03 okt 13:00din

"Onları yerli dindar əhali qəbul etmir"

"Onları yerli dindar əhali qəbul etmir"


Newscenter.az.3.10.2017.
«Qeyri-ənənəvi islam təlimləri» dedikdə, cəmiyyətimizdə yayılaraq kök salmış və artıq dindar əhalinin inancına çevrilmiş, milli dəyərlərə və respublikada ictimai-siyasi quruluşa zidd, milli düşüncə tərzimizə yabançı olan, radikal və ekstremist addımlar atmağa çağıran təlimlər nəzərdə tutulur. Bu təlimlər yerli mədəni adət-ənənələrə, düşüncə tərzinə, hətta bəzi dini ayinlərin yerinə yetirilməsi qaydalarına (artıq vərdiş etdiyimiz) da ziddir. Newscenter.az-ın xəbərinə görə, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. Bildirib ki, onları yerli dindar əhali qəbul etmir: "Ancaq müasir dövrdə respublikada keçid dövrü ilə əlaqədar yaranmış bir sıra çətinliklərlə əlaqədar onların yayılması üçün münasib şərait yarana bilər. Qarşılaşdığı sosial-iqtisadi problemləri dünyəvi vasitələrlə həll edə bilməyən yerli dindarlar onların təklif etdiyi dini vasitələri qəbul etməyə meyl göstərə bilərlər. Ona görə də qeyri-ənənəvi islam məzhəblərinin yayılmasının qarşısını yalnız inzibati tədbirlərlə (onları dövlət qeydiyyatına almamaq, onlara qarşı çeşidli sanksiyalar tətbiq etmək) almaq bir sıra çətinliklərlə bağlıdır. Ölkədə sosial-iqtisadi problemlər qaldıqca bu məzhəblərin yayılmasına rəvac verən amillər də qalacaqdır".
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi