05 okt 10:38idman

İdmançılarımız dünya çempionatında mübarizə aparıb

İdmançılarımız dünya çempionatında mübarizə aparıb


Newscenter.az.5.10.2017. 27 sentyabr – 3 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində Uşu üzrə 14-cü Dünya Çempionatı keçirilib. İki ildə bir keçirilən bu mötəbər yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Newscenter.az-ın xəbərinə görə, 48 kq çəki dərəcəsində çıxış edən Orxan Hətəmov İslam Oyunlarının qalibi Türkiyə idmançısına , sonra Şri Lanka idmançısına tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Final döyüşündə Dünya Çempionu ÇXR-nın idmançısına çüzi xal hesabı ilə məğlub olan Hətəmov Çempionatın gümüş medalını qazanıb. Azərbaycan idmançılarının Uşu üzrə Dünya Çempionatında sonuncu gümüş medalı 2003 –cü ildə qazandığını nəzərə alsaq, bunu 14 ilin rekordu hesab etmək olar . Xatırladaq ki O.Hətəmov 2016 cı ilin Avropa Çempionu və İV Islam Həmrəyliyi oyunlarının bürünc mükafatçıdır.
ilk 2 döyüşündə Gürcüstan və İordaniya idmançılarına qalib gələn Ruslan Pirəliyev yarımfinal döyüşünü ÇXR təmsilçısı ilə keçirməli idi. Lakin əvvəlki döyüşlərində ayağı sınan R.Pirəliyev yarımfinal döyüşünə həkimlər tərəfindən buraxılmamış və 65 kq da bürünc medal qazanmışdır .
Bu nətəcə də 14 Dünya Çempionatında Azərbaycan idmançılarının qazandığı 5-ci bürünc medaldır.
Nuranə Abdullayeva
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi