14 avq 15:36hadise, banner

Külli miqdarda siqaret aşkar edildi

Külli miqdarda siqaret aşkar edildi


Newscenter.az.14.08.2017. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanmış, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçirinlər. Newscenter.az-ın xəbərinə görə, baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpmışdır. Sonra həmin metal lövhələr açılmış və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
Prezident Davosa gedib
Dünən, 20:26

Prezident Davosa gedib

DTX əməliyyat keçirdi
Dünən, 11:12

DTX əməliyyat keçirdi