27 sen 12:07diaspor

Dünya Azərbaycanlıları Bakıda müzakirə olundu

Dünya Azərbaycanlıları Bakıda müzakirə olundu


Newscenter.az.27.09.2017. Bakıda Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb. DAA-nın mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirilib. Almaniyadan təşkilatın rəhbəri Rəşad Quliyev də skaypla qatılaraq iclasda iştirak edib. İclasda dünya azərbaycanlarının bugünki durumu, xaricdə fəaliyyət göstərən təşkilatlarımızın durumu və problemləri, ÜAK-ın qeydiyyatının ləğvi, DAA fəaliyyətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunaraq konkret qərarlar qəbul edilib. DAA təmsilçiləri ÜAK-ın qeydiyyatının ləğvi narahatedici məsələ olduğunu bildirdilər eyni zamanda bundan sonra Rusiya qurumları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuş, məlum hadisəylə bağlı Rusiyada yaşayan həmvətənlərimizin ruhdan düşmədən bundan sonra da fəaliyyətlərinin intesivliyinə daha da ciddi yanaşmalarının vacibliyi vurğulanıb. Bundan sonra atılacaq addımlarda ÜAK-ın yanında olduğumuzu bir daha bəyan edilib.
Daha sonra DAA Azərbaycan nümayəndəliyinin təqdimatıının keçirilməsi qərarlaşdırılıb.
DAA iclasında eyni zamanda Azərbaycanın dövlət orqanları ilə əlaqələrin gücləndirilməsi qərara alınıb. Bunun üçün yaxın günlərdə Diaspora Komitəsi rəhbəri Nazim İbrahimovla görüşərək gələcək əməkdaşlığı müzakirə etmək qərarı verilib. Sonda beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın gücləndirilməsi üçün dünyanın bir sıra beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşmək qərara alınıb.
Inqilab
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi