02 okt 13:05dunya

Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid etməkdədir

Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid etməkdədir


Newscenter.az.2.10.2017
. İspaniya hüquqi kazusla üzləşib. Katalonlar dünən səsvermələri ilə faktiki müstəqilliklərini elan etdilər.
Bir hadisəni yaddaşımda canlandırdı dünənki referendum. Bir neçə il əvvəl yenicə siyasi həyatda sərbəst fəaliyyətə başlamışdım. VİP təmsilçisi olaraq ATƏT-in keçici sədri, o zamankıə İspaniya Xarici İşlər naziri ilə görüşə dəvət almışdım. Görüşdə 7-8 başqa partiya sədri də var idi. Mövzu Azərbaycan-ATƏT münasibətləri, demokratiya və s məsələlər idi. Sözsüz ki, ATƏT monopoliyasında olan Dağlıq Qarabağ məsələsi də əsas mövzulardan idi. Qonaq saymazyana və təkəbbürlü şəkildə DQ erməni əhalisinin maraqları, gələcəyi və digər haqları barədə söz açdı. Hamının bu sayğısızlığı "yediyini" görüb, ATƏT təmsilçisinə cavab verməli oldum. İspana baskların hüquqlarını nədən tanımadıqlarını dedikdə, pörtdü. Yəqin Azərbaycan təmsilçilərinin hamısının "üzüyola" olduğunu düşünürmüş. Mənə verdiyi cavab da dolaşıq idi. "Basklarla Dağlıq Qarabağ əhəlisini eyniləşdirmək olmaz" kimi bəsit cavab verdi.
Onun dediyində həqiqət var idi. Basklar öz müqəddaratlarını
həll etməmiş xalqdırlar. Onların müstəqillik mübarizəsini başa düşmək olar. Lakin Azərbaycanda separatçılıq, silahlı qanunsuzluq edən, öz müqəddaratını müəyyən etmiş ermənilərlə apardığımız mübarizə qətiyyən basklarla eyni mahiyyət daşımır.
İndi də katalonlar dinc mübarizə yolu ilə müqəddaratlarını həll etmək qərarı veriblər. Dünən İspaniya hüquq-mühafizə orqanları güc tətbiqi ilə katalonları küçələrdə "əzirdilər". Bizə isə Madriddə qəbul olunmuş prinsipləri qəbul etdirməyə çalışırlar. Avropa liderləri İspaniyanın mərkəzi hakimiyyətini dəstəkləyirlər. Makron bunu açıq şəkildə bəyan etdi. Azərbaycana gəldikdə isə, biz Avropanı belə yekcins görə bilmirik. Nədənsə, İspaniyada dinc referendum separatçılıq, Azərbaycanda isə silahlı hərəkət özünü təyin hərəkəti adlandırılır.
Baş verənlərin ezeterik yükü var. Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid etməkdədir.
Allahımız nəzərini Azərbaycandan çəkməyib. Çəkməz də inşaallah!
Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının sədri
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi