08 okt 10:45idman

İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub

İdman adına rəzalət: Saxta dünya çempionları peyda olub


Newscenter.az.8.10.2017.
Tanınmış idmançı, Kikboksinq Federasiyasının vitse-prezidenti, kikboks idman növü üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Güloğlan Cabbarov özünü idmançı kimi təqdim edən bəzi saxta çempionlara ciddi iradını bildirib. Newscenter.az-ın xəbərinə görə, o, qeyd edib ki, məşqcilərimizi və kikboksçuları gözdən salan bu cür saxta Dünya çempionlarına dur demək lazımdır: “Ayıb olsun haqsızlara, bütün günü zallarda, yığmanın yarışlarında canını qoyan idmançıların haqqına girən insanlara”. Güloğlan Cabbarov deyib ki, bəziləri isə hətta uniformada olduğu halda Wako Dünya çempionuyam deyir: “Bundan sonra hansı idmançı yalandan Kiqboksun adından Dünya çempionuyam söyləsə, rəsmi şəkildə ifşa edəcəm. Bildiyiniz kimi, Wako üzrə Kikboksinq Dünya Çempionatı Macarıstanın Budapeşt şəhərində keçiriləcək və orada keçirilən yarışlarda əsl çempionlarımızı görə biləcəyik”.
Nuranə Abdullayeva
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi