02 okt 12:05dunya, din

Ağeyi Xamneyi və İran ayətullahlarına

Ağeyi Xamneyi və İran ayətullahlarına


İlqar Altay: "Hansı qonşu xalqı, milləti ağ günə çıxartdınız?"

Newscenter.az.2.10.2017.
Bu fotolar Bakıda, sivil dünyəvi istiqamət götürmüş Azərbaycanda şiə-islam dini məzhəbi üzrə keçirilən Aşura matəm mərasimi görüntüləridir.
Bu məzhəbin siyasətinin, onun aşura təbliğatının mənfi tərəflərini açıq formada dəfələrlə tənqid etmişəm. Ona görə bu dəfə nə məzhəblə, nə aşura ilə, nə də ki onu bizim ölkədə təşkil edənlərlədir işim. Sözüm bu "möhtəşəm" proyektin İran tərəfdəki sifarişçilərinədir.
Ageyi Xamneyi və ayətullahlar!!! Qonşu ölkədə belə təkid və bu qədər xərc-xəsarətlə təşkil etdirdiyiniz izdihamın, mərasimin, şaxsy-vaxsey sinədöymələrinin İran siyasətinin, dövlətinin inkişafına xeyri nədir? İran İslam İnqilabından sonrakı bu 38 ildə sizin, Aşura kimi solğun matəm təbliğatı hesabına digər ölkələrə inqilab ixracı cəhdlərinizin xeyri nədir? Qoyun ortaya, dünya da baxıb görsün.
Bu 38 ildə siz nə qurmusunuz, nə yaratmısınız, hansı bir iqtisadi, sosial, siyasi və s. inkişaf modeli ortaya qoymusunuz? Hansı bir nümunəvi texnologiya, istehsal sahələri, sosial ədalət, idarəetmə prinsiləri ortaya qoydunuz? Bu qədər ehtiras-həngamə ilə qonşu ölkələrin daxili işlərinə qarışmaqla hansı ölkəyə normal hallı işıqlı həyat verdiniz? Hansı qonşu xalqı, milləti ağ günə çıxartdınız?
Ancaq ki, o boyda İran xalqını qara örpəyə bürüyüb, molla idarə xurafat sisteminin öhdəsinə vermək və qaranlıq zülmətlərə salmaq nəticəsi ilə. Ölkəni dünyadan təcrid edib bütün sahələr üzrə viran qoymaq nəticəsi ilə. Suriya, Livan, Yəmən kimi yaralı ökələrdə məzhəb ziddiyyətləri və qarışıqlıq, xaos salma nəticəsi ilə. Və Azərbaycan kimi qonşu ökələrdə sinə-zəncir vuran avam insanların sayının artmasına nail olmaqla.
Nə verir, nə nəticə hasil edir sizə tutaq ki, Bakıda bir-neçə minlik Aşura izdihamı yaradıb, sinə-zəncir döydürüb, bunun şəkil-video materiallarını İran xalqına göstərib "sevindirib" bununla da təşkilatçı və icraçılara İran xalqı büdcəsi hesabına külli miqdarda qrantlar paylamaq? Çıxardın bir, qoyun ortaya bu boş şou oyunlardan, beyin yumalardan bu neçə illərdə əldə etdiyinizi, biz də görək!
Bəs və utanclı deyilmi, bütün dünya qarşısında bu ziyankar, yaramaz, saxta oyunlarınız?
İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi