07 okt 13:30gundem, siyaset

Prezident rusiyalı həmkarına zəng edib

Prezident rusiyalı həmkarına zəng edib


Newscenter.az.7.10.2017.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Nwscenter.az-ın prezident.az-a istinadən verdiyi xəbərə görə. dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi