04 okt 13:03siyaset, medeniyyet

BMT-nin Cenevrə bölməsində Azərbaycan dövlətinin hədiyyə etdiyi abidənin açılışı olub

BMT-nin Cenevrə bölməsində Azərbaycan dövlətinin hədiyyə etdiyi abidənin açılışı olub


Newscenter.az.4.10.2017.
Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub. Newscenter.az-ın xəbərinə görə, abidənin açılışında baş nazirinin müavini Əli Həsənov, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, mərkəzi qərargahı Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri, BMT-nin Cenevrə bölməsinin struktur rəhbərləri və əməkdaşları iştirak ediblər. Açılışda BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller çıxış edərək Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin bir il öncə verdiyi tapşırığa əsasən, Mədəniyyət və Turizm Nazirliyi abidənin hazırlanması işini xalq rəssamları Səlhəb Məmmədova və Əli İbadullayevə həvalə edib. Abidə Azərbaycan heykəltəraşlıq məktəbinin yüksək səviyyəli nümunəsi olmaqla yanaşı, bəşəri dəyərləri özündə ehtiva edən əsl incəsənət əsəridir.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi