Azərbaycan və Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:02Yerli istehsalçılar və ixracatçılar assosiasiyaları ilə görüş keçirilib14:12Daha bir avtobus dayanacağı zəbt edilib13:46Qurban bayramı ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub12:51DİN-in idarə rəisi vəfat edib12:29Paytaxtda mənzildən külli miqdarda qızıl oğurlanıb12:26Füzuli Məmmədov AAK-dan qovuldu12:09Avtomobildə gizlədilən mobil telefonlar və kəsici alətlər aşkar edilib12:00Prezident Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib11:37Ekologiya Nazirliyi ağac kəsənləri cərimələdi11:22Nazir İnam Kərimov Şəmkirdə vətəndaşlarla görüşəcək11:08Iraqın turizm şirkətinin Azərbaycanda təmsilçiliyi açılacaq10:32Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır09:59Bir qadını qadın edən onun təhsili, xəyalları və qurduğu kariyerasıdır09:36Atəşkəs rejimi 92 dəfə pozulub09:00Bu ay aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analizlər aparılıb08:16Əgər bu ölkədə Güllü Yoloğlu Türklüyə qarşıdırsa…15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (338)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan və Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

25 sen 2017, 14:30   
Azərbaycan və Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub


Newscenter.az.25.09.2017. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub. Newscenter.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Respublikamızda sosial cəhətdən həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması, əmək və sosial müdafiə sisteminin müasir əsaslar üzərində qurulması sahəsində görülən işləri qeyd edən S.Müslümov ötən ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin Tacikistan Respublikasına səfərini xatırladıb: “Həmin səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkə arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi və digər sahələrdə əməkdaşlıq imkanlarını xeyli genişləndirib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmin sahələrlə bağlı bizim əlaqələrimiz mövcuddur”.

Nazir bildirib ki, son illərdə Azərbaycan əmək və sosial müdafiə sahələrində İKT-nin səmərəli şəkildə tətbiqinə nail olaraq bu sahədə mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilən uğurlu iş təcrübəsinə nail olub. Aparılan islahatlar nəticəsində əmək müqavilələrinin qeydiyyatı, sosial sığorta, pensiya və müavinət, sosial yardım münasibətləri üzrə avtomatlaşdırılmış sistemlər, həmin sahələr üzrə şəffaflığa tam təminat verən elektron xidmətlər şəbəkəsi formalaşıb. Bu sahələrdə bizimlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin sayı da artır və hesab edirəm ki, dost münasibətlərində olduğumuz Tacikistanla da belə təcrübə mübadilələrini həyata keçirə bilərik”.

Ölkəmizdə aktiv əmək bazarı proqramlarının səmərəliliyinin artırılması və daha geniş müstəvidə həyata keçirilməsinin dövlət məşğulluq siyasətinin prioritetlərindən olduğunu vurğulayan S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edib. O, əmək bazarında səmərəli vasitələrdən olan özünüməşğulluğun təmini sahəsində də respublikamızda artıq müsbət təcrübənin əldə olunduğunu bildirib: “1400 nəfəri əhatə edəcək bu proqram çərçivəsində artıq 960 nəfər işsiz və işaxtaran şəxsə fərdi təsərrüfatlarını və öz məşğulluqlarını, habelə gələcəkdə ailə bizneslərini formalaşdırmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Bizim hədəfimiz gələn ildən işsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində yaranan imkanlardan istifadə yolu ilə proqramın əhəmiyyətli şəkildə genişlənməsinə nail olmaqdır. Hesab edirəm ki, əməkdaşlığımızın bu sahəni, həmçinin peşə standartlarının hazırlanması və tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və s. kimi sahələri də əhatə etməsi, müvafiq təcrübə mübadilələrinin aparılması üçün imkanlar vardır”.

R.Soliyev Azərbaycanda əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatların, bu islahatlarda yeni texnologiyaların geniş tətbiqinin, habelə aktiv əmək bazarı proqramları, özünüməşğulluğun təmini sahəsində görülən işlərin onda böyük maraq doğurduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında bütün sahələrdə, o cümlədən əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərini göstərəcəyini vurğulayıb.

Görüşdə qeyd olunan sahələrlə bağlı əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə və məlumat mübadilələrinin təşkili və s. məsələlər müzakirə olunub.
OXŞAR MÖVZULAR