Impera

XƏBƏR LENTİ
18:08AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb17:56Babək prospektində hərəkət bərpa olundu17:25UNEC-də startap müsabiqəsi keçirilib17:22Bədənini isti armatur deşən xəstəni ATU-da sağaldıblar17:01Şəkidə avtomobil maneəyə çırpılıb, ölən və yaralanan var16:12Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb16:00BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi15:47Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur15:10Kənd Təsərrüfatı Nazirliyində 2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə edilib14:27Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək13:08Bakıda güclü duman müşahidə olunur12:55Sabah hava necə olacaq?12:36Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb12:07Azərbaycan xalqı öz liderinin yanında və qərarlarının arxasındadır12:00Aİİ-də mediatur təşkil olunub11:45İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib10:52Bu yolda hərəkət məhdudlaşdırılıb10:12Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib09:41Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:21Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilir19:49Qarabağ qazisi ölkə başçısına müraciət etdi17:52Qanlı Yanvar tarixi metropolitendə qeyd ediləcək17:35Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb17:28Aİİ-də “Tariximiz – milli dəyərimizdir” mövzusunda konfrans keçirilib17:23Paytaxtda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb17:06Türkiyənin İstanbul Universitetində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib17:00Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib16:44Dini Komitədə Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib16:30Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq16:1520 Yanvar şəhidlərinin xatirəsi anılıb16:09BNA işə qəbul müsabiqəsi elan edir15:58Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib15:47AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib15:352019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edildi15:28“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib13:20Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edilib13:05Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb13:00Dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri mühafizə edilən duracağa aparılacaq12:50Məktəblilər arasında bilik yarışması keçirilib11:54Nazir vətəndaşları qəbul edib11:41BMT-nin baş katibi XİN rəhbərlərinin Paris görüşünü müsbət qarşılayıb11:26Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur11:10Güclü külək Bakıdakı bəzi məktəblərə ziyan vurub11:00Toy paltarı09:42Atəşkəs rejimi 30 dəfə pozulub18:35Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub18:21Vergilər Nazirliyi sahibkarları məlumatlandırır18:07Metropoliten güclü qar və şaxtaya da tam hazırdı16:52Turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb16:39Quş qripi ilə bağlı növbəti monitorinq keçirilib16:16“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb16:03Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək15:55Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi15:40Küləyin sürəti 40 m/s-ə çatıb15:15“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir14:39İranla hərbi əməkdaşlıq genişləndirilir14:30Paytaxtda sürət həddi 20-km/saat həcmində endirilib14:10Avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir13:55Nazir vətəndaşları qəbul edəcək13:44Sabah da hava küləkli olacaq13:32BNA-da yeni təyinat13:14Məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib12:41Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir12:20“AtaSığorta” ASC yeni məhsul təqdim edir11:17“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək11:16Paytaxt sakinləri təşvişdə: marketlərdə çörək qıtlığı yarandı10:17Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın sahibkarlıq subyektini cərimələnib09:47BNA xüsusi rejimdə fəaliyyət göstərir09:25Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:05Paytaxtda külək 30- 35 m/saniyədək şiddətlənib09:00Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb08:30AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib17:26BNA dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesini fasiləsiz rejimdə həyata keçirir17:20Ramin Quluzadə operativ qərargah yaratdı16:53Dənizdən 1700-dən çox neftçi təxliyyə ediləcək16:37Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub16:20“Azərsu” ASC- də 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib15:53AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib15:45Bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb15:12Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb14:56Eksternat imtahanları başa çatıb14:44Diaspora işində Cənab Ilham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək nəticələr əldə olunub14:18Bütün təhsil müəssisələri bağlanır12:36Siyəzəndə 20 Yanvar şəhidlərinin xatirəsinə rəsm sərgisi təşkil olunub12:14Hava şəraitinin təhlükəli surətdə dəyişəcəyinə görə “Azərenerji” xüsusi rejimdə işləyəcək12:08Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib11:34“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans keçiriləcək11:16Fransada Azərbaycan muğam konserti keçirilib11:00“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi başa çatıb10:46Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır10:40İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib10:30NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir10:08Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təyinat oldu09:45Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb09:38Atəşkəs rejimi 26 dəfə pozulub09:00BNA-dan sürücü və sərnişinlərə vacib müraciət18:52Dubayda “Azərbaycan Ticarət Evi” açılıb17:37“Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik edib17:10Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş tədbir keçirilib16:51Arif Alışanov da getdi
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2019 (268)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yazıçı Anar: "Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir?"

13 sen 2017, 18:50   
Yazıçı Anar: "Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir?"


Newscenter.az.13.09.2017.
Bakıda fəaliyyət göstərən “26lar” kafesinin bağlanması ətrafındakı ajiotaj davam edir. Azərbaycan Yazıçılar Birliyi tərəfindən icarəyə verilən bu məkan ətrafında ilginc proseslər baş verdi. Öncə qurumun katibi, yazıçı Çingiz Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirdi, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd etdi və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğuladı. Lakin sonra məlum oldu ki, kafe – restoranın (gecə klubu da deyirlər) icarəsindən AYB-yə ayda 8 min manat daxil olur və bu icarə müqaviləsini də kafe-restoran sahibləri ilə imzalayan Ç. Abdullayevin özüdür... 12 sentyabrda isə Yazıçılar Birliyinin yaydığı bəyanatda kafenin icarəsindən alınan məbləğin yazıçıların qayğı, problemlərinə sərf olunduğu açıqlandı.
Musavat.com-un müxbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə söhbətində bu məqamlara aydınlıq gətirməyə çalışdı. Amma xalq yazıçısı söhbətə başlayan kimi medianı, eləcə də qəzetimizi ittiham etməyə başladı.

-“Yeni Müsavat” qəzeti niyə hər zaman Yazıçılar Birliyindən belə yazılar verir? Bunu özünüzdən və öz redaktorunuzdan, redaksiya işçilərindən soruşun, onlar sizə cavab versin. Ondan sonra başqa suallara cavab axtararsız.

-Hər halda kafeni bağladan bizim qəzet olmadı... Ona görə də sualın ünvanı biz deyilik.


-Bizim, yəni Yazıçılar Birliyinin bəyanatında sizi maraqlandıran bütün sualların cavabları yer alıb. Amma niyə Yazıçılar Birliyinin üzərinə hücum edilir, bax o sualın cavabını özünüzə verin.

-Ortada yetərincə böyük bir məbləğ var. Ayda 8 min manatlıq icarə haqqından söhbət gedirdi və bu, Yazıçılar Birliyinin büdcəsinə gedirdi. Bunun qıcıq doğurması normal deyilmi?

-Xeyr, deyil. O məbləğin necə xərclənməsi bəyanatda da göstərilib. O məbləğ bank vasitəsilə bizim hesaba köçürülür və qəpiyinəcən hara xərcləndiyi qeyd olunur.

-Bəyanatınızda qeyd etmisiz ki, “bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır”. Amma siz eyni zamanda dövlətdən maliyyələşən qurumsuz, dövlət büdcəsindən sizə vəsait ayrılır. O halda...?

-Bəli, maliyyələşirik. Buranın işçiləri həmin vəsaitdən maaş alırlar, redaktorlar qonorar verirlər. Həmin vəsait qəpiyinəcən ona ayrılır. Amma xəstə şair-yazıçılara dövlət pul ayırmır, yubileyi olan yazıçılara tədbir keçirmək, hədiyyə almaq üçün büdcədən pul ayrılmır. Allah eləməmiş, ölən yazıçıların dəfn mərasimi üçün pul ayırmırlar. O xərclərin hamısı kirayədən gələn pullar hesabına həll olunur.
“Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir? Onda onlar da bu təhqirə görə səslərini qaldırsınlar”

-Bəyanatınızda “toxun acdan xəbəri olmaz” yazmısız. Kimi və ya kimləri nəzərdə tutursuz?


-Kim özünə götürürsə, götürsün.

-Yeri gəlmişkən, bəyanatınız da yetərincə iynəli və sataşmalı idi. Kimlərə söz çatdırmağa çalışırdız?


-İynəli deyildi, sadəcə cavab idi. İllər boyu davam edən, o cümlədən, sizin qəzetdə də ünvanımıza yazılan sancmalara etik, mədəni çərçivədə bir cavab idi.

-Anar müəllim, bayaqdan bizi ittiham edirsiz. Amma xatırlatmaq istəyirəm ki, qəzetlərin kafe boşaltmaq kimi bir səlahiyyəti yoxdur. Ona qalsa, illərdir yazdığımız problemlərin heç də hamısı dərhal həll olunmur.


- Elə qəzetlər başladılar da. Bəs bu böhtanları Yazıçılar Birliyinə illərdir kimlər yazır? Elə biri də siz...

-Bizdən çox sizin mövqeyinizi işıqlandıran ikinci qəzet yoxdur. Bu günə qədər bütün mübahisəli məsələlərdə sizdən müsahibə alan mən olmamışam?


-Ay Sevinc, səni illərdir tanıyıram da. Nə qədər bizə sataşmısan? Sən də, Zamin Hacı da. Onun elə bir yazısı yoxdur ki, mənim adımı hallandırmasın. Neynəmişəm e, ona mən? Hər yazısında bir sarsaq şey yazır mənim haqqımda. Yazanda heç olmasa bir ağıllı bir şey yazsın da. Ağıllı bir şey qoy da onun başına. Nə qədər olar axı? Bir dəfə cavab verdim, iki dəfə cavab verdim...Olmaz axı.

-Anar müəllim, siz də Hacıbala Abutalıbovu qoyub, jurnalistlərin üstünə hücuma keçmisiz. Biz kafe bağlatdıranıq? Bizim elə səlahiyyətimiz var bəyəm?


-Kafeni də elə böhtanlarla bağladılar da. İllər boyu yazdınız, yazdınız... Yazıçılar İttifaqı lazım deyil, Yazıçılar İttifaqı pisdir, bağlanmalıdır. Yaxşı daaa.... Bu gün deyirlər ki, Yazıçılar Birliyi bağlana bilərmi? Dedim, Yazıçılar Birliyi bağlanan gün mən banket edəcəm, “Yeni Müsavat” qəzetinin bütün kollektivini də çağıracam ki, gəlib şadyanalıq etsinlər. Bir mədəniyyət ocağı, bir təmiz məkan da bağlansın, mən də sizi təbrik edəcəm.
“Kafe bizə yaraşmayan yerdirsə, bir varlı adam bizim yardıma möhtac, xəstə yazıçılara pul ayırsın”

-Ümumiyyətlə, birliyin bağlanma ehtimalı varmı?


-Xeyr, yoxdur. Yazıçılar Birliyi həmişə olub və olacaq. Azərbaycan dövləti nə qədər ki müstəqildir, onun Yazıçılar Birliyi də var olacaq.

-“Yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün heyif çıxırlar” yazmısız bəyanatınızda. Ümumiyyətlə, sizdən kim heyif çıxır ki? Və niyə çıxsın ki?


- Bizi ermənipərəstlikdə ittiham edənlər bu heyfi çıxırlar. Yazırlar ki, Yazıçılar Birliyində anası, arvadı erməni olanlar var. Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret.

-Hər halda bu kafe söhbətinin ortaya çıxması ilə Yazıçılar Birliyinin də dövlət tərəfindən onlara ayrılan binanın bir hissəsini kafeyə icarəyə verməsi, buna görə 8 min manat alması gerçəyini öyrəndik. Bunu bu günə qədər bilmirdik və qıcıq doğurması normaldır.


-Niyə qıcıq doğursun ki? Milyonları yeyən adamlarda bu 8 min manat niyə qıcıq doğurur?

-Kimdi milyonları yeyən? Hər halda qəzetlər milyon yemir.


-Nə deyim vallah. Hər halda sizə də sifariş verirlər. Bu qədər ardıcıl ki, siz Yazıçılar Birliyindən yazırsız, bu, səbəbsiz deyil.

-İcarəyə verib, ayda bir neçə min manat aldığınız başqa obyektlər də varmı? İndidən bu haqda danışaq ki, sonradan sürpriz olmasın...


-Xeyr, yoxdur. Heç bir obyekt yoxdur. Bu da birinci mərtəbəmiz idi. Ona da heç kimin hüquqi və mənəvi haqqı çatmırdı ki, bizə kirayə verdiyimiz üçün müdaxilə etsin.

-Səs-küylü, qəlyanlı kafe... nə dərəcədə...


-(sözümüzü kəsir) Sizin xəbəriniz var ki, bir çox yerlərdə “burda qadınlar üçün qəlyan pulsuzdur” yazılır? Mən getməmişəm, amma mənə bunu deyiblər. Bundan belə nəticə çıxarıblar ki, bura fahişələr gəlir. Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir? Onda onlar da bu təhqirə görə səslərini qaldırsınlar.

-Hər halda, Yazıçılar Birliyi və içkili, qəlyanlı məkan... O qədər də xoş paralel deyil və yaraşmadığı da deyilir
.

-Yaraşmayan yerdirsə, bizim yardıma möhtac, xəstə yazıçılara bir dənə varlı adam pul ayırsın. Biz də o zaman o yeri icarəyə vermək yerinə orda kitab dükanı, ədəbi kafe, kitabxana açarıq. İcarəyə veririk ki, camaatı dolandıraq da. Yazıçılar Birliyinin 1800 üzvü var. Elə bilirsiz, bunların hamısı öz hesabına dolanır, problemləri yoxdur? Biri xəstələnir, o birinin anası ölür... Min dənə problemləri var. Maaşa baxan adamlarıq, nə edək bəs? Bir dəfə də düzünü yazın da.

-Sizə zəng edib, mövqeyinizi öyrənməyimiz heç nədən xəbər vermir?


-Mən səndən çox incimişəm. Mən yaxşını da unutmuram, pisi də. Yadındadır ki, deputatlıq məsələsində sən məndən müsahibə aldın? Mən o müsahibəni bütün kitablarıma salıram. Sən mənə imkan yaratdın ki, ürəyimdəkiləri dedim. Amma ondan sonra sən də, Zamin Hacı da yerli-yersiz, mənasız, səfeh-səfeh sataşmalarınızla...

-Mən sizdən yazı yazmamışam, Anar müəllim. Haqsızlıq edirsiz.


-Onların hamısını yığmışam, görərsən. Kitab hazırlayacam, onları da salacam kitaba. Onda görəcəksən ki, məndən yazdığın zəhərli yazılar hansılardır, toplamışam hamısını. Qoy gələcək nəsillər görsünlər, baxsınlar.

-Anar müəllim, mətləbə qayıda bilərik? O “26lar”dan boşaldılan məkanı hansı quruma icarəyə verəcəksiz? Bir planınız var?


-Hələ bu haqda düşünməmişik. Qoy bu qalmaqal bitsin, görək nə edirik. Kimə də versək, yenə bir hoqqa çıxaracaqlar. Heç mən oranı icarəyə vermək istəməzdim. İstəyərdim ki, orada ədəbi tədbirlər olsun. Dünyanın çox yerində, Moskvada da var – yazıçılar kafesi. Ora ancaq yazıçılar gəlir. Biz də oranı elə məkan etmək istəyərdik. Amma onunçün vəsait lazımdır. Vəsaitimiz olsaydı, onu icarəyə verərdik? Ordan öz xeyrimizə bir qəpik götürürüksə, lənət olsun o adama. Niyə adamı belə şərləyirsiz? Ona görə ki, hərdən kitablar dərc edirik orda? Burdan alınan vəsait xəstələrə, imkansızlara, problemi olan yazıçılarımıza, ölənləri basdırmağa, yubileyi olanlara hədiyyə almağa gedir.

-Hacıbala Abutalıbovla danışmaq, məsələni aydınlaşdırmaq imkanınız oldu?


-Xeyr. Heç buna həvəsim də yoxdur. O sözünü deyib, biz də mövqeyimizi bildiririk. İstəsə, buyursun gəlsin, ona klubumuzu, kitabxananı göstərək. Allah uzun ömür versin, bir dəfə prezidentimiz bura gəldi. O zaman bina dövlət büdcəsi hesabına təmir olunmuşdu. Gəldi, baxdı, açılış etdi, xoş sözlər dedi. Ondan aşağı olanlar da bir dəfə gəlib buranı görsünlər də. Milislə, polislə gəlib buranın mebellərini uçurdub dağıtmaqla yazıçılara münasibət göstərmək olar? Hansı ölkədə yazıçılara belə münasibət var? Yazıçılar heç vaxt ciblərini doldurmayıblar, yazdıqları ilə bu xalqa xidmət göstəriblər. Bizimkilərdən çox ermənilər mənə hədə məktubu göndəriblər ki, səni belə öldürəcəyik, kəsəcəyik. Bu da bizimkilərin münasibəti. Nə edib bu Yazıçılar Birliyi insanlara axı? Jurnalistin işi mərdimazarlıq olmamalıdır axı. Jurnalist yaxşı bir işi yazsın da. Yazıçılar Birliyinin heç yaxşı işi olmur? Kitabları çıxır, yazıçılar mükafat alır. Bunları da yazın da. Gərək qurdalayıb ancaq pis şeylər yazasız? Axı zaman keçəcək, bu yazıları gələcək nəsillər də görəndə tüpürəcəklər. Deyəcəklər ki, bu nə jurnalistika idi, bu nə millət idi ki, jurnalistləri ancaq yazıçıları təhqir etməklə məşğul olub.
OXŞAR MÖVZULAR