Impera

XƏBƏR LENTİ
18:49Daha 3959 arıçıya subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib18:33Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib18:20Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb18:00Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb17:46Şagirdlər arasında çempionat keçirilib17:37İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib17:20Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir17:10Prezident İlham Əliyev FHN-in bir qrup əməkdaşını təltif edib - SİYAHI17:00Bərpa olunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə edilib16:55Nazir vətəndaşlarla görüşüb16:30Aİİ-də İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib14:48AzTU-da Karyera Sərgisi keçirilib14:33Babək prospektinin yenidən qurulması yekunlaşıb14:27Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib13:47Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib13:20Sabahın hava proqnozu açıqlanıb12:48“Qayğı ilə istifadə et” layihəsinin icrasına başlanıb12:30Quş qripi ilə bağlı xəbərdarlıq edildi12:06Dubayda daha bir ünvanda Azərbaycan bayrağı dalğalandı11:46İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu11:34"İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb11:00Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur10:20“Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir09:49“İçərişəhər” metro stansiyasında “Əl işləri yarmarkası” açılacaq09:35Atəşkəs rejimi 26 dəfə pozulub09:00Abonentlərin sayı 2 173 748-ə çatıb08:46Daha bir kəndə təbii qaz verilib08:26Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb16:09“Bərpa olunan enerji mənbələri üzrə qanunvericiliyin hazırlanmasında dövlət və özəl sektor arasında əməkdaşlıq mövzusunda tədbir keçiriləcək15:53“Sağlam məktəbli” layihəsi davam edir15:46Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib15:33Tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilib15:05“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb14:45Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək13:22"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”13:00“Bitməyən Ümid" filminin təqdimat mərasimi keçiriləcək12:52“Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib12:31“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb12:13"Hədəf" Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb11:55Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb11:32Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil11:25Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Abu Dabidə anılıb11:12Nazir vətəndaşlarla görüşəcək10:54Sənəd qəbulu başa çatır10:37Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirilib09:47BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilib09:15Düşmən 23 dəfə atəşkəsi pozub08:45Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb08:18Heydər Əliyev Misirdə anılıb11:21Məktəblərdə Heydər Əliyevin anım günü keçirilib10:2726 rayon üzrə 2189 arıçıya subsidiya verilib10:00Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub09:50Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib09:30Ermənilər mövqelərimizi iriçaplı pulemyotlardan atəşə tutub09:00Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb11:55Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub11:46Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib11:30Müəllimlər üçün seminarlar keçirilir11:06Vərəmlə Mübarizə layihəsinin yekun nəticələrinə həsr edilmiş konfrans keçiriləcək10:48Ukraynada Heydər Əliyevin anım mərasimi keçirilib10:33Bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək09:40Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq09:11Atəşkəs rejimi 24 dəfə pozulub08:46“BakuBus”-da çalışan sürücülərin əmək haqları artırılıb08:33Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək18:59İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb18:31Gələn il “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” sistemi fəaliyyətə başlayacaq18:06Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçiriləcək17:55“AGTECH AND GREEN ENERGY” beynəlxalq forumunun açılış mərasimi keçirilib17:45“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilir17:38Kanadadakı azərbaycanlıları erməni təxribatına etiraz edir17:30Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək17:25Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək17:20Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb16:18ATU-da milli lider Heydər Əliyevin anım mərasimi keçirilib15:37DGK sədri Hindistan səfiri ilə görüşüb15:27Aİİ-də müzakirələr aparılıb15:00Noyabr ayında Texniki Şuralar vasitəsilə 137 müraciətə baxılıb14:46Miqrasiya Xidmətində ixtisasartırma kursu təşkil edilib14:35Autizmli uşaqlarla bağlı film təqdimatı keçiriləcək14:14Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb13:50Gürcüstandakı Ahıska türkləri ilə görüş keçirilib13:35“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb13:18“AtaTravel” və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb13:10Gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək12:53“İrəli” daha bir layihəyə yekun vurdu12:40Külli miqdarda aksiz markasızsiqaret aşkar olunub12:30Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək12:06Ağdamda 35 subartezian quyusu qazılacaq10:21Miqrasiya Xidmətinin rəisi 110-dan çox əcnəbini və vətəndaşlığı olmayan şəxsi qəbul edib10:00Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olub09:32Düşmən 27 dəfə atəşkəsi pozub12:05İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb11:52Nazir vətəndaşlarla görüşüb11:26Polşada “Azərbaycan Ticarət Evi” açılıb10:00İrandan quş ətinin idxalına məhdudiyyət qoyuldu09:46ABŞ-da qadın ölü hesab etdiyi qızını 69 il sonra tapıb09:17Atəşkəs rejimi 25 dəfə pozulub09:00Qəbələnin daha iki kəndinə təbii qaz verilib08:14AZTA əməkdaşlıq memorandumu imzalayıb
BÜTÜN XƏBƏRLƏR
Dekabr 2018 (182)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ilin sonunda iqtisadi uğurlarımız daha da yüksək olacaq

14 iy 2017, 14:52   
Ilin sonunda iqtisadi uğurlarımız daha da yüksək olacaq


Azər Badamov: "Cari ilin altı ayının iqtisadi göstəriciləri hər birimizi sevindirir"

Newscenter.az 14.07.2017.
2014-cü ildən başlayaraq dünya iqtisadiyyatını təhdid edən böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini davam etdirir. Zamanında atılmış məqsədyönlü addımlar nəticəsində bu riskləri özündən uzaqlaşdırmağa müvəffəq olan ölkəmiz qarşısına qoyduğu hədəflərə də mərhələ-mərhələ çatmaqdadır. Bu əminlik Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında da bir daha təsdiqini tapdı. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının çıxışından məlum oldu ki, ilin ilk altı ayı Azərbaycan üçün uğurlu olub, qarşıya qoyulan hədəflər, məqsədlər reallaşıb. Bəs görəsən ilin sonuna Azərbaycanı nə gözləyir və ilk altı ayda əldə edilən uğurlar ümumilikdə 2017-ci ilin iqtisadi inkişafla başa çatmasını şərtləndirəcəkmi? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.

-Azər müəllim, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkəmizlə bağlı bir sıra vacib məqamlara, xüsusilə iqtisadi sahədə əldə edilən uğurlara toxundu. Sizcə, dünyada ciddi iqtisadi böhran hökm sürdüyü halda Azəbaycanda inkişaf tempinin davam etməsi nə ilə bağlıdır?

-Bildiyiniz kimi 12 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda cənab Prezdent 2017-ci ilin 1-ci yarısında ölkəmizin sosial-iqtisadi mənzərəsini statistik göstəricilərə əsaslanaraq təhlil etdi. Dünya iqtisadiyyatında iqtisadi böhran davam etməsinıə baxmayaraq cari ilin yola saldığımız 6 ayı ərzində iqtisadi uğurlarımız yüksək olmuşdur.

-Cari ilin birinci yarım ilinin iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz?

-Cari ilin iqtisadi göstəriciləri müsbətdir. Qeyri-neft sektorumuz 1,7 faiz , qeyri-neft sənayemiz isə 4,4 faiz artmışdır. Ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya qoyulmuş, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,4 milyard dollara çatmışdır. Cari ildə 123 min yeni iş yerləri yaradılmış, xarici ticarət dövrüyyəmizdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artmış, idxal isə 15 faiz azalmışdır. Göründüyü kimi bütün iqtisadi göstəricilərimiz müsbətdir, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafımızın təməlində dövlət başçımızın müəyyənləşdirdiyi düşünülmüş siyasi-iqtisadi kursu dayanır. Həyata keçirməyə başladığımız iqtisadi islahatlar artıq öz nəticələrini verməkdə davam edir. Düşünürəm ki, ilin sonunda iqtisadi uğurlarımız daha da yüksək olacaqdır

-Altı ayın müsbət nəticələri ümumilikdə bu ilin iqtisadi inkişafla başa vuracağını söyləməyə əsas verirmi?


-Təbii ki, cari ilin altı ayının iqtisadi göstəriciləri hər birimizi sevindirir. İqtisadiyyatın inkişafı insanların sosial rifahının inkişafı deməkdir. Ulu Öndər Heydər Əliyev demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Ölkə başçımızın da məqsədi ölkəmizi güclü iqtisadiyyata malik ölkəyə çevirməkdir. Bununla əlaqədar 2016-cı ildə ölkə qanunlarında köklü dəyişikliklər həyata keçirilmiş, iqtisadiyyatımızın əsas aparıcı sektorları üzrə Strateji Yol xəritələri təsdiq olunmuş və cari ildə də təsdiq olunmuş islahatların icrasına start verilmişdir. Nəticələr göz qabağındadır.Dövlət başçımız İlin sonuna qədər hədəflər müəyyənləşdirmişdir. Düşünürəm ki, nəticələrimiz də yüksək olacaqdır.

-Dövlət başçısı müşavirədə diqqəti xüsusilə kənd təsərrüfatının inkişafına yönəltdi. Hazırda bu istiqamətdə inkişaf tendensiyasını necə dəyərləndirərdiniz?

-Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin kökündə iqtisadiyyatımızın neftdən asıllığının aradan qaldırılması dayanır. Qeyri-neft sektorunda ən çox potensialı olan və gəlir gətirəcək sahə kənd təsərrüfatdır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe çox çeşidli kənd təsərrüfatı məhsullarının istehsalına geniş imkanlar verir. Çoxşaxəli şəkildə ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi birinci növbədə ölkədə ərzaq təhlükəsizliyini təmin edir. Bununla yanaşı ölkəmizin ixrac potensialını da artırır. Cari ilin 6 ayında kənd təsərrüfatının ixracı 2,2 faiz artmışdır. Dövlətimiz kənd təsərrüfatının inkişafına 2 milyard dollar vəsait yatırmışdır. Dövlət dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmış, indi isə 38 aqropark yaradılmaqdadır. İri fermer təsərrüfatlarının yaradılması hər hektarın məhsuldarlığını bir neçə dəfə artırır. Intensiv bağ təsərrüfatları yaradılır. Kənd təsərrüfatda müasir texnika və texnologiyalardan istifadə edilməyə başlanmışdır. Bu da ümumilikdə istehsalın artımına gətirib çıxarır. Cənab prezdent kənd təsərrüfatında inkişaf etdiriləcək əsas istiqamətləri müəyyənləşdirmişdir. Qarşıya qoyulan tapşırıqların icrası ölkəmizin ixrac potensialımızı artıracaqdır.

-Dövlətin bu sahəyə ayırdığı kreditlər, fermerlərə göstərilən dövlət qayğısı yaxın gələcəkdə kənd təsərrüfatının əsaslı dərəcədə inkişaf etməsinə gətirib çıxaracaqmı?

-Bəli, yuxarıda qeyd etdiyim kimi ölkədə kənd təsərrüfatının inkişafına böyük dövlət dəstəyi göstərilir. Becərilən məhsulun növündən asıllı olaraq hər hektar torpaq sahəsinə görə dövlət büdcəsindən subsidiyalar ödənilir. Fermerlərə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası verilir. Torpağa güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərmək üçün aqrolizinq təsərrüfatları yaradılmışdır. Fermərlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kənd təsərrüfatı müəssisələrinin yaradılmasına dövlət büdcəsindən uzunmüddətli güzəştli kreditlər verilir. Yəni, qısa olaraq qeyd etmək istəyirəm ki, ölkəmizsdə kənd təsərrüfatının inkişafına dövlət qayğısı günü - gündən artırılır. Burada dövlətimizin yeganə məqsədi ölkəmizin kənd təsərrüfatı məhsulları ilə özünü təmin edib ixracını artırmaq və yeni iş yerlərinin yaradılmasıdır. Perspektivdə hədəflər çox genişdir. Düşünürəm ki, müəyyən olunmuş hədəflərin icrası ölkəmizin kənd təsərrüfatının şöhrətini özünə qaytaracaqdır.
Newscenter.az
OXŞAR MÖVZULAR