Impera

XƏBƏR LENTİ
16:21Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb16:11Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib15:58AzTU-nun nümayəndə heyəti Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:53Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:26Stomatologiyanın tədrisində yenilik tətbiq olundu14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (295)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakı Yollarının Optimallaşdırılması Layihəsi həyata keçirilir

21 iy 2017, 15:17   
Bakı Yollarının Optimallaşdırılması Layihəsi həyata keçirilir


Paytaxtda sıxlıq aradan qaldırılacaq

Newscenter.az.21.07.2017.
Bu gün Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsi ilə bağlı nəzərdə tutduğu layihənin təqdimatını keçirib. Tədbiri giriş nitqi ilə açan BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev deyib ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Yollarının Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib: "Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətda saxlanılan digər vacib məqam isə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində biz Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olacağıq".

Agentliyin yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov layihə barədə geniş məlumat verməklə yanaşı, hazırda Yusif Səfərov küçəsindəki problemlərdən danışıb. Bildirib ki, Yusif Səfərov küçəsində günün pik saatlarında Yusif Səfərov küçəsindən şəhər istiqamətində 8500 avt/saat, əks istiqamətdə isə 5000 avt/saat nəqliyyat vasitəsi hərəkət edir: "Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (7500 avt/saat) yollarını Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirirlər ki, bu da adıçəkilən küçədə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir. Nəticədə Ü.Hacıbəyov küçəsi üzrə hərəkətə üstünlük verilir. Ü.Hacıbəyov küçəsində yaranan sıxlıq "domino effekti" nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır. Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək yerinin dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Yusif Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olurlar ki, bu da pik saatlarda Yusif Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətində maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir.

Günün pik saatlarında Yusif Səfərov küçəsi şimal istiqamətdə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bunun əsas səbəbi də Afiyəddin Cəlilov küçəsinin şimalında yerləşən ərazidən hərəkət edən nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olaraq geridönmə yeri vasitəsilə şəhər istiqamətində hərəkətlərini davam etdirmələridir. Bu axın artıq sıx olan Y.Səfərov küçəsinin böyük hissəsi boyunca hər iki istiqamətdə mənfi şəkildə təsir edərək nəqliyyat vasitələrini uzun dairəvi hərəkətlər etməyə vadar edir. Uzun dairəvi hərəkətlər ləngimələrə, toqquşan axınlara, həmçinin yanacaq sərfiyyatının və tullantıların artmasına səbəb olur". BNA rəsmisi qeyd edib ki, hazırda A.Cəlilov küçəsindən Ü.Hacıbəyov küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Yusif Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur: "Alternativ yolların olmaması Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat şəraitini pisləşdirir. Belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir. Yusif Səfərov küçəsində nəqliyyat axınının daha səmərəli paylaşdırılması, yeni alternativ yolların yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi və "GEMMS" məsləhətçi şirkəti tərəfindən aşağıdakı təklif irəli sürülür. Yusif Səfərov küçəsində daha 2 kəsişmədə düzünə hərəkətin təşkil edilməsi. Sabit Orucov küç. - Nizami küç. • 28 May küç. - Mehdi Mehdizadə küç. M.Mehdizadə və S.Orucov küçələri səmərəli həndəsi xarakteristikalara malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir, çünki onlar şəhər mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər. Bu kəsişmələr svetoforlar vasitəsilə idarə olunacaqlar ki, bu da Yusif Səfərov küçəsinin hər iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa keçid təmin edəcək, hər iki istiqamətdə intensivliyi azaldaraq Y.Səfərov küçəsində uzun dairəvi marşrutları ləğv edəcək. Kəsişmələrin sinxronlaşdırılmış svetoforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcəkdir. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkil edilməsi də nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd edilən kəsişmələr Yusif Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaqdır. Bu kəsişmələrin təşkil edilməsi, həm də "Ağ Şəhər" layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti (Sovetski Layihəsi) ilə birbaşa birləşdirəcək əhəmiyyətli cüt dəhliz yaradacaq. Nəzərə alsaq ki, "Ağ Şəhər" layihəsi çərçivəsində qeyd edilən ərazidə 50 min sakinin məskunlaşacağını və 30 000-dən çox nəqliyyat vasitəsinin gün ərzində bu ərazidən istifadə edəcəyi nəzərdə tutulması layihənin

əhəmiyyətliliyini daha da artırır. Nəcəfqulu Rəfiyev küçəsi Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevirəcək. S.Orucov və M.Mehdizadə küçələrini müvafiq olaraq, A.Cəlilov küçəsi və Neftçilər prospektinə paralel alternativlərə çevirəcək. Yuxarıda təsvir edilən işlər daha əlverişli yol şəbəkəsi təmin etməklə kifayətlənməyəcək, həm də Ağ Şəhər və Y.Səfərov küçəsi arasındakı bütöv ərazinin xarakterini müsbət şəkildə dəyişəcək, sosial və biznes mühitin inkişafına təkan verəcəkdir".

Gemms Beynəlxalq Məsləhətçi qrupunun eksperti Kostas Vouletakis də layihə barədə görülən işlər barədə ətraflı məlumat verib. O, təkcə Yusif Səfərov küçəsi deyil, eləcə də paytaxtda sıxlıq müşahidə edilən digər küçə və prospektlərdə də gələcəkdə anoloji tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Yusif Səfərov küçəsində həyata keçiriləcək layihə zamanı Şah İsmayıl Xətainin həmin ərazidə yerləşən heykəlinin aqibətinə gəlincə, BNA-nın rəsmisi Mayis Ağayev deyib ki, bununla bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparılıb və ümumi razılıq əldə olunacağı təqdirdə Xətainin heykəli başqa bir əraziyə köçürüləcək.
NEWSCENTER.AZ
Bakı Yollarının Optimallaşdırılması Layihəsi həyata keçirilir
Bakı Yollarının Optimallaşdırılması Layihəsi həyata keçirilir
OXŞAR MÖVZULAR