06 okt 22:41siyaset

İlqar Altaydan millət vəkilinə mühüm xatırlatma

İlqar Altaydan millət vəkilinə mühüm xatırlatma


"Nuru Paşanın kimliyini, dəyərini və qədrini bilmək üçün, ilk növbədə gərək, Azərbaycan dövlətinin yaranışı, mahiyyəti və mənasını biləsən"


Newscenter.az.6.10.2017.
Nuru Paşa ilə Aqil Abbas tipli insanların uyģunsuzlugu, kəskin fərqliliyi, bir-birisini qəbuledilməzliyi təbii ki, olmalıdır. Bu heç də təəccūblū deyil. Newscenter.az-ın xəbərinə görə, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay millət vəkili Aqil Abbasın Nuru paşa ilə bağlı söylədiyi bəzi aşağılayıcı ifadələrə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, çūnki mahiyyətcə əks mənəvi qūtbūn insanlarıdırlar: "Birisi Azərbaycanı quran, digəri isə dagıdan qatlardan. Nuru Paşanın kimliyini, dəyərini və qədrini bilmək üçün, ilk növbədə gərək, Azərbaycan dövlətinin yaranışı, mahiyyəti və mənasını biləsən".
Üeyd edək ki, millət vəkili Aqil Abbas son günlərdə Aşura mərasimləri ilə bağlı gedən polemikalara həsr etdiyi məqaləsində bir sıra mətləblərə toxunub. O, bu fikirləri qeyd edib: "Manaf Süleymanovun kitabından yaman çox sitat gətirirlər. Bilirsiniz də nəyi? O türk paşasının Bakıda Aşura günü insanlara lağ eləməsini və döydürməsini. Və sonra da onlardan bir qrupunu tutdurub mindirir qatara ki, göndərəcəm Batuma, ordan da gəmilərə doldurdub göndərəcəm Kərbəlaya. Kərbəla kafir ingilislərin əlindədi, getsinlər Kərbəlanı xilas eləsinlər. Və bunu bəh-bəhlə sosial şəbəkələrdə elə paylaşırlar. Ağlına dua yazım o paşanın da, onu bəh-bəhlə paylaşanların da.

Əvvəla, həmin paşa Kərbəlanın yolunu bilmir, burdan Batuma, Batumdan gəmilərlə Qara dəniz, sonra İstanbul boğazı, sonra Aralıq dənizi, ondan sonra İraq və Kərbəla. Bakıdan Kərbəlaya quru yolu Bakı-Batum yolundan bir az artıqdı.

İkincisi, ay Paşa, Kərbəla sizin əlinizdəydi də, niyə verdiniz kafir ingilislərə ki… Nə isə".
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi