07 okt 17:58siyaset, medeniyyet

Biz Qarabağa qayıdırıq

Biz Qarabağa qayıdırıq


Newscenter.az.7.10.2017.
Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə mədəniyyət və incəsənət nümunələrinin müstəsna əhəmiyyəti nəzərə alınaraq birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir. Mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin təşkili artıq bir ənənə halını alıb. Newscenter.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, "N" nömrəli hərbi hissədə Azərbaycan Rəssamlar İttifaqının üzvü, batalist rəssam Bayram Əlioğlunun əsərlərindən ibarət “Biz Qarabağa qayıdırıq” sərgisi şəxsi heyətin böyük marağına səbəb olub.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani səyyar rəngkarlıq sərgisinin açılışında çıxış edərək bildirib ki, rəssam B.Əlioğlu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında Qarabağ mövzusu, döyüş səhnələrinin təsviri və Qarabağ mənzərələri əsas yer tutur. Rəssamın hərbi-vətənpərvərlik mövzusuna, ümumiyyətlə döyüş səhnələrinin təsvirinə müraciəti heç də təsadüfi deyil. O, 1991-ci ildə könüllü olaraq yenicə yaranmaqda olan milli ordumuzun sıralarına daxil olmuş Ağdərə, Tərtər, Goranboy, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mina partlayışı nəticəsində ağır yaralansa da hərbi hospitalda müalicəsi başa çatar-çatmaz yenidən cəbhə bölgəsinə qayıdıb. 1996-cı ildə ordudan ehtiyata buraxılan Azərbaycan Respublikasının müharibə veteranı B.Əlioğlu yaradıcılığını davam etdirərək bir çox məzmunlu və orijinal əsərlər yaratmışdır.
Qeyd olunub ki, “Biz qayıdırıq, Mübariz!”, “Ağdərə döyüşlərində”, “Əskəran qalası azad edildi” və digər əsərlərinin də nümayiş olunduğu səyyar sərgi on gün davam edəcək və döyüş mövqelərində, ön səngərdə xidmət keçən hərbi qulluqçular da batalist rəssamın yaradıcılığı ilə tanış olacaqlar.
Rəssam yaradıcılığı və döyüş yolu barədə hərbi qulluqçuların suallarını cavablandırıb, əsərlərində arzu olaraq Qarabağın düşmən işğalından azad olunduğunu əminliklə təsvir etdiyi kimi həmin torpaqların real vəziyyətdə qəhrəman döyüşçülərimiz tərəfindən tezliklə azad ediləcəyinə və bu arzuların həqiqətə çevriləcəyinə inandığını bildirib.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə döyüşçü rəssam hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunub.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi