11 okt 10:35iqtisadiyyat

AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir

 AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir


Newscenter.az.11.10.2017. “AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yuxarı kurslarında (III-IV kurslar) təhsil alan tələbələr üçün tur proqram hazırlamaqla bağlı müsabiqə təşkil edir. Newscenter.az-a şirkətdən daxil olan məlumata görə. adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr CV ilə birlikdə tur proqramı oktyabr ayının 11-dən noyabr ayının 11-nə qədər tours1@atatravel.az ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün +99412 493-05-01/08 şəhər telefonlarına zəng vurmaq olar.
Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqədə fərqlənən iştirakçılar sertifikatla təltif ediləcək. Qeyd edək ki, müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi