11 okt 14:13iqtisadiyyat

Bakı Biznes Tədris Mərkəzi müsabiqə elan edir

Bakı Biznes Tədris Mərkəzi müsabiqə elan edir


Newscenter.az.11.10.2017. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Aran iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir. Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi, təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi; investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi, vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya, eləcə də digər xidmətlərinin göstərilməsindən ibarətdir. Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.
Müsabiqədə Aran iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi