06 okt 13:27medeniyyet

Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilib

 Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilib


Newscenter.az.6.10.2017. Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası nümayiş etdirilib. Newscenter.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Paris moda həftəsi çərçivəsində təşkil olunan nümayişdə ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı Səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.

Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların marağına səbəb olub.

25 ildən çoxdur Avstraliyada yaşayan Həcər Qala uzun illərdir modelyerliklər məşğul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi