Impera

XƏBƏR LENTİ
15:47Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edilib15:34Ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası davam edir15:15Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir15:01“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək14:47AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib14:33Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır?14:16Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir13:49Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib13:08“ADA” Universiteti və “Coca-Cola”Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi12:53“Məktəb seminarları” başa çatıb12:47BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb12:33Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi12:22Ən fəal tələbə-könüllülər mükafatlandırılıb12:18Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib12:09Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib11:41Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək11:22Bakıda OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası başlayıb11:08Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb10:47Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir10:35Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi10:21Tələbələr Heydər məscidini ziyarət edib09:50Cənab prezident ölkəmizin nüfuzunu ləkələməyə maraqlı olanların arqumentlərini əllərindən almış oldu09:20Atəşkəs rejimi 24 dəfə pozulub18:59Bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq18:41Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir18:30Qazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilib18:17Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib18:10Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir18:02SOS: Bir sıra rayonlarda siçanabənzər gəmiricilər yayılıb17:50Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib17:37Ekologiya Nazirliyindən xəbərdarlıq-qar yağacaq17:34Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib17:24Almaniya azərbaycanlıları bir araya gəlib17:14“BMT-nin Könüllülər Proqramı” təqdim olunub17:00Ağdamda ikigünlük seminar-müşavirə keçirilib16:50Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub16:37Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi16:21Binə qəsəbəsində təmir işləri yekunlaşıb16:17Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib16:10“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar15:55“Azərsu” kollektivi qan verdi15:21“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfransı keçirilib15:03Təhsil nazirinin müavini Qırğızıstana səfər edib14:50Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirilmə tədbiri keçirilib14:40AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi14:31Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir14:20Motosiklet minik avtomobili ilə toqquşdu13:46ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası13:30206 və 211 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi dəyişdi13:21Müəllim və valideynlərin müraciəti dinlənilib13:12Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib13:00Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək12:52“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı11:40AzTU-da növbəti seminar keçirilib11:25Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib11:12Zakir Həsənov hərbi təlimlərlə bağlı kollegiya iclası keçirib11:00Rektor əvəzi qalib tələbələrlə görüşüb10:55Yararsız ət satışı ilə məşğul olanlar həbs edildi10:48Hərbi-idman oyunları keçirilib10:26Düşmən atəşkəs rejimini 26 dəfə pozub10:14Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib09:23I sinfə qəbulla bağlı suallar cavablandırılacaq09:00Əfqanıstanla neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib16:38“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir16:25BMT baş katibindən Azərbaycana təşəkkür məktubu16:12“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub16:04Dəmir yolunda “Sağlamlıq günü” keçirilib16:00Metropolitendən daha bir aksiya15:50BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub15:37Balakən məktəbliləri ilə görüş keçirilib15:23Müsabiqə qalibləri bəlli olub15:12“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb15:00Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır14:47Əli Kərimli Tale Bağırzadəyə hansı vədi verib?14:37Şamaxıda zəlzələ olub14:20“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib13:52Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olub13:42Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır13:37Ermənistanda zəlzələ olub13:32Sabah hava necə olacaq?13:20Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşlarla görüşüblər12:45Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub12:34Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib12:28Müəllimlərə sertifikatlar verilib11:51Ağdamda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri başa çatıb11:39Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb-VIDEO11:12Azərbaycan-Yaponiya əlaqələri genişlənir10:57VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir10:44Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib09:54Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər09:3827 dəfə atəşkəs rejimi pozulub09:00Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub20:00Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)19:03Daha 3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq18:40Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub18:35Təhsil Nazirliyində kollegiya iclası keçirilib18:29Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub18:15Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (203)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Səlim Müslümov BƏT-in Baş direktoru ilə görüşüb

03 okt 2017, 16:24   
Səlim Müslümov BƏT-in Baş direktoru ilə görüşüb


Newscenter.az.3.10.2017. Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb. Newscenter.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Müslümov ilk növbədə Q.Rayderin tədbirin əsas müzakirə mövzusunu təşkil edən “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” adlı hesabatındakı məsələlərin bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual olduğunu bildirib. Nazir sosial inkişafın dəstəklənməsi və layiqli əmək konsepsiyasının reallaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına xidmət edən siyasətində də başlıca prioritetlər kimi mühüm yer tutduğunu vurğulayıb.
“Ümumilikdə ölkəmizdə əmək münasibətləri, hər bir vətəndaşın layiqli iş yeri ilə təminatı, əmək bazarının iqtisadiyyatın tələblərinə uyğun inkişafının stimullaşdırılması, sosial dialoqun gücləndirilməsi, əməyin təhlükəsizliyinin təmini iqtiqamətində aparılan siyasət bütün parametrlərinə görə BƏT-in prinsip və yanaşmalarını özündə əks etdirir. Digər tərəfdən, bu sahədə aparılan işlərdə BƏT-lə əməkdaşlıq getdikcə genişlənir. Ötən ilin sentyabr ayında Azərbaycan Hökuməti ilə BƏT arasında növbəti dövr, yəni 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərinə dair Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması, cari ilin iyun ayında isə Azərbaycanın BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanına üzv seçilməsi əməkdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir”, deyə bildirən S.Müslümov Rəhbər Orqana seçkilərin obyektiv və ədalətli təşkilinə, BƏT-in siyasətinin hazırlanması prosesində ölkəmizin iştirak hüququna Təşkilat tərəfindən verilən dəstəyə görə Q.Rayderə təşəkkürünü ifadə edib.
Nazir Azərbaycanda ötən il yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətindən bəhs edərək, BƏT tərəfindən ölkəmizin sosial tərəfdaşların tripartizm prinsipi əsasında fəal əməkdaşlığı sahəsində müsbət təcrübəsinin region ölkələri üçün tövsiyə olunmasından məmnunluğunu bildirib. S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının ölkədə layiqli əməyin dəstəklənməsinə, bunun üçün qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına yönələn fəaliyyəti barədə məlumat verib, həmin Komissiyada da tripartizm prinsipinə uyğun olaraq, hökumətlə bərabər, işəgötürənlərin və işçilərin nümayəndələrinin təmsil olunduğunu qeyd edib: “Azərbaycanda həyata keçirilən kompleks antiböhran tədbirləri özəl sektorun iqtisadiyyatda genişlənməsi və qeyri-neft sektorunun dinamik inkişafı şəraitində eyni zamanda əmək resurslarının səmərəli məşğulluğunun reallaşdırılmasına yönəlib. Bu sahədə yeni istiqamət olaraq dövlət başçısının müvafiq Sərəncamı ilə ayrılmış dövlət vəsaiti hesabına həyata keçirilən özünüməşğulluq tədbirləri üzrə indiyədək artıq mindən çox insanın fərdi ailə təsərrüfatlarını qurmaları üçün mal və material formasında dəstəklənməsi təmin edilib. Yaxın günlərdə onların sayı 1400-ə yaxın olacaq. Qarşıdakı dövrdə isə işsizlikdən sığorta kapitalı hesabına kənd yerləri üzrə kiçik ailə biznesinin yaradılmasının fərdi qaydada dəstəklənməsi tədbirləri indikindən dəfələrlə geniş əhatəliliklə davam etdiriləcək. Bununla yanaşı, özünüməşğuluq proqramı çərçivəsində yaradılmış fərdi təsərüfatların genişləndirilməsinin və gələcək inkişafının, eyni zamanda kooperativ biznes layihəsi formasında özünüməşğulluğa yönələn qrup halında şəxslərin icma əsaslı təsərrüfatlarının formalaşdırılmasının dəstəklənməsi də gündəlikdə dayanan məsələlərdəndir”.
Ölkəmizdə özünüməşğulluq proqramının icrasında BƏT-in dəstəyini yükəsk dəyərləndirən S.Müslümov əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsinin BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərilməsinin məmnunluq doğurduğunu, bunun görülən işlərin müsbət nəticəsinə obyektiv yanaşmanın ifadəsi olduğunu vurğulayıb. Görüş zamanı nazir BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrası, yoxsulluğa son qoyulması, sağlam həyat tərzinin, inklüziv və keyfiyyətli təhsilin, gender bərabərliyinin, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, səmərəli məşğulluq imkanlarının artırılması və s. sahələrdə ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Nazir Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair gələn il Azərbaycanda təşkil olunacaq beynəlxalq konfransda Q.Rayderin də iştirakının nəzərdə tutulduğunu bildirib.
Q.Rayder ilk növbədə ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanmasına görə Azərbaycan Hökumətinə təbrikini ifadə edib. O, Azərbaycanın bu orqanda fəal iştirak edərək dünyada əmək və məşğulluq sahəsində mühüm məsələlərin həlli ilə bağlı Təşkilatın gördüyü işlərə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Q.Rayder vurğulayıb ki, ötən dövrdə Azərbaycanın BƏT prinsip və təşəbbüslərinə sadiqliyi, eləcə də sosial tərəfdaşlarla birgə BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə dəstək verməsi, ümumən sosial inkişafın dəstəklənməsi və layiqli əmək konsepsiyasının reallaşdırılması yönündə ölkədə aparılan siyasət razılıq doğurur. Bu amil əməkdaşlığın daim genişləndirilməsi və BƏT tərəfindən müvafiq sahədə fəaliyyətlərin dəstəklənməsinin davam etdirilməsi üçün vacib əsas rolunu oynayır.
BƏT-in Baş direktoru respublikamızda sosial dialoqun gücləndirilməsi, 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərinə dair Layiqli Əmək üzrə Ölkə Proqramının icrası yönündə görülən işləri maraqla izlədiklərini, əhalinin özünüməşğulluğunun təmin edilməsi sahəsində ölkədə formalaşan müsbət iş təcrübəsinin gələcəkdə uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. Q.Rayder gələn il ölkəmizə nəzərdə tutulan ilk səfərinə də toxunub, Azərbaycana səfərinin, o cümlədən paytaxt Bakını görməyin onun üçün maraqlı olacağını vurğulayıb.
Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri, Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair 2018-ci ildə Azərbaycanda təşkil olunacaq beynəlxalq konfransla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində S.Müslümov BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzinin direktoru Yanqou Liu ilə görüşüb. Görüş zamanı BƏT-ə üzv ölkələrdə müvafiq sahələrdə çalışan əməkdaşların beynəlxalq əmək standartlarının tətbiqi ilə bağlı bilik və peşəkarlıq səviyyələrinin artırılması, onlara qabaqcıl dünya təcrübəsinin öyrədilməsi sahəsində Mərkəzdə görülən işlərdən bəhs olunub, Mərkəzlə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
OXŞAR MÖVZULAR