Impera

XƏBƏR LENTİ
18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (274)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Hansı daha şərəflidir - “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?

22 in 2017, 10:55   
Hansı daha şərəflidir - “dövlətə satılmaq”, yoxsa dövləti satmaq?


Dövlət siyasətini şantaj edənlərə cavab

Elçin Mirzəbəyli

Newscenter.az.22.06.2017.
Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başladılan proses və bu müstəvidə hər kəsə bəlli olan meyarlar çərçivəsində kütləvi informasiya vasitələri təmsilçilərinin mənzillə təmin edilməsinin tarixçəsi haqqında yazmayacağam. Bu, hər kəsin gözü qarşısında baş verib. Gözlər isə müxtəlif görmə qabiliyyətinə malikdirlər. Düzü əyri, əyrini düz, yaxud ikisini birində görənlər də var. Təbii ki, hər şey göz sahibinin kimliyindən asılıdır.
Amma ortalıqda bir reallıq var:
Azərbaycan Prezidentinin Milli Mətbuatın inkişafına, kütləvi informasiya vasitələrinə və onların təmsilçilərinə verdiyi açıq və ardıcıl dəstək...
Bu dəstəyin səbəbi nədir? Nə üçün Azərbaycan Prezidenti bütün dünyada iqtisadi problemlərin yaşandığı, ölkədə iqtisadi islahatların həyata keçirilməsi üçün maliyyə resurslarına ehtiyac duyulduğu bir zamanda, medianın və media təmsilçilərinin problemlərinə bu qədər həssas yanaşır, kütləvi informasiya vasitələrinin öz ayaqları üstə möhkəm dayanması və inkişafı üçün əlindən gələni əsirgəmir? Prezidentin və onun təmsil etdiyi Azərbaycan dövlətinin media qarşısında belə bir öhdəliyi varmı? Təbii ki, yoxdur!
Bu gün "jurnalsitlərə ev verilməsi", "kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi" kimi az qala hər kəsin alışdığı təqdimatların alt qatında, dərinliyində yatan amillər bəzilərinin öz bəsit dünyagörüşlərinə uyğun şəkildə yozduğu kimi sadə deyil. Azərbaycan dövləti Milli Mətbuatın inkişafı və ölkənin informasiya təhlükəsizliyini təmin edilməsi ilə bağlı bu gün göz önündə olan qənaətə olduqca mürəkkəb və ziddiyyətli proseslərdən keçərək gəlib.
Gəlib ki, Azərbaycan mediası xarici faktorlardan asılı olmasın. Azərbaycan jurnalisti ölkəmizin informasiya məkanını öz nəzarətində saxlamaq və ehtiyac duyulduğu zaman kəsiyində cəmiyyəti xaosa, qarşıdurmaya, təslimçiliyə sürükləmək məqsədi güdən, təməlində erməni fitnəsindən başlayaraq miskin korporativ maraqlara qədər bütün iyrəncliklərin yer aldığı xarici donor təşkilatların aşağılayıcı lütfündən asılı olmasın... Azərbaycan mediası və jurnalisti yalnız öz dövlətinin qarşısında məsuliyyət daşısın, yalnız öz dövlətindən gözləntisi olsun, gözü onun-bunun əlində, cibində qalmasın...
İndi bəzi ağzıgöyçəklər böhtan və yalan püskürməkdən genişlənmiş ağızlarını büzməyə cəhd göstərib "dövlət niyə jurnalistə ev versin ki", yaxud " nə üçün kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirsin ki..." deyirlərsə, bu artıq onların problemidir. Çünki bu hay-küyün, qaraqışqırığın arxasında çirkli ətəklərdən kəsilmiş çirkli əllər dayanır. Maraqlıqdır, necə olur ki, çeşidli adlar altında fəaliyyət göstərən, ayrı-ayrı dövlətlərin, yaxud transmilli korparasiyaların örtülü büdcəsindən maliyyələşən "donor təşkilatları"ndan, çirkli ciblərdən, çirkli əllərdən şantajla, misli görünməmiş həyasızlıqla alınan vəsaitlər hesabına bahalı mənzil və avtomobil almaq, bağ evi inşa etmək, zövq və səfa içində yaşamaq qüsur sayılmır, amma dövlətin hər kəsin gözü qarşısında, açıq və şəffaf bir şəraitdə konkret layihələrə ayirdığı vəsaitlər hesabına kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını gücləndirmək, dövlətdən mənzil almaq peşə prinsiplərinin satılması kimi dəyərləndirilir? Kim kimə satılıb, hörmətsiz reketlər, peşəkar şantajçılar, qrant dəllalları və ovçuları? Hansı daha şərəflidir, sizin təbirinizcə desək, "dövlətə satılmaq", yoxsa dövləti satmaq?
...Jurnalistlər üçün inşa edilən mənzillərin bölgüsü ilə bağlı komissiya yarandığı gündən sosial şəbəkələrdə paylaşılan statusları, yayımlanan yazıları, açıqlamaları oxuyuram. Az qala hər kəs bu mövzudan yazır - uzaqdan-yaxından media ilə əlaqəsi olan da, olmayan da... Hər kəsin öz meyarı, öz ölçüsü var. Azərbaycan mətbuatının inkişafında sözün əsl mənasında xudmətləri olan, peşəkar, istedadlı, qürurlu, ləyaqətli media təmsilçiləri isə əsasən bu mövzudan yan keçməyə çalışırlar. Çünki bu dedi-qodu kampaniyalarında iştirak etmək üçün nə vaxtları var, nə də həvəsləri...
Mənzil bölgüsü ilə bağlı meyarlar elan olunub, sənəd qəbulu ilə bağlı vaxt başa çatır. Komissiyanın qarşısında gərgin bir iş prosesi dayanır. Mənzillər isə elan olunan meyarlar və təqdim olunan sənədlərin bu meyarlara nə dərəcədə uyğun həlib-gəlmədiyi ciddi şəkildə araşdırıldıqdan sonra veriləcək. Mənşəyi bəlli olmayan, şantaj xarakterli "sorğular"da yer alan siyahı əsasında yox...

Onun siyahısı var...

Sosial şəbəkələrdə və internet mediada paylaşılan-yayımlanan "haqqım var", yaxud "haqqı var" status-yazışmaların, fərdi və qrup maraqlarından doğan atışma və çatışmaların arasında diqqət çəkən məqamlardan biri də harada və necə keçirildiyi bəlli olmayan "sorğu" nəticəsində açıqlanan "siyahı" ilə bağlı oldu... Əvəz Zeynallı "siyahısını" açıqladı... Həm də bəlağətli ziddiyyətlərlə dolu bir girişdən sonra... Bu ziddiyyətlərin bir hissəsi ilə bağlı fikirlərimi əsaslandırdığım üçün təkrarçılığa yol vermək istəmirəm.
Əvəz Zeynallı iddia edir ki, 100 nəfər arasında sorğu keçirib və mənzil almağa "haqqı çatan" 72 nəfərin "siyahısını" müəyyənləşdirib. Əcəb statistikadır... 28 nəfər də əlavə etsəydi, yəni bir az da üz vursaydı 100-ə 100 vuracaqdı. Amma olmaz. Peşəkar şantajçılığın öz qaydaları var. Həm də qızıl-qırmızı... İnandırıcı olmalıdır. Ona görə də adı Mətbuat Şurasının "qara siyahı"nda bərq vuran adamların adını peşəkar və peşə prinsiplərinə əməl edən jurnalistlərin sırasında elə paylaşdırmaq lazımdır ki, gözə sıçramasın...
Əvəz Zeynallının təqdimatında maraqlı bir məqam da var: Adam heç sahibi Markın belə həqiqliyinə təminat vermədiyi profillərin yer aldığı sosial şəbəkədə keçirilən "sorğu"ya istinad edir, fərqli düşünən, fərqli mövqe sərgiləyən mütləq çoxluğu susdurmaq üçün şantaşçılığın ən incə detallarına əl atır və sonra da deyir ki, "məsuliyyət təbii ki, jurnalistlərin adlarını çəkib onların evə haqqı olduğunu iddia edənlərin və təqdimatçıların boynuna düşür". Əgər sən "sorğu"nun həqiqiliyinə və obyektivliyinə əmin deyilsənsə və məsuliyyəti kimliyi bəlli olmayan "facebook" profillərinin üzərinə qoyursansa, o zaman yazdığın bu sicilləmə nədir?
Əvəz Zeynallı yazır ki, onun "siyahısı"nda yer alan jurnalistlərin bir çoxunu bütün Azərbaycan tanıyır: "Onlar bu haqqdan kənarda qalsalar, ölkə rəhbərliyi bu evi paylamaqdakı əsas hədəfinə və məqsədinə çatmayacaq". Doğrudur, adları Əvəz Zeynallının "siyahı"sında yer alan jurnalistlərin arasında imzaları kifayət qədər tanınan jurnalistlər də var. Bu da daha öncə qeyd etdiyim kimi, "siyahı" ətrafında obyektivlik çəmbəri yaratmaq məqsədi daşıyır. Lakin Əvəz Zeynallının "siyahı"sında elə adamlar var ki, onları Azərbaycanın bütün bölgələrində tanıyırlar. Amma imzalarını yox, üzlərini...
Nəticəsi bəlli olmayan, açıqlanmayan bir prosesi öncədən şübhə altına almaq, adları ictimailəşdirilən şəxslərin mənzillə təmin edilməyəcəyi təqdirdə dövlətin əsas hədəflərinə və məqsədlərinə çatmayacağını" iddia etmək isə açıq-aşkar şantajdır və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu humanist aksiyanın gözdən salınmasına xidmət edir.

P.S. Hər şey mənzildən başlayır. Yol da, həyat da, bu gün də, gələcək də... Mənzildən yol alıb mənzilə varırıq. Dövlətin hər kəsə açıq olan meyarlar əsasında qələmiylə azad sözün, ictimai maraqların keşiyində dayanan insanları mənzillə təmin etməsi onların ən böyük qayğıdan azad edilməsi, yeni mənzildə yeni həyata başlamaları üçün verilən böyük bir şans deməkdir. Xeyirli-uğurlu olsun!

P.P.S. Əvəz Zeynallının məlum yazısında və şübhə etmirəm ki, obyektiv görünmək naminə yer alan yeganə doğru yanaşma Elxan Şükürlünün açıqlamasında yer alıb:
"Öz dövlətini sevən və onun daha yaxşı olmasını istəyən, öz abrını-həyasını qoruyaraq çalışan, nəfsinə-tamahına yox deyə bilən, fəaliyyətində şantajdan, reketçilikdən, oğurluqdan uzaq duran xeyli qabiliyyətli jurnalistimiz var ki, dövlət, həqiqətən, onlara sahib çıxmalı, ən azından, ehtiyacdan gedib məcburən xarici təsirə düşməmələri üçün tədbirlər görməlidir". Tamamilə doğrudur. Yazının əvvəlində də qeyd etdiyim kimi, KİV layihələrinin maliyyələşdirilməsi, jurnalsitlərin mənzillə təmin edilməsi Azərbaycan dövlətinin öz mediasına sahiblənmək, arxa durmaq, onu və ölkənin informasiya mühitini xarici təsrlərdən qorumaq niyyətindən qaynaqlanır. Bu niyyətə isə dəstək vermək və təqdir etmək lazımdır.
OXŞAR MÖVZULAR