21 sen 12:31siyaset

Qarabağı Sərkisyan verəcək, ya biz alacağıq?

Qarabağı Sərkisyan verəcək,  ya biz alacağıq?


Newscenter.az.21.09.2017. "Sarkisyan Xacalı faciəsinin təşkilatçısıdır!"... Azərbaycanın dövlət başçısı Ilham Əliyev BMT tribunasından Ermənistanın indiki prezidenti, sabiq Daglıq Qarabag erməni quldur dəstəsinin başçısı barədə beləcə də deyib. Bunu məncə çoxdan deməli idik. Və bu cani ilə indiyədək oturub söhbət danışıqlar aparmaq da nə rəsmi və siyasi, nə hūquqi, nə də məntiqi cəhətdən lazım deyilmiş.
Sarkisyan barədə öncə getmiş bir yazımı yenə paylaşıram.
Qarabağı Sərkisyan verəcək,  ya biz alacağıq?


QARABAĞI SƏRKİSYAN VERƏCƏK, YA BİZ ALACAĞIQ?

Ermənistan lideri Sakisyan beləcə də deyib: "Canımı verərəm, Qarabağı vermərəm!" Dūz deyir. Öz xarici və daxili vūcudu ilə dūnyanın ən layiqsiz prezidentinin canı, varlıgı, būtūn ömrü, irəliləyişi Qarabag faciəsi uzərində qurulub. Deməkdir ki, Qarabagın verilməsi onun ölūmūdūr. Heç verərmi? Versə, bu gūn onun hakimliyindən cana doyub qanlı etiraz, qiyam, ūsyan edən erməni xalqı onu oradaca asar.
Görūnən odur ki, Qarabag erməni klanı bu gūn iki təhlūkə arasında qalıb: Azərbaycandan hūcum ilə Ermənistandakı dar agacları. Hər ikisi qaçılmaz ölūmdūr və heç yol yoxdur. Azərbaycan vətəndaşları olaraq Azərbaycanda olmazın hərbi cinayətlər törətmiş, bunu da bir qəhrəmanlıq kimi ermənilərin gözūnə soxub, Ermənistandakı hakimiyyəti zəbt edərək, bu xalqa da orada zūlmlər etmiş bir cılız cinayətkar dəstənin-klanın sonu nə olmalı idi ki?
Ona görə də, Qarabagı ondan, onlardan almaq lazımdır nəinki danışıqlara ūmid olub vermələrini gözləmək. Demək yeni və daha da sərt aprel hūcum - döyuşūnə, mūharibəsinə ehtiyac olacaq. Yəni, öz torpagını işgaldan azad etmə kimi, qəti mūzakirə mövzusu olmayan bəşəri bir huquqdan, ixtiyardan yararlanıb būtūn qətiyyət və qūvvə ilə buna getmək lazımdır. Və, bu dəfəki uguru heç bir halda durdurmayıb, sonacan davam etdirmək lazımdır.
Qaldı ki, Sarkisyan və onun cinayətkar Qarabağ klanının əməlləri, bu, heç şübhəsiz Qarabağ zonasındakı Azərbaycan xalqına qarşı hərbi, insanlığa qarşı və genosid kimi ağır, bəşəri ölçülü bir cinayət əməlidir. Bu əməllərinə görə də Sarkisyan, onun dəstəsi Hərbi Cinayətlər Üzrə Beynəlxalq Haaqa Tribunalı qarşısında cavab verməlidir. Sadəcə, bütün tələb edilən hüquqi prosedurlara uygun olaraq, həmin ali instansiya qarşısında müvafiq iddia qaldırmaq lazımdır.
Şübhə etmirəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində və Baş Prokurorlugunda Serj Sarkisyanən və onun dəstəsinin əməlləri barədə müəyyən istintaq aparılıb, kifayət qədər faktlar və sübutlar toplanılıb. Yaxşı olardı ki, bu barədə müstəqil ixtisaslı təhqiqatçılar, ekspertlər, araşdırmaçı jurnalistlər də ictimai nöqteyi-nəzərdən öz işlərini görərdilər. Və gələcəkdə bu istiqamətdə dövlətlə bərabər ictimaiyyətin də öz haqlı cəza tələbi üçün əsaslar olardı.
İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin sədri
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi