01 okt 11:04din

"Zəncir vurmaqla, sinə döyməklə Hz Hüseynə sevgi bəslənilmir"

"Zəncir vurmaqla, sinə döyməklə Hz Hüseynə sevgi bəslənilmir"


Newscenter.az.1.10.2017.
"Aşura günü zəncir vurmaqla, sinə döyməklə Hz Hüseynə sevgi bəslənilmir. O Həzrətə sevgi onun kimi ömrünün sonuna qədər haqq uğrunda mübarizə aparmaq, zalıma qarşı məzlumun yanında olmaq lazımdır". Newscenter.az-ən xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyatçı Hacı Ceyhun Şükürov deyib ki, ona qarşı sevgi Onun sevdiklərini sevmək, nifrət etdiklərinə nifrət etməkdir: "Onun elədiyinin heç olmasa bacardığımız qədər həyatımıza əks etdirməkdir. Onun kimi ibadətə sarılmaq, gecələri qiyamda, gündüzləri oruclu onun təqvası, onun münacatı, hansını edirik?. Hz Hüseyni sevmək bütün sevdiklərindən Allah üçün vaz keçmək deməkdir. Ən çox sevdiyinizi Allah üçün qurban verməkdir. O hər şeyini Allah üçün verdi. "Sevdiklərinizdən Allah üçün infaq etmədikcə iman gətirməzsiniz.."ayəsini hamımız bilirik. Hz Hüseyn körpə Əkbirini infaq etdi. Ailəsindən 14 kişinin başı kəsilib nizələrə taxıldı. Onun həyatı bizim üçün bir həyat rəhbəridir. Amma təəsüflər olsun ki, Onun cüziyyatını belə həyatımıza yansıtmırıq. O ki qaldı külliyyatını.....Seviriksə gəlin həqiqi aşiq olaq ki, Allah da bizi sevdiklərimizlə birlikdə həşr etsin".
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi