02 okt 17:33sosial, idman

“BonAqua” Azərbaycanda idman tədbirlərini dəstəkləməyə davam edir

“BonAqua” Azərbaycanda idman tədbirlərini dəstəkləməyə davam edir


Newscenter.az.2.10.2017.
Bakı Avropanın nüfuzlu idman hadisələrindən olan voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. Oktyabrın 1-dək davam edən Avro-2017-nin rəsmi tərəfdaşlarından biri də “Coca-Cola” şirkətinin “BonAqua” su brendidir. 16 ölkədən qatılmış 200 idmançı və texniki heyət 60 min butulka su (30 min litr) ilə təmin olunub. Newscenter.az-a daxil olan məlumata görə, “Beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal etdiyimiz “BonAqua” su məhsullarımızla Avro-2017 Voleybol Çempionatına dəstək olmağımız bizim üçün böyük şərəfdir. “Coca-Cola” şirkəti uzun illərdir ki, Azərbaycanda bir çox beynəlxalq səviyyəli idman yarışlarına öz məhsulları ilə dəstək olur. Avropa Oyunları “Bakı 2015”, İslam Həmrəyliyi Oyunları “Bakı 2017”, “Tour d’Azerbaijan”, Bakı marafonu və “Formula 1” kimi bir çox mötəbər idman yarışlarının su ehtiyacları “BonAqua” suları ilə təmin edilib“, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
Bildirək ki, “BonAqua” suları “Coca-Cola” şirkətinin Azərbaycanda istehsal etdiyi sərinləşdirici içki məhsullarından biridir. “BonAqua” məhsulu 2016-ci ildə Brüsseldə yerləşən Avropa Beynəlxalq Keyfiyyət və Dad İnstitutu tərəfindən “Möhtəşəm dad” mükafatına layiq görülüb.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi