Impera

XƏBƏR LENTİ
18:49Daha 3959 arıçıya subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib18:33Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib18:20Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb18:00Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb17:46Şagirdlər arasında çempionat keçirilib17:37İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib17:20Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir17:10Prezident İlham Əliyev FHN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI17:00Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə edilib16:55Nazir vətəndaşlarla görüşüb16:30Aİİ-də İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib14:48AzTU-da Karyera Sərgisi keçirilib14:33Babək prospektinin yenidən qurulması yekunlaşıb14:27Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib13:47Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib13:20Sabahın hava proqnozu açıqlanıb12:48“Qayğı ilə istifadə et” layihəsinin icrasına başlanıb12:30Quş qripi ilə bağlı xəbərdarlıq edildi12:06Dubayda daha bir ünvanda Azərbaycan bayrağı dalğalandı11:46İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu11:34"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb11:00Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur10:20“Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir09:49“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılacaq09:35Atəşkəs rejimi 26 dəfə pozulub09:00Abonentlərin sayı 2 173 748-ə çatıb08:46Daha bir kəndə təbii qaz verilib08:26Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb16:09“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək15:53“Sağlam məktəbli” layihəsi davam edir15:46Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib15:33Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib15:05“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb14:45Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək13:22"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”13:00“Bitməyən Ümid" filminin təqdimat mərasimi keçiriləcək12:52“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib12:31“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb12:13"Hədəf" Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb11:55Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb11:32Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil11:25Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılıb11:12Nazir vətəndaşlarla görüşəcək10:54Sənəd qəbulu başa çatır10:37Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib09:47BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilib09:15Düşmən 23 dəfə atəşkəsi pozub08:45Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb08:18Heydər Əliyev Misirdə anılıb11:21Məktəblərdə Heydər Əliyevin anım günü keçirilib10:2726 rayon üzrə 2189 arıçıya subsidiya verilib10:00Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub09:50Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib09:30Ermənilər mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub09:00Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (182)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

XXI əsrin layihəsi- Bakı-Tbilisi-Qars

13 iy 2017, 15:01   
XXI əsrin layihəsi- Bakı-Tbilisi-Qars


Newscenter.az.13.07.2017. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. "Azərbaycan Dəmir Yolları" QSC=-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a daxil olan məlumata görə, bağlantının Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlandı və artıq işlər tamamlanmaq üzrədir.
Artıq bəzi sınaqlar həyata keçirilib. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər.
Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) və iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib. Stansiyada vağzal binasının, süni qurğuların, rabitə və İMB, elektrik təchizatı qurğularının, yol keçidinin, piyada körpüsünün, təkər arabacıqları dəyişdiriləcək məntəqənin, mikroprosessor mərkəzləşdirilməsi postunun, konteyner meydançasının, yüklərin boşaldılıb doldurulması məntəqələrinin, sərnişinlərin keçidi üçün tunelin, patrul və avtomobillər üçün yolların habelə stansiyada çalışacaq işçilər üçün inzibati binaların tikintisində işlər tamamlanmaq üzrədir.
XXI əsrin layihəsi- Bakı-Tbilisi-Qars

Stansiyada 1520 mm izli parkda 6 və 1435 mm izli parkda 4 yola, dalan yollarına, Axalkalaki stansiyasını Axalkalaki–Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirən yola üst quruluş elementləri qoyulub. Axalkalaki stansiyası dəmir yolu xətti ilə Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirilib.
Axalkalaki stansiyasını Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin müvafiq əmri ilə istismara qəbul edilib.
Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metr hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.
Bu günlərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanovun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində son vəziyyətlə tanış olub, işlərin sürətləndirilməsi üçün müvafiq tövsiyələr verib. Belə səfərlərin mütəmadi təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.
Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Çünki bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.
Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.
XXI əsrin layihəsi- Bakı-Tbilisi-Qars

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının bu il istismara verilməsi gözlənilir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir.
Həmin vaxtdan layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşib və ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilib.
Burada bir vacib faktı da xatırlamağı lazım bilirik. Belə ki, 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyənnamə əslində hər üç ölkə rəhbərinin Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin nə qədər gərəkli olduğuna bir baxış idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər mühüm məsələlərdə olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının da reallaşmasında öz qəti mövqeyini ortaya qoydu.
Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi, 7 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması oldu.
7 fevral 2007-ci ildə Gürcüstan Parlamentinin binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü oldu. Elə həmin gün (7 fevral 2007-ci il) Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirildi.
Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı.
Xatırlatmaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik minimum faizlə 775 milyon dollar kredit verib.
21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.
Newscenter.az
OXŞAR MÖVZULAR