11 okt 10:24siyaset

Millət vəkili şəhidin valideynləri ilə görüşüb

Millət vəkili şəhidin valideynləri ilə görüşüb


Newscenter.az.11.10.2017.
99 saylı Şəmkir kənd Seçki Dairəsini təmsil edən millət vəkili Sona Əliyeva Şəmkir Heydər Əliyev Mərkəzində 2017-ci il fevralın 22-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Xanoğlan Xəlilovun valideynləri ilə görüşüb. Newscenter.az-ın xəbərinə görə, şəhidin valideynlərinin müraciəti şəhidin qardaşı Yasin Xəlilovun müayinə və müalicəsi və digər məsələlərlə bağlı olub. Ailənin mövcud problemlərini dinləyən Millət vəkili vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin diqqət və qayğıdan kənar olmadıqlarını bildirərək, lazımi köməkliyin mütləq göstəriləcəyini qeyd edib. Sona Əliyeva mövcud problemlərlə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayıb və sevindirici haldır ki, artıq müsbət cavab alınıb, məsələnin yaxın günlərdə öz həllini tapacağı gözlənilir.
İnqilab
Millət vəkili şəhidin valideynləri ilə görüşüb
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi