08 avq 10:22siyaset

Azərbaycanın məmur problemi

Azərbaycanın məmur problemi


Newscenter.az.8.08.2017. Azərbaycan cəmiyyəti Baş Nazirin mūavini Əli Həsənovun 21 yaşlı nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq edərək çoxlu ölūm və xəsarətlə törətdiyi qəzanın şokunu, təlatūmūnū yaşayır...
Bir statistika aparmaq lazımdır ki, kvartalda neçə məmurun maşını ya oglu-qohumunun maşını neçə gūnahsız vətəndaşımızı vurub öldūrūr ya şikəst edir. Sonra bu kvartalı bir ilə, ili də illərə vurub bu qırgının yekun nəticəsini əldə etmək lazımdır. Sonra isə, bir cədvəl tərtib edib bu illərdə bu qətl və şikəstetmələrin dovri qalxım və enişini analiz edib, bu məmurların belə harınlıq və azginlıq qazlanmasını yaradan korrupsiya-mənimsəmənin dövri səviyyəsini ayıd etmək mūmkūndūr.
Beləliklə onu görərik ki, xalqdan ogurluq nəinki, xalqın cibinin boşalması və həyatının çökməsi, ondan da törənən qida və vitamin yetərsizliyi, keyfiyyətsizliyi, yaşayış şəraitsizliyi, psixoloji stresslər, əsəb gərginliyi, depressiyalar və bu əsasda da ūmumi zəiflik, mədə-bagırsaq, sinir və ruhi pozgunluqlar, ūrək infarktı, xərçəng kimi xəstəliklər, ölkəni būrūmūş bədbəxt intiharlarla nəticələnir və: ūstəlik, həmin mənəvi-əxlaqi pozulmuş ogru-qazlanmışlar tərəfindən bu ogurluq maddiyyat "Gellendwagen" və "Mazda" kimi maşınlara və onların da qazlanıb raket silahlara çevrilməsi və həmin silahlarla həmin talanmış camaatı fiziki məhv etməsi ilə nəticələnir. Indi bildinizmi, niyə bu regionda hətta Tūrkiyə kimi böyūk və gūclū ölkədə terrorun, bomda partlayışlarının tūgyan etdiyi halda, Azərbaycanda bu yoxdur?
Niyə, ermənilər cəbhə xəttində bizimlə qızgın atışma apardıqları halda, onların "Asala" terror təşkilatı 1995-ci il Bakıda Nərimanov metrosu terror partlayışından sonra Azərbaycanda heč bir insan tələfatı ilə nəticələnən teror etmirlər? Çūnki bu tələfatı, bu funksiyanı bizim bir sıra yırtıcı məmurlarımız ailə-tayfalarını başına yıgıb lazımi keyfiyyətlə yerinə yetirirlər. Xalqın halal malını və zəhmətini haram pula və maddiyyata onu da həmin xalqı qırıb məhv etmə vasitəsinə transformasiya edirlər.
Sonra deyirlər ki, məmur korrupsiyası, rūşvət və ogurlug əməli ilə ogurluga məruz qalan xalqın zəifliyi, xəstəliyi, tələfatı arasında nə əlaqə var? Baş nazirin mūavini, "Qaçqınkom"un rəhbəri Əli Həsənovla onun 21 yaşlı milyonçu harın nəvəsi və iki ölūm, iki agır xəsarət, milyonlarla insanda stress təlatūmū yaradan avtoxuliqanlıq qəzası arasında nə əlaqə var? Əlaqəsiz heç nə yoxdur bu dūnyada. Sənin övlad-nəvənin harınlıgının səviyyə-dərəcəsi, sənin korrupsiya-ogurlugunun səviyyə-dərəcəsinə mūvafiqdir. Bu aksiomadır.
Budur, Azərbaycanın məmur problemi. Hansı ki, əksəriyyəti qatı cinayətkarlıqla məşguldurlar və bu cinayətkarlıqlarını da, allah qoymasa xidmət göstərəcəkləri xalqın başında aparırlar. Maddi, iqtisadi, mənəvi, fiziki və sair hər cūr baxımdan. Əgər heç, nazir səviyyəsində vəzifəsi olmayan "Metro" rəhbəri Tagı Əhmədov yūz milyonlarla ogurluq edibsə, Baş Nazirin mūavini və həm də "Qaçqınkom" kimi böyūk "təsərrūfatın" rəhbəri nələr edib...
Sovetlər sistemində və indi, Qərb də qarışıq būtūn cəmiyyətlərdə görmūşūk ki, korrupsioner ogru məmur ogurladıgını qorxa-qorxa, "maskirovka" olunub sadə görūntū və davranış altında gizlin, sakitcə yeyər. Bizim mūasir Azərbaycan məmur korrupsionerləri xalqdan ogurladıglarını nəinki gizlincə yeyir, bunu xalqa acıq verməklə, hətta xalqın başına çırpmaq həyasızlıgı ilə edir.
Bu son həddir, son dirənişdir. Ölkə rəhbərliyi heç nəyə baxmayıb qətiyyətli addım atmalıdır. Baş prokuror nəhayət ki, öz vəzifə borcunu aidiyyəti və qanunun tələbi ūzrə yerinə yetirməlidir. Ogru mūtləq həbsxanada olmalıdır. Olmayanda, hələ ūstəlik onu bəzəyib-dūzəyib, ortaya çıxardıb və altına da "kreslo" qoyanda nəticə bu cūr dəhşət gətirən fəsadlar verəcək. Bu fəsadlar da yıgılıb, rezonans yaradıb gūclū sarsıntılar yaradacaq. Həm ictimai, həm ölkə və dövlətçilik xarakterli!
İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin sədri
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi