03 okt 13:54diaspor

Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib

Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib


Newscenter.az.3.10.2017. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Newscenter.az-a bildirilib ki, Konyak şəhərinin meri, ADA-nın İdarə Heyətinin üzvü Mişel Qurənşas toplantını açaraq Azərbaycanla münasibətlərdən, intensiv inkişaf edən qardaşlıq əlaqələrdən bəhs edib, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat verib. ADA -nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qısa müddət keçməsinə baxmayaraq, bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Jan-Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində də intensiv səylər göstərildiyini qeyd edib. O, ADA-nın ölkəmizin zəngin tarixini, mədəniyyətini fransız xalqına yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində həyata keçirilən layihələri dəstəklədiyini qeyd edib. Daha sonra gündəlikdəki mövzular, 2018-ci ildə nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib. İdarə heyətinin üzvləri şərqdə ilk Demokratik Respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi, ölüm hökmünün ləğv edilməsinin 20 illiyi və bir sıra əlamətdar hadisələrdən söz açıb, 2018-ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağını bildiriblər. ADA -nın Baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək qarşıdakı layihələr barədə İcra Şurasının üzvlərinə ətraflı məlumat verib. Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və bu səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Toplantıda ADA-nın İcra Şurasının yeni tərkibi və sədr müavini seçilib. YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə ADA sədrinin müavini vəzifəsinə seçilib. İclasdan sonra İcra Şurasının üzvləri “Tovuz Nar Evi »nin açılışında iştirak ediblər. Bundan başqa, ADA-nın nümayəndə heyəti Konyak Oranjerisinde yerləşən Azərbaycan şairi Məhsəti Gəncəvinin heykəlini ziyarət edib.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi