02 okt 20:34siyaset, din

Dövlətə və rəhbərinə, həmçinin qanunlarına riayət etmək müsəlman üçün vacib hesab olunur

Dövlətə və rəhbərinə, həmçinin qanunlarına riayət etmək müsəlman üçün vacib hesab olunur


Newscenter.az.2.10.2017.
"Dövlətin rəhbəri ölkədə məscidlərin açılmasını istəyirsə, ibadət edənlərə maneçilik törətmirsə, əksinə mənəviyyatın yüksəlməsi üçün əlindən gəldiyi qədər və bacardığı qədər xalqına dəstək durursa, o dövlətə və rəhbərinə, həmçinin qanunlarına riayət etmək müsəlman üçün vacib hesab olunur". Newscenter.az-ın xəbərinə görə, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki, bununla bağlı gözəl bir hədis vardır: "Həmin hədisi peyğəmbərin yanında olan Abdullah bin Ömər rəvayət edir. Deyir ki, Allahın rəsulu bizə belə dedi: “Özünə (Allaha və Rəsuluna) üsyan əmr edilmədikcə xoşuna gələn və xoşuna gəlməyən bir işdə (əmr sahibini) dinləmək və (ona) itaət etmək, müsəlman bir kimsəyə vacibdir. Lakin özünə (Allaha və Rəsuluna) üsyan əmr edilsə, o zaman (heç bir əmr sahibini) dinləmək də yoxdur, itaət də yoxdur”. Hədisi ən mötəbər hədis alimlərindən biri hesab olunan İmam Müslim rəvayət etmişdir. Qeyd etdiyimiz Müslimin hədisindən başqa Buxari də bu hədisi rəvayət etmişdir. Şükr Allaha ki, bizim ölkə rəhbərimiz bütün dinlərin nümayəndələrinə, xüsusi ilə müsəlmanlara ibadət etmələri üçün hər cür şərait yaratmışdır. Həmçinin ölkə rəhbərimiz dünyanın hər yerində müsəlmanların müdafiəsi üçün çıxışlar edir, islamın üstün dəyərlərini çıxışlarında dilə gətirir".
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi