08 okt 16:18hadise

24 gündə 300-dən çox insanı ölümdən xilas edən ulaq

24 gündə 300-dən çox insanı ölümdən xilas edən ulaq


Newscenter.az.8.10.2017.
Myorfi adlı eşşək dünyanın ən cəsarətli ulağı elan edilib.Bu heyvan yüzlərlə insanı ölümdən xilas etdiyinə görə xilaskar eşşək hesab edilir. Myorfi bir neçə il əvvəl cəsurluğuna görə Avstraliyanın "Qırmızı Xaç" ordeni ilə də təltif edilib. Ulaq Birinci Dünya Müharibəsinin gedişində, Dardanel əməliyyatında yaralı əsgərləri daşıyıb. O, bu işi qayalı yarğanlardan keçməklə həyata keçirib. Özü də itki vermədən... Məhz onun sayəsində bütün əsgərlər sağ-salamat səhra hospitalına çatdırılıb.
Myorfiyə 22 yaşlı sanitar-xərəkçi Con Simpson Kirkpatrik xüsusi təlim keçib. O, ulağa su ilə yanaşı, yaralı əsgərləri də səhra hospitalının palatasına daşımağı öyrədib.
Simpson İngiltərədə dünyaya göz açsa da, Avstraliyaya köçüb. 1914-cü ildə Avstraliya ordusunda sıravi əsgər kimi hərbi xidmətə başlayıb.
O, 24 gün ərzində öz ulağı ilə 300-dən çox əsgəri tibb məntəqəsinə daşıyıb. Gənc sanitar öz eşşəyi ilə Avstraliya və Yeni Zelandiya ordu korpusunun xilaskarlıq rəmzinə çevrilib.
Anar Tağıyev
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi