beynəlxalq tribunlaradan bəyan edir.Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, deməli, Ermənistan Rusiyanın dostudur.

“Ermənistandan daha yaxın deyilik”
Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

Tərcüməçi-yazar, köşə yazarı Nadir Qocabəyli vurğulayıb ki, Rusiya böyük dövlətdir, bu ölkə digər böyük güclərlə geopolitik mübarizə aparır və bizim “çəpər” qonşumuzdur:

“Ermənistan və ya Azərbaycan kimi dövlətlərə münasibətlərinə də şübhəsiz ki, bu kontekstdə yanaşmaq məcburiyyətindədir. Yəni, geosiyasi hədəflər uğrunda mübarizədə kim ona daha çox dəstək verirsə, kim onun yanında dayanırsa, o da istər-istəməz onunla dost olur. Bu mənada Rusiya ilə dost və ya düşmən olmaq, eyni zamanda, Rusiyanın kimin dostu, yaxud düşməni olması daha çox onun özündən asılıdır. Mənim müşahidələrimə görə, hazırda müharibə şəraitində olduğumuz Ermənistan Rusiya ilə dostluğa daha çox can atır, bu istiqamətdə daha çox əməli səylər göstərir. Erməni lobbisi və diasporunun Rusiyada, onun paytaxtı Moskvada, digər iri şəhərlərində bizimkilərə nisbətən daha məhsuldar fəaliyyətlə məşğul olması heç kəsə sirr deyil.

Ermənilərin Rusiyanın elmi, mədəni müəssisələrində, dairələrində, inzibati strukturlarında bizdən xeyli dərəcədə ağır çəkiyə malik olmaları da faktdır.Təəssüflər olsun ki, bu hal ATƏT-in Minsk qrupunun digər üzvləri olan ABŞ və Fransada da eynidir, yəni ermənilərin xeyrinədir”. Nadir Qocabəylinin sözlərinə görə, Rusiyanın önəm verdiyi bir çox yeni geosiyasi ideya və layihələrdə də qonşularımız bizi qabaqlayaraq, daha yaxından iştirak edir, fəallıq nümayiş etdirirlər: “Məsələn, eşitdiyimə görə, Ermənistanda artıq Beynəlxalq Avrasiya Hərəkatının filialı, hətta gənclər komitəsi fəaliyyət göstərdiyi halda, biz hələ də nədənsə gözləmə mövqeyindəyik. Belə olduğu halda, özümüzü Rusiyaya Ermənistandan daha yaxın dost saymaq üçün heç bir əsasımız yoxdur. Bu təbii olaraq qarşı tərəfin münasibətində də özünü göstərməlidir”.

“Dövlətlər arasında əmioğluluq olmur”

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

Jurnalist İlqar Atabəyli qeyd edib ki, nə Azərbaycan, nə də Ermənistan Rusiyanın dostu deyil: “Dağlıq Qarabağ münaqişəsi olmasa, hər iki ölkə Rusiyadan canını qurtarar. Rusiya bu münaqişə ilə ikisini də nəzarətdə saxlayır.İkincisi, dövlətlər arasında qardaşlıq, dostluq, əmioğluluq olmur.Ümumi maraqlar olur, vəssalam”.

Mənsur Rəğbətoğlu
Cebhe.info
OXŞAR MÖVZULAR