Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (342)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Müasir dünyada elmə, təhsilə, mədəniyyətə çıxış üçün ən yaxşı açar ingilis dilidir

01 iy 2017, 15:53   
Müasir dünyada elmə, təhsilə, mədəniyyətə çıxış üçün ən yaxşı açar ingilis dilidir


Newscenter.az.1.07.2017. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün "Facebook" səhifəsində bir müddətdir, media və sosial şəbəkələrdə rus dili ətrafında gedən müzakirələrlə bağlı geniş yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

"Son günlər yenidən əcnəbi, xüsusən rus dilinin vacibliyi haqda ictimai müzakirələr baş qaldırıb. Strateji məsələ olan dil məsələsi təəssüf ki, bir sıra şəxslər tərəfindən səthi müzakirə edilir, bir çox hallarda isə müzakirə tərəfləri məsələyə şəxsi maraq prizmasından münasibət ifadə edirlər.
Həmişəki kimi Ana dili məsələsinə yalnız xalq şairi Sabir Rüstəmxanlı obyektiv münasibət nümayiş etdirib. Onun yüksək vətəndaş və ziyalı mövqeyinə dəstək verənləri də haqlı görürəm.
Rus dilinin Azərbaycandakı statusuna təbii ki, aydınlıq gətirilməlidir. Cəmiyyətin formalaşmasına həlledici təsirə malik ünsiyyət açarı, həm də istisnasız şəkildə cəmiyyətin elmi və mədəni inkişafına təsir göstərir. Dövlətdə rəsmi davranış dilinə münasibət, cəmiyyətin mənəvi sütunudur. Heç bir halda məsələni humanitar istiqamətə yönəltmək olmaz. Məsələnin ilk növbədə siyasi, sonra isə sadalanan digər tərəfləri qiymət almalıdır.
Rus dilinin tərəfdarı kimi çıxış edən Arif Rəhimzadə, Rasim Musabəyov, Hikmət Hacızadə, Saleh Mehmetin mövqeləri ilə tanış olduqdan sonra, yenə də arqumentlərinin zəif olduğu, subyektiv maraqlardan qaynaqlandığının şahidi oldum. Adları çəkilənlərin təcrübəli şəxslər olduğuna baxmayaraq, gətirdikləri dəlillər inandırıcı deyildir. Əminəm ki, onların mövqeyini bölüşən xeyli sayda insanımız var. Ona görə də bu məsələdə heç kəsə konkret cavab vermədən, öz fikirlərimi bölüşmək istərdim.
İlk növbədə Dövlət dili məsələsinin həlledici əhəmiyyətə malik siyasi mahiyyətli məsələ hesab edirəm. Dövlət dili millətin ilahi pasportu olan Ana dilinin inkişafı, təkmilləşməsi üçün mühüm vasitədir. Yalnız Dövlət dili statusu almış dillər təşəkkül üçün meydan əldə edə, gələcəkdə digər sferalarda öz irəliləyişinə nail ola bilir. Rəsmi dövriyyə imkanı və hegemoniyası olmayan dillərin yüksək inkişafından danışmağın yeri ola bilməz. Tarix belə nümunələr tanımır. 20-ci əsrin əvvəllərinə qədər dünya diplomatiya dili fransız dili idi. Çünki Fransa burjua inqlabından sonra fransızların nüfuzu dünyada yüksək idi. Napaleonun hərbi zəfərləri fransız dilinə möhtəşəmliyi gətirmişdi. Dünya fransız dilinə hərb dili kimi sayğı göstərməyə başlasa da, sonradan fransız dili Avropanın mədəniyyət ekvivalentinə çevrildi. Britaniyanın da hərbi qüdrəti özü ilə birlikdə dil ekspansiyasını gətirirdi. Əvvəl müstəmləkələr, sonra elm, təhsil və mədəniyyət dünyanın qüdrətli millətlərindən birinin dilinə hörmət göstərməyə başladı. Öz tarixi nümunələrimiz də kifayət qədərdir. Babamız Şah İsmayıl Xətai Ana dilinə sayğı nümunəsini yaradaraq, siyasi coğrafiyada dominant sayılan fars dilindən imtina edərək, Türk dilini rəsmi dil elan etmişdir.
Yaxın tariximizə və bizə eyni olan siyasi ərazilərə baxaq. SSRİ-yə cəlb edilmiş 3 Pribaltika respublikası müstəqilliklərini elan edən kimi, ilk qanunları dövlət dili haqqında oldu. Latviyada bu gün də latış dilini bilməyənləri vətəndaşlıqdan məhrum edir, dövlətin Dil komissiyası bütün rəsmi qurum və məmurların Dövlət dilinə münasibətini nəzarətdə saxlamaqla üstün statusa malikdir. Ukrayna xalqı Yanukoviçi qovan kimi rus dilində tədris edən bölmələri həm orta, həm də ali məktəblərdə dərhal qapadı. Düşünmək olarmı ki, gürcü, ya da erməni ziyalılar rus dilinin ağa statusunda dövlətlərinə qayıtmasını müzakirə etsinlər. Biz onlardan ağıllıyıqmı? Bəlkə onlardan vətənpərvər, yaxud daha proqressivik? İnanın mənə, yox. Sadaladığım millətlərin nümayəndələri milli maraqlar baxımından həmişə bizdən öndə olublar, yenə də öndədirlər. Mədəni səviyyələri də bizdən geri qalmır desəm, yəqin şübhə doğurmaz.
Ordu xidmətimin il yarımı mədəni Avropaya aid olan, alman xasiyyətli Estoniyada olub. Sovet dönəmində rus dilinə işğalçı dilinə olan münasibəti analizatorlarımla əyani şəkildə dəfələrlə duymuşam. Yəqin ki, sovet dönəminin Gürcüstan və Ermənistan oxşar nümunələrinin şahidi bir çox həmvətənimiz olub.
Ana dili haqda mübahisə açmaq, onun statusunu müzakirə etmək, başqa dillərin vacibliyini müqayisə etmək , fikrimcə yersiz məşğuliyyətdir. Elə məsələlər var ki, onların mövcud analogiyaları bütün diskussiyaların ən yaxşı cavabıdır. Qabarıq poz alıb, “Mən bunu hamıdan yaxşı bilirəm” kimi deyim gülüşdən başqa heç nə doğurmur. Mübahisənin ən yaxşı cavabı qonşularımızdadır. Ana dilinə iqtidar verməklə, hansıları bizim psevdo mövqeyimizə rəğmən geri qalıb bizdən? Onların milli hissi yüksək olduğundan, belə diskussiyaların açılmasını uyğun görmürlər.
Məsələnin maraqlı yerinə gəldik. Niyə bizdə belədir? Nədən cəmiyyətimizdə belə suallar yaranır? Bu fəsad hakimiyyətin yürütdüyü yanlış siyasətdən doğur. Rus dilini təbliğ etməklə, hakimiyyətdəkilər Kremlin özlərinə qarşı mövqeyini yumşaldırlar. “Sən bizim iqtidara dəymə, biz də sənin marağına cavab verən rus dilini saxlayaq” kimi bir susqun anlaşma hökm sürür. Rəsmi Moskva rus dili danışılan ölkələri özünün “Rus dünyasının” tərkib elementi saymaqda davam edir. Bunu bütün səviyyələrdə bəyan edirlər. Rusdillilərin müdafiəsi bəhanəsi istənilən dövləti işğal üçün əsas ola bilər, lap Donbas nümunəsi. Hörmətli rusofillər, bilirsinizmi ki, rus bölmələrində orta təhsil almış cocuqlarımızın kamal attestatında Ana dili-qrafasında “rus dili” sözləri yazılıb? Yəni, istənilən belə sənəd Rusiyanın müdaxiləsi üçün hüquqi əsas sayıla bilər.
Rus dilinin ayaq açmasının digər səbəbi də YAP iqtidarı dönəmində formalaşdırılmış siyasi, elmi, biznes elitanın üst qatının məişət və təhsil dili rus dili olmasıdır. Bu silkə aid olanlar arasında qarışıq ailələrdən olanların da sayı bəs qədərdir. Cəmiyyət hər yerdə səhv, ya düz öndə gedəninə bənzəməyə, onu yamsılamağa çalışır. Urbanizasiyanın da ictimai proseslərin basqısı altında getməsi, paytaxta axın edən kənd əhalisinin də rus dilinə meyl edərək, “şəhərlilərə”, əslində yanlış elitaya bənzəmə təşəbbüsləri də rus dili haqda belə mükalimələrin ortaya çıxmasına əsas yaradıb.
Sonda məsələnin necə olmalı barəsində özümün subyektiv fikirlərimi yazmaq istəyirəm. Fikrimcə, dövlətin bütün sahələrdə siyasətini müəyyənləşdirən şəxslər Ana dilinə sayğı nümayiş etdirməli, bu göstəri xarakteri daşımamalı, şəxsi nümunələrlə möhkəmləndirilməlidir. Misal üçün ictimai diqqətdə olan ailələrdə kiçik nəsil Ana dilində təhsil almalı, məişət dili Ana dili olamlıdır. Bu çox mühümdür. Ana dilinin hegemonluğu insanımızın başqa dillərdən imtinasına gətirməməlidir. Əksinə, əminəm ki, milli ruhda tərbiyə və təhsil alan şəxs xarici dillərin zərurətini daha dərindən anlayacaq, xarici dillərin öyrənilməsinə və istifadəsinə daha çox diqqət yönəldəcək.
Müasir dünyada elmə, təhsilə, mədəniyyətə çıxış üçün ən yaxşı açar ingilis dilidir. Yeni nəslin ikinci dilinin məhz ingilis dili olmasına çalışmalıyıq. Siz son 30 ildə Nobel mükafatları arasında nə qədər rus dilində yazılmış fundamental nəzəri məlumata rast gəlmisiniz? Dünya şedevrləri içərisində nə qədər rus dilli premyera yadınızda qalıb? Ona görə də belə kosmopolit mövqelər tərəfimdən anlaşılmır.
Rus dilinin məddahlarına bir analogiya da gətirmək istəyirəm. Dəyərli soydaşlar, bizim ana dilimizdə danışan insanlar bizim musiqimizi, mətbəximizi, ədəbiyyatı, məişət qaydalarımızı, adət-ənənələrimizi yaradıblar. Kim rusa vurğundursa, rusun yaratdığından istifadəyə cəhd göstərsin- soyutma kartof və şi yesin, çastuşkayla toy etsin, məişətini də rus dəyərlərinə bənzətsin. Nə qədər azərbaycanlı bu seçimi edər? Əminəm ki, normal olan bir nəfər də etməz. Elə isə necə olur ki, bizim dilə sayğısızlıq edirsiniz? Pərdələnməyə və riyakarlığa ehtiyac da yoxdur. Rus dilinin dövlət dili görmək istəyənlərin mütləq əksəriyyəti rus təhsilli və məişət dili rus dili olan, bizə yuxarıdan baxanlardır.
Sonda bu russevərlərə bir sualım var. Ölkəmiz boyu səpələnmiş şəhidliklərimizin salınmasında rus dilində komanda verən əsgərlərin rolunu kimlər unudub?"
OXŞAR MÖVZULAR