11 okt 17:32sosial

Ağdamın Dördyol qəsəbəsində su təmizləyici qurğunun açılış mərasimi keçirilib

Ağdamın Dördyol qəsəbəsində su təmizləyici qurğunun açılış mərasimi keçirilib


Newscenter.az.11.10.2017.
Azərbaycan Milli QHT Forumu (MQF) və “JTI Caucasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 11 oktyabr 2017-ci il tarixində Ağdam rayonunun Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi keçirildi. Newscenter.az-a MQF-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdən öncə Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Raqub Məmmədov ilə görüş keçirildi. Cənab Raqub Məmmədov Dördyol qəsəbəsinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi münasibəti ilə Milli QHT Forumuna və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi. Sonra İcra Hakimiyyəti başçısının birinci müavini cənab Allahverən Əliyev Dördyol qəsəbəsində su layihəsinin açılış mərasimində çıxış edərək MQF-ə və “JTI Caucasus” şirkətinə bu layihəni gerçəkləşdirdiklərinə görə öz dərin minnətdarlığını bildirdi. Daha sonra Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafı çərçivəsində regionların sürətli inkişafını qeyd etdi və Ağdam rayonunun da bu mənada xeyli inkişaf etdiyini vurğuladı. Su layihəsinə dəstək verdiyinə görə Ağdam Rayon İcra Hakimiyyətinə və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi.

“JTI Caucasus” şirkətinin meneceri cənab Əli Verdiyev MQF ilə birlikdə 6-cı layihənin icra olunduğunu qeyd edərək MQF-ə və Ağdam Rayon icra başçısına öz dərin təşəkkürünü bildirdi. O həmçinin JTI şirkətinin MQF ilə birlikdə həyata keçirdiyi 6 layihəni, ümumilikdə isə Azərbaycanda 8 belə layihə həyata keçirdiklərini vurğuladı.

Layihənin rəhbəri Günel İbrahim 6-cı layihənin həyata keçirildiyini qeyd etdi və JTI şirkətinə öz təşəkkürünü bildirdi. O həmçinin əlavə edərək bildirdi ki, belə layihələrin həyata keçirilməsi rayonlarda, xüsusilə də Ağdam rayonunda davam etdiriləcəkdir.

Sonda Rauf Zeyni çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunduqdan sonra Ağdamda, Şuşada, Xankəndində və bütövlükdə Qarabağda belə sosial layihələr həyata keçiriləcək.

Bununla da, layihənin açılış mərasimi uğurla başa çatdı və tədbirdə iştirak edənlər yeni çəkilmiş bulağın suyundan daddılar.
Ağdamın Dördyol qəsəbəsində su təmizləyici qurğunun açılış mərasimi keçirilib
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi