13 sen 15:22kriminal

Bankomatlardan külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb

Bankomatlardan  külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb


Newscenter.az.13.09.2017. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb. Newscenter.az-ın Daxili İşlər Nazirliyinə
istinadən verdiyi xəbərə göə, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankamatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadınlıqlar götürərək bankamatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.
Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi