11 okt 11:54sosial

Direktor müavinləri ilə görüş keçirilir

Direktor müavinləri ilə görüş keçirilir


Newscenter.az.11.10.2017
. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzində ümumi təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, görüşdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Samirə Bektaşi, mərkəzin Təhsilalanlarla işin təşkili və idarəolunması bölməsinin müdiri Səidə Musayeva və paytaxtın qabaqcıl məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.
Görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunmasından ibarətdir.
Görüşdə çıxış edən TDM-in rəhbəri Samirə Bektaşi 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, məktəblərarası əməkdaşlığın artırılması, dərsdənkənar məqsədyönlü tədbirlərin həyata keçirilməsi, istedadlı şagirdlərin aşkarlanması və onlarla işin təşkili, valideynlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi və digər mövzular haqqında fikirlərini bildirib, bu istiqamətlər üzrə direktor müavinlərinin üzərinə düşən vəzifələrdən söhbət açıb.
Görüşdə məktəblərdə metodiki işin və təlim-tərbiyə prosesinin düzgün və səmərəli təşkili, diaqnostik qiymətləndirmənin nəticələrinin siniflər üzrə müqayisəli təhlili, summativlərin keçirilməsi, zəif və istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə oxu, yazı və riyazi bacarıqların formalaşdırılması və digər məsələlər də müzakirə olunub.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı direktor müavinlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
R.Mehdiyeva
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi