Səlim Müslümov: "Ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcək" » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Hımas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Səlim Müslümov: "Ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcək"

03 okt 2017, 10:34   
Səlim Müslümov: "Ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcək"


Newscenter.az.3.10.2017. Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb. Newscenter.az-a nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, iclasda Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov çıxış edib. Nazir BƏT-in Baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin Təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb: “Məruzədə qeyd edildiyi kimi, qlobal iqtisadi böhrandan sonrakı dövrdə layiqli əmək konsepsiyasından irəli gələn təşəbbüslər həm bu proseslərə cəlb olunan region ölkələri, həm də bütövlükdə dünya birliyi üçün daha əhəmiyyətli məqsədlərin qarşıya qoyularaq onlara nail olunmasını nəzərdə tutur. Əhalinin məşğulluq imkanlarının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş səylərin koordinasiyası bu gün antiböhran siyasətinin əsas prioritet istiqaməti kimi qəbul olunur”.
S.Müslümov bildirib ki, tarix cəmiyyətin və tərəqqinin inkişaf səviyyəsinin bəşəriyyətin öz gələcəyi konsepsiyasını düzgün formalaşdırması bacarığından asılı olduğunu göstərir. Qloballaşan dünyada ictimai inkişafın müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, bu əmək sferasının transformasiyasına səbəb olur: “Bu baxımdan müasir dövrdə əmək sferasının gələcəyinə yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, əmək münasibətlərinin tənzimlənməsi, miqrasiya prosesləri, bacarıqların artırılması və təhsil imkanlarının genişləndirilməsi kontekstində praqmatik baxışın formalaşdırılması dayanıqlı iqtisadi artımı, layiqli iş yerlərinin yaradılmasını, bütövlükdə insan kapitalının inkişafını təmin edən yeni mexanizmlərin yaradılması üçün əsas şərtlərdən biridir. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, “Əməyin gələcəyi” təşəbbüsünə öz dəstəyini bildirmişdir”.
Nazir vurğulayıb ki, Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas strateji hədəfləridir: “Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olmuşdur. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan Respublikası daha iki pillə irəliləyərək iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşmışdır”.
Sahibkarlığın inkişafını təmin edən iqtisadiyyatın liberallaşdırılması və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 10 il ərzində ölkəmizdə Ümumi Daxili Məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdıran S.Müslümov bu dövrdə respublikamızda 1,6 milyondan artıq yeni iş yeri yaradıldığını, əhalinin gəlirlərinin 4,5 dəfə, minimum əmək haqqının 2,9 dəfə, orta aylıq əmək haqqının 3,4 dəfə artdığını, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsində saxlanıldığını bildirib: “Makroiqtisadi stabillik və iqtisadi nailiyyətlər Hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn siyasi məqsədləri reallaşdırmağa imkan yaratmışdır. Əgər təkcə ideya deyil, həm də onun həyata keçirilməsi üçün zəruri olan ictimai dəstək olmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi”.
S.Müslümov Azərbaycanda məşğulluğun inkişafına və layiqli əmək konsepsiyasının reallaşmasına yönəldilən balanslaşdırılmış iqtisadi siyasətin konkret nəticələrlə ifadə olunmuş milli prioritet olduğunu qeyd edib: “Milli səviyyədə biz layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarı siyasətlərinin qarşılıqlı əlaqəsi əsasında əhalinin məşğulluq imkanlarının artırılması kimi görürük. Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Bununla yanaşı, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetiririk”.
Nazir bildirib ki, bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Bütün bu məqsədlər gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramları çərçivəsində reallaşdırılır: “Əmək və məşğulluq sahəsində siyasətin BƏT-in tripartizm prinsipi əsasında icrası bu siyasətin uğuru üçün lazımi zəmindir. Azərbaycanda 2016-cı ilin sentyabr ayında sosial tərəfdaşların sosial-iqtisadi və əmək münasibətləri sahəsində maraqlarını tənzimləyən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmışdır. Əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsi bizi bu sahədə qəbul olunan qərarların düzgün və etibarlı olduğuna əmin edir. Cəmiyyətdə rəğbətlə qarşılanan bu cur yanaşma BƏT tərəfindən ən yaxşı təcrübə nümunəsi kimi qəbul edilərək region ölkələri üçün tövsiyə olunmuşdur”.
S.Müslümov Azərbaycanda dövlət məşğulluq siyasətinin bir çox beynəlxalq təşkilatlarla, xüsusilə BƏT-lə sıx əməkdaşlıq çərçivəsində beynəlxalq norma və standartlar, dünya əhəmiyyətli beynəlxalq sənədlər əsasında hazırlanaraq həyata keçirildiyini diqqətə çatdırıb: “BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması bəşəriyyəti dayanıqlı inkişaf yoluna aparacaq yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Azərbaycan könüllü olaraq ölkədə Dayanıqlı İnkişafın 6 Məqsədinin icrası üzrə Hesabatın hazırlanmasını bəyan etmiş və bu ilin iyul ayında Hesabat uğurla təqdim olunmuşdur”.
Nazir növbəti ildə Azərbaycanda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair beynəlxalq konfransda BƏT-in Baş Direktoru cənab Qay Rayderin iştirakının da nəzərdə tutulduğunu bildirib: “2016-cı ilin sentyabr ayında Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addım oldu. Bu Proqram çərçivəsində həyata keçirilən tədbirlər sırasında ölkəmizdə yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanmasını, Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlim kurslarının təşkilini, gənclərin məşğulluğunun artırılmasına yönələn bir sıra layihələrin icrasını, əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində BƏT-lə birgə fəaliyyətin həyata keçirilməsini xüsusi qeyd etmək istərdim”. S.Müslümov Azərbaycanın özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsində təcrübəsinin region ölkələri üçün BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərildiyini vurğulayıb: “Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan BƏT-in siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür”.
Sosial təhlükəsizliyin sosial hüquqların inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu qeyd edən nazir bildirib ki, bu baxımdan həll olunmamış hərbi münaqişələr, terrorizm təhlükəsi nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırır: “Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq, hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. Fikrimcə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə çatmaqda maneə olan bu kimi problemlərin həlli dünya birliyindən daha böyük səylərin göstərilməsini tələb edir”.
S.Müslümov ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcəyini vurğulayıb: “Bu gün qloballaşma proseslərinin necə şərh edilməsindən asılı olmayaraq, biz vədlərimizin icrası ilə bağlı mənəvi məsuliyyət daşıyırıq və bu bizdən əmək sahəsindəki başlıca hüquq və prinsiplərin reallaşdırılmasını, layiqli əməyin təmin edilməsinə yönəldilmiş yeni qərarların qəbul edilməsini tələb edir”. Nazir BƏT-in Baş Direktorun məruzəsində əks olunan əsas problemlərin milli prioritetlər və BƏT-in müvafiq normaları əsasında həlli üçün bu Təşkilatla əməkdaşlığın gücləndirilməsinin hər bir ölkə üçün əhəmiyyətini və zərurətini qeyd edib.
İclas Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyinə, miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışına, əmək sahəsinin idarə olunmasına dair müzakirələrlə davam edir.
OXŞAR MÖVZULAR