Impera

XƏBƏR LENTİ
15:47Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edilib15:34Ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası davam edir15:15Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir15:01“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək14:47AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib14:33Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır?14:16Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir13:49Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib13:08“ADA” Universiteti və “Coca-Cola”Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi12:53“Məktəb seminarları” başa çatıb12:47BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb12:33Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi12:22Ən fəal tələbə-könüllülər mükafatlandırılıb12:18Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib12:09Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib11:41Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək11:22Bakıda OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası başlayıb11:08Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb10:47Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir10:35Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi10:21Tələbələr Heydər məscidini ziyarət edib09:50Cənab prezident ölkəmizin nüfuzunu ləkələməyə maraqlı olanların arqumentlərini əllərindən almış oldu09:20Atəşkəs rejimi 24 dəfə pozulub18:59Bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq18:41Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir18:30Qazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilib18:17Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib18:10Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir18:02SOS: Bir sıra rayonlarda siçanabənzər gəmiricilər yayılıb17:50Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib17:37Ekologiya Nazirliyindən xəbərdarlıq-qar yağacaq17:34Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib17:24Almaniya azərbaycanlıları bir araya gəlib17:14“BMT-nin Könüllülər Proqramı” təqdim olunub17:00Ağdamda ikigünlük seminar-müşavirə keçirilib16:50Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub16:37Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi16:21Binə qəsəbəsində təmir işləri yekunlaşıb16:17Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib16:10“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar15:55“Azərsu” kollektivi qan verdi15:21“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfransı keçirilib15:03Təhsil nazirinin müavini Qırğızıstana səfər edib14:50Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirilmə tədbiri keçirilib14:40AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi14:31Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir14:20Motosiklet minik avtomobili ilə toqquşdu13:46ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası13:30206 və 211 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi dəyişdi13:21Müəllim və valideynlərin müraciəti dinlənilib13:12Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib13:00Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək12:52“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı11:40AzTU-da növbəti seminar keçirilib11:25Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib11:12Zakir Həsənov hərbi təlimlərlə bağlı kollegiya iclası keçirib11:00Rektor əvəzi qalib tələbələrlə görüşüb10:55Yararsız ət satışı ilə məşğul olanlar həbs edildi10:48Hərbi-idman oyunları keçirilib10:26Düşmən atəşkəs rejimini 26 dəfə pozub10:14Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib09:23I sinfə qəbulla bağlı suallar cavablandırılacaq09:00Əfqanıstanla neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib16:38“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir16:25BMT baş katibindən Azərbaycana təşəkkür məktubu16:12“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub16:04Dəmir yolunda “Sağlamlıq günü” keçirilib16:00Metropolitendən daha bir aksiya15:50BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub15:37Balakən məktəbliləri ilə görüş keçirilib15:23Müsabiqə qalibləri bəlli olub15:12“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb15:00Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır14:47Əli Kərimli Tale Bağırzadəyə hansı vədi verib?14:37Şamaxıda zəlzələ olub14:20“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib13:52Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olub13:42Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır13:37Ermənistanda zəlzələ olub13:32Sabah hava necə olacaq?13:20Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşlarla görüşüblər12:45Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub12:34Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib12:28Müəllimlərə sertifikatlar verilib11:51Ağdamda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri başa çatıb11:39Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb-VIDEO11:12Azərbaycan-Yaponiya əlaqələri genişlənir10:57VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir10:44Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib09:54Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər09:3827 dəfə atəşkəs rejimi pozulub09:00Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub20:00Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)19:03Daha 3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq18:40Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub18:35Təhsil Nazirliyində kollegiya iclası keçirilib18:29Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub18:15Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (203)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Heydər məscidində vəhdət namazı qılındı

15 iy 2017, 14:20   
Heydər məscidində vəhdət namazı qılındı


Bakıdakı Heydər məscidində qılınan vəhdət namazı Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi

Newscenter.az.15.07.2017.
Ötən il iyulun 15-də Türkiyədə yaşanan qanlı hadisələr, öz dövlətçiliyini fədakarlıqla qoruyan türk xalqının mətinliyi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilir, həmin gecə şəhid olanların xatirəsi ehtiramla anılır. Bakıdakı Heydər məscidində qılınan vəhdət namazı qardaşlığımızın sarsılmazlığını, xalqlarımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, iyulun 15-də Bakıdakı Heydər məscidində yüzlərlə dindarın iştirakı ilə vəhdət namazı qılınıb, Türkiyə dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Türkiyə dövlətinin və xalqının birliyi xəyanətkarların mənfur niyyətlərini puç etdi

Vəhdət namazından əvvəl çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu gün Azərbaycanın bütün məscidlərində Türkiyədə 15 iyul hadisələri zamanı qəhrəmancasına həlak olmuş insanların xatirəsi ehtiramla yad olunur.

Türkiyədə bir il əvvəl baş vermiş hadisələrdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “15 iyul gecəsi öz rəhbərinin çağırışı ilə səfərbər olan türk xalqı azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, xalq öz dövlətçiliyini müdafiə etməyi bacardı. İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir. Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş FETÖ şəbəkəsi Türkiyə dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda türk xalqı bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli iradəsi qarşısında puç oldu”.

Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan xalqı və dövləti hər zaman Türkiyənin yanındadır. Bütün dünya da bunu bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları və dövlətləri, ələlxüsus möhtərəm dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın timsalında dostluq və qardaşlığımız, mənəvi birliyimiz sarsılmazdır.

15 iyul gecəsi müzəffər türk xalqının iradəsi qalib gəldi və onun bu tarixi zəfərin qürurunu yaşamağa haqqı var

Həmin gecə müzəffər türk xalqının iradəsinin qalib gəldiyini, onun bu tarixi zəfərin qürur və şərəfini yaşamağa haqqı olduğunu qeyd edən şeyxülislam deyib: “Uca Allahın yardımı və öz lideri ilə həmrəy olan türk xalqının iradəsi sayəsində Türk dövlətçiliyi böyük bir sınaqdan alnıaçıq çıxdı, daha da gücləndi. Bu böyük zəfər həm də Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan Azərbaycanın qürurudur. Tarixin sınaqlarından keçmiş bu əlaqələr möhtərəm Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq münasibətləri və aramsız səyləri sayəsində daha da inkişaf edir”.

QMİ sədri bildirib ki, Azərbaycan xalqı terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, 15 iyulda çoxsaylı şəhidlər vermiş qardaş türk xalqının kədərinə şərik çıxır.

Allahşükür Paşazadə 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar türk xalqına, şəhid olanların ailələrinə bir daha başsağlığı verib, qazilərə cansağlığı diləyib.

Çevriliş cəhdi zamanı Türkiyə prezidentinə ilk zəng edən ölkə başçılarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub

Tədbirin təşkilinə görə, Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı konstitusiya quruluşunun müdafiəsinə qalxan 250 nəfər şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Çevriliş cəhdi zamanı Türkiyə prezidentinə ilk zəng edən ölkə başçılarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub. Balaca Zəhranın faciəli ölümü ilə bağlı Türkiyə dövlətinin başçısı da Azərbaycan Prezidentinə başsağlığı verib.

15 iyul şəhidləri Azərbaycanın, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyənin şəhidləridir

“Türk xalqının böyük oğlu Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bugünkü vəhdət namazı bunu bir daha sübut etdi. 15 iyul hadisələri zamanı şəhid olanlar, həm də Azərbaycanın şəhidləridir, eyni zamanda, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir”,- deyə səfir Erkan Özoral vurğulayıb.

Sonra Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılınıb.
OXŞAR MÖVZULAR