11 okt 17:21iqtisadiyyat

Göyçayda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Göyçayda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib


Newscenter.az.11.10.2017. Oktyabrın 9-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçayda, oktyabrın 11-də isə Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib. Newscenter.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqlərdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, "Made in Azerbaijan" brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi